11 yaşlı vokalçımızın daha bir uğuru

 

Rusiyada yaşayan həmyerlimiz 11 yaşlı vokalskripka ifaçısı Əli Muradov Novosibirsk şəhər meriyası Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Viva Music” müsabiqəsinin qalibi olaraq xüsusi diplomapul mükafatına layiq görülüb.

Əli Muradov Lent.az-a açıqlamasında bildirib ki, o, sözügedən müsabiqədə iki nominasiyada iştirak edib. Həm skripka, həm vokal üzrə çıxış edən vokalçımız S.Prokofyevin bəstələdiyi “MontekkiKapuletti”, “Cəngavərlərin rəqsi” əsərini ifa edib. Vokal üzrə isə E.CurtisinTorna a Surriyento əsərini ifa edən Əli Muradov seçim turlarının finalına çıxıb.

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib.

Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.

 

 

Günel

 

525-ci qəzet.- 2013.- 16 may.- S.7.