Filosof, ekoloqsosioloq

 

Azərbaycan elminin özünəməxsus tarixi ənənələri vardır və bizim günlərdə həm zənginliyi, həm də çoxsahəliliyi ilə seçilən, fərqlənən Azərbaycan elmi yeni-yeni uğurlar qazanmaq istiqamətində çox işlər görüb.

Ta qədim əsrlərdən başlamış, müasir dövrə qədər tarix, ədəbiyyatşünaslıq, dilçilik, şərqşünaslıq, fəlsəfə, astronomiya, arxeologiya, etnoqrafiya, etnologiya, kimya, kosmik tədqiqatlar, fizika-riyaziyyat, yer elmləri sahələrində Azərbaycan alimlərinin araşdırmaları və uğurları ölkəmizin sərhədlərindən xeyli uzaqlarda yayılıb və təqdir olunub.

Zaman keçdikcə fundamental elmlərimizin yeni-yeni sahələri yaranmış, nəticədə dünya elminə Azərbaycan alimlərinin verdiyi töhfələr yüksək qiymətləndirilib. Bu mənada son dövrlərdə ölkəmizdə ictimaihumanitar elmlər sahəsində uğurlardan daha böyük fərəhlə söhbət açmaq olar.

Bu gün ictimai elmlərdən söhbət düşəndə yeni yaranmış elm sahələri sırasında ayrı-ayrı alimlərimizin  ekologiya, politologiyasosiologiya istiqamətlərində qazandıqları uğurlardan da bəhs etmək lazımdır. Sadaladığım yeni elm sahələri ilə həm orta nəslə, həm də gənc nəslə mənsub olan tanınmış və istedadlı alimlərimiz yetişib və yetişməkdədir. Mən onların adlarını, uğurlarını sadalamaq fikrində deyiləm. Bu başqa bir məqalənin, kitabın mövzusudur. Ancaq məqsədim elmin bu istiqamətlərində öz dəsti-xətti ilə yeniorijinal fikirləri ilə Azərbaycanda fəlsəfə, ekologiyasosiologiya üzrə sanballı araşdırmalar müəllifi, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri Sakit Hüseynov haqqında bəzi fikir və düşüncələrimi bölüşməkdir.

Bu günlərdə Sakit müəllimin 65 yaşı tamam olur.

Sakit müəllimin elmi fəaliyyətinin çoxcəhətliliyi onun bütün monoqrafiya, dərslik və məqalələrində öz əksini tapıb.

Təbii ki, alimin uzun illər ən çox məşğul olduğu tədqiqat sahələri sırasında məişət ekologiyasının sosial-fəlsəfi problemləri, davamlı inkişaf, dini tolerantlıq mədəniyyəti məsələləri, davamlı insan inkişafının strateji istiqamətlərinin öyrənilməsi xüsusi yer tutur.

Sakit müəllimin elmi axtarışları, araşdırmaları, nəşr etdirdiyi elmi əsərləri həmişə  onun həmkarlarının və dostlarının, bütünlükdə elmi ictimaiyyətin diqqət mərkəzində olub.

Sakit müəllimi daha yaxından tanıyanlar onun zəhmətsevərliyini, işgüzarlığını həmişə yüksək qiymətləndiriblər.

Uzun illərdir ki, mən Sakit müəllimi az-çox tanıyan ziyalılardan biri kimi  onun həyatı və elmi axtarışlarının bir sıra maraqlı səhifələri ilə daha yaxından bələdəm.

Çağdaş Azərbaycan elminin ən aparıcı qollarından olan ictimaihumanitar elmlər sahəsində son dövrlərdə çox böyük uğurlar qazanılıb. Bu istiqamətdə kifayət qədər tanınmış tarixçilərimiz, filoloqlarımız, filosoflarımız, hüquqşünaslarımız, siyasətçilərimiz, iqtisadçılarımız, sosioloqlarımız, arxeoloqlarımız, etnoqraflarımız, memarlarımız, mədəniyyət xadimlərimiz varonlar son illərdə həm ictimai, həm də humanitar elmlərimizin inkişafına böyük təkan veriblər.

İctimaihumanitar elmlərin adlarını çəkdiyim sahələrinin hər birinin bu gün xeyli sayda yeni və maraqlı istiqamətləri yaranıb və həmin sahələr də elmi araşdırmaları ilə fərqlənən görkəmli nümayəndələri – araşdırmaçıları yetişdirib. Bu işdə Azərbaycanın müqəddəs elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən ayrı-ayrı institutlarında çalışan alimlərimizin xüsusi əməyi vardır. Bu institutların hər birində kifayət qədər tanınmış elm xadimlərimiz və onların yetişdirmələri var.

Hazırki dövrdə ictimaihumanitar elmlər sahəsində tarix, ədəbiyyat, dilçilik, fəlsəfə, hüquq, şərqşünaslıq, arxeologiya, etnoqrafiya, iqtisadiyyat, sosiologiya, kulturologiya, ekologiya, dinşünaslıq, sənətşünaslıq sahəsində tanınmış araşdırmaçılarımız kifayət qədər olsa da, bu elmlərin bəzilərini özünün elmi fəaliyyət dairəsində cəmləşdirən alimlərimiz isə o qədər də çox deyil. Fəlsəfə elmləri doktoru, Rusiya Fedrasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü Sakit Hüseynov öz elmi fəaliyyəti ilə ictimaihumanitar elmlərin bir sıra istiqamətlərini əhatə etməyə nail olmuş alimlərdən biridir.

Sakit müəllimin həyat və fəaliyyətini bir-biri ilə üzvi şəkildə bağlayan elm sahələrində gördüyü işləri əslində belə səciyyələndirmək olar: tarixdən, fəlsəfədən, ekologiyadan, dinşünaslıqdan keçən ziyalı ömrü. Bu ömrün ən qısa, ən yığcam tarixçəsi belədir:

Sakit müəllim 1948-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində dünyaya göz açıb. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olub. Aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutununSosiologiya” şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.

1978-1980-ci illərdə Sakit müəllim Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L.N.Koqanın yanında təkmilləşmədə elmi fəaliyyətini davam etdirib. O, 1980-cı ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1985-2005-ci illərdə AzTU-nun “Fəlsəfə və politologiya” kafedrasında dosent vəzifəsində çalışan Sakit Hüseynov pedaqoji fəaliyyətlə məşğul olmub. Sakit müəllim 2005-ci ildən AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009-cu ildən həmin institutun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri vəzifəsində çalışır.

Onun əsas elmi fəaliyyəti – məişət mədəniyyəti, dini tolerantlıq mədəniyyəti, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər, davamlı inkişaf və davamlı insan inkişafı problemləri, məişət ekologiyası və başqa sahələri əhatə edir. O, 5 monoqrafiya, ali məktəblər üçün bir dərslik, 7 broşyurametodik vəsait, 150-dən artıq elmi məqalənin müəllifidir.

Sakit müəllim BMT İP, ACİ-YF, “Oksfam”, Dünya Bankı və digər beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə müstəqil ekspert kimi fəal iştirak edib.

Hal-hazırda o, Qafqaz Regional Ekoloji Mərkəzi Beynəlxalq Məşvərət Şurasına Azərbaycandan üzv seçilmiş yeganə alimdir. O,  2008-ci ildə Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü seçilib. Sakit müəllim dinşünaslıq, ekoloji mədəniyyət, davamlı inkişaf, mədəniyyətin fəlsəfi problemləri və başqa mövzular üzrə vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edir, bir sıra regional və beynəlxalq layihələrin həyata keçirilməsində həm müəllif, həm də ekspert kimi yaxından iştirak edir.

Sakit müəllimə qədər Azərbaycan elmində məişət və ekologiya problemi ayrı-ayrılıqda tədqiq olunsa da “məişət ekologiyası” – həm bir anlayış kimi, həm də sosial ekologiyanın bir sahəsi kimi ötən əsrin 90-cı illərində respublikamızda ilk dəfə məhz S.Hüseynov tərəfindən araşdırılıb. Bu araşdırmaların nəticəsi onun 1995-ci ildə çapdan çıxmış “Məişət ekologiyası” kitabında öz əksini tapıb. Bu kitabda müəllif  “məişət ekologiyası” anlayışını – insan populyasiyasını inkişaf etdirən sosial-ekoloji məkan kimi şərh edib. Alimin o vaxtlar apardığı elmi araşdırmalar nəticəsində belə qənaətə gəlinmişdi ki, ailə qurulması, nəslin artırılması, uşaqların sağlam böyüməsi, əhali artımı, çoxcəhətli sosial funksiyaların həyata keçirilməsi sosial-ekoloji məkan baxımından məişətlə bağlıdır. Deməli, insanların sağlamlığının qorunması və inkişafı məişət ekologiyasının vəziyyətindən asılıdır. Çünki insanın fiziki və mənəvi qüvvələrinin bərpası əsasən məişətdə baş verir. Bu baxımdan mənzil-məişət şəraitinin abadlığı, mənzildə istifadə edilən əşyaların gigiyenik normalara uyğun gəlməsi, məişətdə hazırlanan və istifadə edilən qida növlərinin ekoloji cəhətdən təmizliyi, mənzillərdə yaşayış üçün normal temperaturun yaradılması məhz, məişət ekologiyasının vəziyyəti ilə bilavasitə bağlıdır. Buradan göründüyü kimi, insanların gündəlik həyat və fəaliyyətində məişət ekologiyası mühüm rol oynayır. Məişət ekologiyasının araşdırılmasının elmi əhəmiyyəti də məhz bununla bağlıdır.

Həmin monoqrafiyada araşdırıcının əsas elmi axtarışları bu istiqamətləri əhatə edirdi: “Məişət mədəniyyəti və məişət ekologiyası”, “Demoqrafiya, ətraf mühit və məişət ekologiyası”, “Ətraf mühitin ekoloji vəziyyəti və məişət ekologiyası”.

O vaxtlar məişət ekologiyası ilə bağlı Sakit müəllimin qənaəti belə idi ki, “Məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məişət ekologiyasının normal təşkili və inkişaf səviyəsi isə əhalinin təmiz içməli su, keyfiyətli ərzaq məhsulları ilə təmin edilməsindən – rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.

...Məişət ekologiyasının qorunmasında bir sıra tədbirlərin (monoqrafiyasında Sakit müəllim onların çoxunu müəyyənləşdirir.V.A.) həyata keçirilməsi ilə yanaşı, indiki şəraitdə əhali arasında ekoloji tərbiyənin genişləndirilməsinin də mühüm əhəmiyyəti vardır. Ekoloji tərbiyənin əsas vəzifəsi təbiətə humanist münasibət aşılamaq və ətraf mühitin qorunmasında əxlaqi prinsiplərin genişlənməsinə təsir etməklə bərabər, adamlarda ekoloji şüurekoloji mədəniyyətin formalaşmasını təmin etməkdən ibarətdir.”

Bu monoqrafiyasında müəllif, eyni zamanda ayrıca olaraq ekologiya ilə bağlı termin və ifadələrin izahlı lüğətini də verib. Ekologiya ilə bağlı 160-a qədər termin və ifadənin həm elmi ictimaiyyət, həm də geniş oxucu kütləsi arasında anlaşılması, dərk edilməsi işinə xidmət edib.

Sakit müəllimin elmi yaradıcılığının digər istiqaməti Davamlı İnkişaf və Davamlı İnsan İnkişafının sosial-fəlsəfi cəhətdən araşdırılmasıdır. Onun bu sahədəki axtarışları 2003-cü ildə nəşr olunan “Davamlı İnsan İnkişafının strateji istiqamətləri” adlı kitabıdır.

Belə bir cəhəti vurğulamaq istərdim ki, Sakit müəllimin bu monoqrafiyası respublikamızda Davamlı İnkişaf konsepsiyasının sosial-fəlsəfi mahiyyətinə həsr edilmiş ilk kitab hesab etmək olar. Kitabın maraqlı cəhətlərindən biri odur ki, onun səhifələrində cəmiyyətin davamlı inkişaf modelinə keçməsinin konseptual istiqamətlərini fəlsəfi cəhətdən şərh edilir, Azərbaycanda davamlı insan inkişafının müxtəlif aspektlərini siyasi-hüquqi, sosial-iqtisadi, ekoloji, demoqrafik, səhiyyə-sağlamlıq, ailə və məişət, elm və təhsil, informasiya, mədəniyyət, turizms. tədqiq olunur. Müəllif insan inkişafının əsas indikatorları sırasında mənəvi-psixoloji amilləri ilk dəfə olaraq ayrıca indikator kimi təqdim edib. Keçid dövründə mənəvi-psixoloji faktorların insan inkişafına ciddi təsir edən amil olduğunu Sakit müəllim ilk dəfə olaraq bu kitabda elmi cəhətdən əsaslandırmağa çalışıb.

2007-ci ildə Sakit müəllim həmkarı Rasim Sarıyevlə birlikdə “Ekologiyanın fəlsəfəsi və hüquqi məsələləri” monoqrafiyasını kitabını nəşr etdirib. Bu əsər ekologiyanın fəlsəfi və hüquqi məsələlərinə tarixi yanaşma; Azərbaycanda təbiəti mühafizənin inkişaf mərhələləri (1920-1991-ci illər) və onun sosial-fəlsəfi və hüquqi təhlili; Müstəqil Azərbaycanda ekologiyanın fəlsəfi və hüquqi məsələləri; Ekoloji şüurun formalaşmasında hüquqi və mənəvi məsuliyyətin rolu problemlərinə həsr olunub.

Ekologiyanın fəlsəfi və hüquqi məsələrinə həsr edilən monoqrafiyada insan-təbiət münasibətlərinin tarixi təkamülü şərh olunmaqla yanaşı, ekoloji fəlsəfə və ekoloji hüquq predmeti izah olunur, təbiətdən istifadənin fəlsəfi-hüquqi istiqamətlərinə, urbanizasiya prosesində şəhərsalmanın hüquqisosial-ekoloji aspektləri öyrənilir.

Bir il sonra isə Sakit müəllim Gəncədə yaşayan ekoloqlar professor Ələddin Əsgərov və dosent Eldar Hüseynovla birlikdə “Davamlı İnsan İnkişafı” adlı ali məktəblər üçün dərsliyini çap etdirib.

Bir neçə illik zəhmətin hesabına hazırlanmış bu dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının PedaqogikaPsixologiya bölməsinin 6 fevral 2008-ci il tarixli iclasının qərarı ilə çap olunub, dərsliyin elmi redaktoru bir neçə il Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru işləmiş iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqovdur.

31 çap vərəqi həcmindəki ilk və yeganə dərslik olan “Davamlı İnsan İnkişafı”  kitabında davamlı insan inkişafı konsepsiyasının meydana gəlməsi, mahiyyəti, əsas prinsipləri, cəmiyyətdə insan inkişafının göstəriciləri, bu göstəricilərin qiymətləndirilməsi şərh olunub.

Sakit müəllimin dinşünaslıq sahəsində də maraqlı araşdırmaları vardır. Sakit müəllimin ən son elmi uğurları sırasında “Azərbaycanın mili iqtisadiyyatı, modernləşmə və davamlı inkişafı” monoqrafiyasının nəşrini xüsusi qeyd etmək lazımdır.

Tanınmış iqtisadçılar professor İsa Alıyev (AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru) və Aqil Əsədovla (AMEA, İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru) birlikdə hazırlanmış “Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf” adlı monoqrafiya son illərdə bu mövzuda nəşr olunmuş ən maraqlı və qiymətli əsərlərdən biridir.

Sakit müəllim həm də vətənpərvər alimlərimizdəndir. Onun son illərdə apardığı elmi araşdırmalar buna misal ola bilər. Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin ekoloji vəziyyəti haqqında ilk həyəcan təbili çalan ziyalılarımızdan biri Sakit müəllim olub.

Sakit müəllim 1999-cu ildən başlayaraq Dağlıq Qarabağda onun ətrafındakı  işğal olunmuş ərazilərimizdə  ermənilərin ekoloji cinayətləri haqqında KİV- xeyli məqalə çap etdirib bu barədə Beynəlxalq Təşkilatlara müraciətlər göndərib.

2002-ci ildə Ekologiya Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmışİşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz”in işində o, ekspert kimi fəal iştirak edib. Onun təşəbbüsü ilə 22 oktyabr 2004-cü ildə Milli QHT Forumunun fəalları ilə (K.Mahmudov, F.Mehdiyev b.) birlikdə Beynəlxalq Ekoloji Təşkilatlara müraciətlər göndərilib. Sakit müəllim son illərdə sosial-ekoloji problemlər, davamlı inkişaf s. sahələrdə öz elmi araşdırmalarını yorulmadan davam etdirir. Alimin həm Beynəlxalq Təşkilatların respublikamızda həyata keçirdiyi layihələrdə fəal iştirakı da xüsusi qeyd olunmalıdır.

Sakit müəllimin elmi mətbuatda, ayrı-ayrı KİV-lərdə çap olunmuş məqalələri təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdəTürkiyədə, Rusiyada, ABŞ-da, İranda, Gürcüstanda da elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Onun adına imzasına yaxın uzaq xarici ölkələrdə keçirilən bir çox mötəbər elmi konfrans simpoziumların gündəliklərində tez-tez rast gəlmək olar.

Son illərdə Sakit müəllim ictimai-siyasi fəaliyyətini xeyli genişləndirib. O, 2012-ci ildə Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayında DAK Məşvərət Məclisinin üzvü, İctimai-Siyasi Proseslər Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin vitse-prezidenti seçilib.

Sakit müəllimin elmi axtarışları onların nəticələri həmişə uğurlu olub əminəm ki, bundan sonra da onun filosof, ekoloq sosioloq kimi daha böyük uğurları olacaqdır. Kifayət qədər təcrübəyə əməli nəticələrə nail olmuş tanınmış alimimizdən elmi ictimaiyyətimiz, geniş oxucu kütləsi, həmkarları dostları yeni-yeni uğurlar gözləyir. Şəxsən mən buna çox inanıram.

 

 

VAQİF ARZUMANLI,

İctimai-Siyasi Proseslər

Beynəlxalq Elmi Araşdırmalar

Mərkəzinin prezidenti, professor

 

525-ci qəzet.- 2013.- 16 may.- S.8.