Heydər Əliyevin mədəniyyət
konsepsiyası məcrasında
Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetinin
rektoru, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
“Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”
monoqrafiyası və bu günlərdə çapdan
çıxmış “Heydər Əliyev: mədəniyyət
və əbədiyyət” kitabı böyük əhəmiyyət
kəsb edir.
Dahi
ictimai-siyasi xadim, ulu öndər
Heydər Əliyevin mədəniyyət tariximizdəki
misilsiz xidmətlərindən bəhs edən fotomonoqrafiya dahi
liderin anadan olmasının 90 illiyinə həsr edilmişdir.
Kitabda mətnin və şəkillərin vəhdəti əsasında
ümummilli lider Heydər Əliyevin mədəniyyət və
incəsənətimizin tarixindəki xidmətləri əksini
tapmışdır.
Fotomonoqrafiya
ulu öndər Heydər Əliyevin çoxcəhətli mədəniyyət
nəzəriyyəsinin təbliğinə həsr
olunmuşdur. Ümummilli lider istər çoxəsrlik zəngin
ədəbiyyatımız, istərsə də qədim və
bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin
ayrı-ayrı sahələrindən bəhs edərkən
bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən,
azərbaycançılıq fəlsəfəsinin məxəzləri
kimi yanaşmışdır.
Kitabda
ulu öndərin bu sahədə aşağıdakı fikirləri yer almışdır: “Ədəbiyyatımızın,
incəsənətimizin, mədəniyyətimizin ən
böyük və fərqləndirici xüsusiyyətlərindən
biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə
yeni yollar, yeni cığırlar açırlar, yeni formalar
meydana gətirirlər”.
Məlum
olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin
bütün sahələrinin sürətli inkişafı,
geniş miqyasda təbliği və böyük nailiyyətləri
bilavasitə ulu öndər Heydər Əliyevin müstəsna
tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi
ilə ötən əsrin
70-80-ci illərində, xüsusən sonrakı dövrdə mədəni
və ədəbi irsimizə, təsviri sənətə,
teatra qayğı xeyli dərəcədə
artmışdır.
Təqdim olunan fotomonoqrafiya 1969-cu ildən
sonrakı dövrdə - Heydər Əliyev epoxasında
yaşayan mədəniyyət və incəsənət xadimlərinin
həyat və yaradıcılığına ulu öndərin göstərdiyi
diqqət və qayğı ön plana çəkilir, ümummilli liderin mədəniyyətimizin
böyük hamisi olması fikri əsaslandırılır.
“Heydər
Əliyev: mədəniyyət və əbədiyyət”
kitabı geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
Əliyev Gündüz
525-ci qəzet.- 2013.- 9 may.- S.7.