Sönməyən ulduz...
Tarix yalnız
dahilərin xidmətləri
sayəsində xatirələrə
həkk olunur. Elə şəxsiyyətlər
var ki, onların
həyat və fəaliyyəti bütün
xalqın, dövlətin
inkişaf yollarını
müəyyənləşdirir. Azərbaycan xalqı dünya tarixinə çox tanınmış insanlar bəxş edib. XX əsr bu baxımdan, dünyaya böyük lider töhfə verməklə
əlamətdar oldu.
Atatürk, Vaşinqton,
Nehru, Şarl de Qoll kimi nadir tarixi simalar arasında Heydər Əliyev də xüsusi yer tutur.
O, Azərbaycan tarixinə çətin və keşməkeşli qurtuluş
mübarizəsinin qəhrəmanı
kimi düşüb. Heydər Əliyev tam öyrənilməmiş
xəzinədir. Siyasi dünyası
ucu-bucağı görünməyən
okeana bənzəyir.
Azərbaycan tarixinin 50 illik dövrünü onun mübarizə yolu, böyük quruculuq işləri əhatə edir. 1982-ci ildə Sovetlər İttifaqının
rəhbərlərindən biri olan Heydər
Əliyevin təşəbbüsü
ilə Azərbaycanda iri sənaye müəssisələrinin inşasına
başlandı, iqtisadiyyatın,
mədəniyyətin, elmin
və başqa sahələrin inkişaf etdirilməsi istiqamətində
mühüm layihələr
gerçəkləşdirildi.
Heydər Əliyevin Kremldə güclü mövqe qazanması və nüfuzu Azərbaycana, bütövlükdə isə
türk dünyasına
düşmən kəsilən
qara qüvvələrin
çirkin məqsədlərinə
çatmasına ən
böyük əngəl
idi.
1993-cü ildə xalqın
istəyi ilə yenidən iqtidara gələn Heydər Əliyev Azərbaycanın
müstəqilliyini möhkəmlətmək,
unitar quruluşunu qorumaq uğrunda əzmlə mübarizə
apardı. XX əsrin
əvvəlində Mustafa Kamal
Atatürk Türkiyəni
necə xilas etmişdisə, yüzilliyin
sonunda Heydər Əliyev də Azərbaycanı qlobal tənəzzüldən, parçalanmadan
qurtardı.
Dünyanın 11 nəhəng neft şirkətini Bakıya toplayan Heydər Əliyev bu istiqamətdə böyük
səy göstərdi,
çoxlarının əlçatmaz
hesab elədiyi arzunu həyata keçirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
Bakıda təməlatma
mərasimində Gürcüstanın
sabiq prezidenti Eduard Şevardnadzenin dediyi sözləri yaxşı
xatırlayıram: “Bu tarixi
layihəni həyata keçirə biliriksə,
buna görə Azərbaycan Prezidenti, əziz dostum Heydər Əliyevin böyük dühasına
və qəhrəmanlığına
borcluyuq!”
Xəzərin zəngin resurslarını
türk dünyasına
qazandıran Heydər
Əliyevin bu tarixi xidmətlərinə
Türkiyə dövləti
və ictimaiyyəti yüksək dəyər verdi. Atatürk
Sülh Mükafatı,
Dövlət Nişanı,
bir çox universitetlərin, təşkilat
və qurumların mükafatları, neçə-neçə
fəxri adlar, İstanbul, Ankara, İzmir
və Qarsda adına salınan parklar, xatirəsinə ucaldılan abidələr,
Qaziantepdə fəaliyyətə
başlayan Heydər Əliyev məktəbi türk ictimaiyyətinin böyük ehtiram və sevgisinin parlaq nümunəsidir.
Azərbaycanın müstəqilliyinin güclənməsində,
ölkənin müasir
dünya ilə inteqrasiyasında Heydər
Əliyevin möhtəşəm
əsərlərindən biri
də tarixi “İpək Yolu”nun bərpası layihəsidir. 32 ölkənin iştirakı
ilə gerçəkləşən
və əsrin ən böyük nəqliyyat razılaşması
olan bu nəhəng
layihə Yaponiyadan başlayaraq İngiltərəyə
qədər uzanacaq.
Türk dünyasının güclənməsini
istəyən hər kəs bu gün
Azərbaycan xalqının
və türk dünyasının böyük
övladı Heydər
Əliyevin unudulmaz xatirəsi qarşısında
baş əyir.
Dövlət xadimi, tarixçi, general, natiq, millət vəkili, prezident, cəsur öndər Heydər Əliyev tək Azərbaycana deyil, geniş anlamda türk dünyasına işıqdır. Onun qurduğu
Azərbaycan dünyəvi
və davamlı inkişaf yolu ilə inamla addımlayır. Azərbaycan xalqı
Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Respublikasına
rəhbərlik edən
İlham Əliyevə
güvənir və bu siyasi kursa
daim öz töhfəsini verməyə
hazırdır.
Mustafa Saatci
525-ci qəzet.- 2013.- 16 may.- S.2.