Arif Əliyevin “Son çağrı” adlı
kitabı nəşr olunub
“Yeni
Nəsil” Jurnalistlər Birliyinin rəhbəri jurnalist-publisist
Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr
olunub. Kulis.azın məlumatına görə roman-reportaj
janrında yazılan əsər “Altun kitab” nəşriyyatında
çap edilib.
Əsərdə
real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf
Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxucuya
bəlli olmayan səhnələr, tarixi hadisələr dəqiqliklə
əks etdirilir.
Kitabın
annotasiyasında deyilir : “ Bu tarixçədə
keçmiş bugünə, bəlkə, daha çox gələcəyə
qarışıb; gerçəklik – əlçatmaz
görünən, son nəticədə isə ondan da
güclü reallığa çevrilən arzuya; məntiq –
hadisələrin ağlasığmaz axınına, az qala
mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə.
Həyatda da belədir, onun dadı-duzu büsbütün bu həlməşiyin
qatqıları arasındakı nisbətdən
asılıdır “.
Əsərdə
qəhrəmanların dəfələrlə üzləşdiyi
bu kimi suallara cavab axtarırlar:
1.
Niyə biz uşaqlıqda tez böyümək, böyük
olanda uşaqlığımıza qayıtmaq istəyirik?
2.
Zaman nədir? Sonsuzluğa varan düz xətmi,
hüdudları olmayan okeanmı? Onu necə adlamaq, ya geriyə
qaytarmaq mümkündür?
3.
Media niyə həmişə “ən yaxşı xəbər
– ən pis xəbərdir” deyir?
4. Hərənin
həyata öz baxışı var: biri özünü qurban
deyir, o biri qurban tələb edir; biri əqidə yolunda təhqirlərə
dözür, o biri şəxsiyyətini qoruyur; biri
qışqırır, o biri “susmaqla fəryad edir”, biri
vuruşur, o biri başını götürüb gedir... Kim
haqlıdır?
Kitabın
qiyməti 5 manatdır. Sifarişlə (4 manat) əldə etmək
üçün bu ünvana müraciət edə bilərsiz:
yn@yeninesil.az
525-ci qəzet.-
2013.- 15 may.- S.2.