Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış

 

GƏNCLƏRİN MƏNƏVİ, FİZİKİ, HƏRBİ VƏ İDEOLOJİ HAZIRLIQ SƏVİYYƏSİNİN YÜKSƏLMƏSİ ÖLKƏNİN DİNAMİK İNKİŞAFI ÜÇÜN YENİ İMKANLAR VƏD EDİR

 

Son illərin ictimai-siyasi mənzərəsi aydın şəkildə göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər gənclərdə dərin vətənpərvərlik duyğuları oyadıb, onlara proqressiv impuls verib. Bu gün ictimai-siyasi həyatın müxtəlif sahələrində gənclər uğurla fəaliyyət göstərirlər. Azərbaycanın yeni qızıl fondu – gənc, milli və peşəkar kadrlar ordusu formalaşmaqdadır. Bu kadrlar ölkənin ümumi inkişafına dinamizm qatırlar.

2012-ci London Yay Olimpiya Oyunlarında Milli Olimpiya Komandamızın qazandığı böyük uğur eyni zamanda gənclərimizin uğuru sayıla bilər. Bu uğurun arxasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı cənab İlham Əliyevin respublikamızda olimpiya hərəkatının inkişafı, gənclərimizin sağlamlığı, idmana marağının artırılması və bu hərəkata cəlb olunmaları istiqamətində gördüyü böyük işlər dayanır.

Qeyd edək ki, 200-dən çox ölkənin təmsil olunduğu London Yay Olimpiya Oyunlarında Azərbaycan 10 medal (ikisi qızıl, ikisi gümüş, altısı bürünc) qazanaraq 30-cu yeri tuta bildi. Medalların ümumi sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutduq. Ərazi, əhalinin sayı, digər sosial-iqtisadi göstəricilər, eləcə , milli olimpiya komandalarının tərkibi, heyəti təcrübəsi baxımından Azərbaycandan qat-qat böyük olan ölkələri qabaqlayaraq Milli Olimpiya Komandamızın əldə etdiyi bu nailiyyət eyni zamanda gənclərimizin fiziki gücünü potensial imkanlarını nümayiş etdirdi. Qatıldığımız yay olimpiya oyunlarında artmaqda olan göstəricilərimiz (Atlantada bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi nəhayət Londonda on medal) ölkəmizi dünyada idman ölkəsi kimi tanıtdı.

Bu böyük uğurun nəticəsi olaraq 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi. Cənab Prezidentin 17 yanvar 2013-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi: “Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir”. Bu olimpiya oyunlarının Azərbaycanda təşkili, söz yox ki, Azərbayanda idmanın, idman infrastrukturunun inkişafına böyük təkan verəcək, idman həyatını canlandıracaq, gənclərimizin idmana sağlam həyat tərzinə marağını artıracaqdır. Qeyd olunan Sərəncam bu istiqamətdə görüləsi işlərin başlanğıcıdır.

Gənclərin uğurları gördükləri işlərlə bağlı danışarkən onların irəli sürdükləri bəzi təşəbbüslər barədə bəhs etmək vacibdir. Belə ki, bu təşəbbüslər gənclərimizin təşkilatlanması öz fəaliyyətlərini əlaqələndirməsi baxımından faydalı hesab oluna bilər.

Mart ayında İtaliyanın paytaxtı Roma şəhərində “Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) tərəfindən təşkil edilən, “Azərbaycan 2020: gələcəyə baxış” milli inkişaf konsepsiyası ilə bağlı Forum bu baxımdan çox məhsuldar olub. Azərbaycan tərəfdən bəzi rəsmi şəxslərin qatıldığı tədbirdə dünyanın 45 ölkəsindən gəlmiş 350 azərbaycanlı gənc, eləcə , İtaliyanın aparıcı gənclər təşkilatlarını təmsil edən 20 gənc lider iştirak edib. Forum çərçivəsində gənclər arasında fikir təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub bir sıra memorandumlar imzalanıb.

Ölkədə aparılan gənclər siyasətindən danışarkən Heydər Əliyev Fondunun bu sahədəki geniş fəaliyyəti mütləq qeyd olunmalıdır. Qarşısına uşaq gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək kimi məqsədlər qoymuş Fondun fəaliyyətə başladığı 2004-cü ildən bu günədək gördüyü işlərə, həyata keçirdiyi layihələrə nəzər yetirsək, onun milli mədəniyyətimizin, elm təhsilimizin, səhiyyə sistemimizin, xüsusilə ölkə gənclərinin sosial-mədəni inkişafındakı böyük xidmətlərini aydın görə bilərik. Misal üçün, Fondun dəstəyi təşkilatçılığı ilə keçirilən artıq ənənə halını alan Beynəlxalq Muğam festivalları, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalları, “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində 2007-ci ildə Bakıda keçirilmiş beynəlxalq konfrans, 2008-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması, “Təmiz Qala” layihəsi çərçivəsində gənclərin ekoloji maarifləndirilməsi sahəsində görülən işlər, 2011-ci il aprelin 19-da UNESCO-nun mənzil-qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilmiş “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı, Heydər Əliyev Fondu, Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə 2011-ci il noyabrın 22-23-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri – Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayının keçirilməsi, Respublikanın müxtəlif regionlarında məktəblərin, mədəniyyət ocaqlarının təmiri tikintisi başqa tədbirlər gənc nəslin dünyagörüşünün inkişafına, söz yox ki, öz parlaq töhfəsini verib.

Fondun vitse-prezidenti Rusiya filialının rəhbəri, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın Rusiya Federasiyasındakı azərbaycanlı gənclərin təşkilatlanması Azərbaycan mədəniyyətinin təbliği baxımından gördüyü işlər yüksək önəm daşıyır. Leyla Əliyevanın irəli sürdüyü Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq – “İDEA” təşəbbüsü  gəncləri bir araya gətirərək ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmağa onlarda yüksək ekoloji şüurun formalaşmasına xidmət edir. Onun təşəbbüsü ilə başlanan “Xocalıya Ədalət” (Justice for Hojali) kampaniyası çərçivəsində Xocalıda ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətin dünyada, xüsusilə gənclər arasında soyqırımı olaraq tanıdılması istiqamətində böyük işlər görülür artıq bəzi ölkələr, eləcə ABŞ-ın bir neçə ştatı tərəfindən bu faciənin soyqırımı kimi tanınmasına nail olunub.

Azərbaycan Respublikasında aparılan gənclər siyasəti haqqında fikirlərin yekunu olaraq bunu qeyd etmək zəruridir ki, istər hökumət, istərsə qeyri-hökumət xətti ilə gənclərimizin qayğılarının, sosial problemlərinin həll olunması onların intellektual-mədəni səviyyəsinin inkişafı istiqamətində böyük işlər görülür bu işlər, şübhəsiz, davam etdiriləcək. Gənclər arasında hərbi-vətənpərvərlik işi aparmağa çalışan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi adından bir məqamı xüsusi vurğulamaq istərdim ki, ölkədə gənclərlə bağlı aparılan siyasət ordu quruculuğuna da öz müsbət təsirini göstərir. Bildiyimiz kimi, gənclər hərbi kollektivin sosial bazası sayılırlar. Bu günün gənci sabahın əsgəridir. Buna görə , hələ mülki həyatda ikən yüksək mənəvi-əxlaqi dəyərlərə, siyasi dünyagörüş intellektual səviyyəyə, vətənpərvərlik ruhuna yiyələnmələri gənclərimizin gələcəkdə peşəkar hərbçi kimi formalaşmaları üçün imkan yaradır. Digər tərəfdən, hərbi xidmət zamanı gənclərimizə aşılanan yüksək vətənpərvərlik, ideoloji-siyasi, hüquqi fiziki hazırlıq, məsuliyyət hissi, digər keyfiyyətlər onların cəmiyyətə faydalı, layiqli vətəndaşlar kimi yetişməsinə yol açır. Beləliklə, gənclər siyasəti hərbi-siyasi ideoloji hazırlıq bir-birini tamamlayır, nəticə etibarilə, eyni məqsədə xidmət edir ki, bunun özü dövlətçiliyimiz üçün olduqca gərəkli amildir.

 

 

Emin HƏSƏNLİ,

Politoloq

 

525-ci qəzet.- 2013.- 9 may.- S.2.