Qüdsdə düşüncələr
PEYĞƏMBƏRİN MERACI VƏ
İLK NAMAZI
Peyğəmbərlər yetirən
Pak diyarda – Qüdsdə,
Yer üzünün gözü
üstə;
Uzanmışdı Məhəmməd.
Hələ özü bilmirdi,
Peyğəmbərlik haqqını
Qazanmışdı Məhəmməd.
Allah eşqi qanında,
Yaşıl işıq qoynunda,
İndi
merac edirdi;
Göyün hər bir qatında
Bir peyğəmbər dururdu,
Xoşgəldin – ovqatında:
Onu salamlayırdı,
Onu uğurlayırdı.
Allah astanasında
Aləm nura boyandı.
Onun gözü qamaşdı,
Səcdə qıldı, dayandı.
Qəlbində səs eşitdi
–Nə istəyirsən dilə.
–Allahım, sən alisən
Hümmətimə rəhm elə...
–Aləmə ümid olur
Yanan balaca bir şam.
Mən tövbə qapıların
Sizə
açıq qoymuşam...
O ilk dəfə eşitdi
Ulduzlar arasından
Bir azan avazını,
Göyə Məhəmməd getdi,
Yerə
peyğəmbər endi,
Qıldı ilk namazını.
SƏBR VƏ DÖZÜM ALLAH YOLUDUR
Ekizdilər xeyirlə-şər,
İkisi də dəymədüşər.
Onlar deyir bu dünyanı
Düzəltmək də bizə düşər.
Gecə-gündüz hey döyüşər,
Döyüşlərdə yer dəyişər.
Biri deyər qarnım acdı,
Biri deyər
ruhum acdı.
Deyən
olmaz gözlə, bişər...
İnsan
kamala yetməyib;
Yetişməyib hələ bəşər.
Heç
kəs heç vaxt deməsin ki,
Bütün vədlər yalan oldu.
Zor ağıla qalib gəldi,
Mədəviyyat plan oldu,
Mənəviyyat talan oldu.
Azadlığı satan oldu,
Azadığı alan oldu.
Gələn gəldi, gedən
getdi,
Qalan qaldı,
olan oldu.
İnsan
ağlı çox cavandı,
Qoca dünya
köhnə yoldu.
Ağlımızın yolu zaman.
Bu zamanda ömür
bir an.
Ha qışqır ki, “zaman dayan!”
Hələ ağla dolmamışam,
Hələ adam olmamışam,
Nə dayanar, nə gözləyər
“Vallah-billah bu ağılla
Qorxuram bizə
göz dəyər”.
Yaxşı olmaq istəyənlər
Hər zaman yaxşı söz deyər.
Döymə səndən aşağını,
Söymə səndən yuxarını.
Zaman diri su kimidi
Zaman tapar axarını.
Çalış bir az
da döz – deyər.
ALLAHIN MUSAYA ZARAFATI
Musa peyğəmbər qırx
il
yəhudiləri gəzdirdi,
Səhraları, çölləri,
sahilləri
bezdirdi.
O yerləri bəyənmədilər
Bura pis qoxuyur – dedilər,
dayanmadılar.
Üç min il sonra
Onun neft qoxusu
olduğunu anladılar.
Özlərini, talelərini danladılar.
O zaman bir ölü
balığın
dirildiyi yerdə
məskən salmışdılar.
Kök salıb qalmışdılar
Bu dəfə dəniz
ölü dəniz çıxmışdı.
Dənizdən balıq, su əvəzinə
duz çıxmışdı.
Üç min ildir dünyanı
dolanır,
yenə o sahilə gəlir
yəhudilər.
Yaradanın bu zarafatına
hələ
də ağlayır, gülür yəhudilər.
Fikrət QOCA
525-ci qəzet.- 2013.- 17 may.- S.7.