Fransada keçirilən Azərbaycan Günləri xarici mətbuatda geniş işıqlandırılıb

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ölkəmizin Parisdəki səfirliyinin təşəbbüsü ilə Fransanın müxtəlif şəhərlərində keçirilən Azərbaycan Günləri çərçivəsindəki tədbirlər fondun bu ölkənin tarixi abidələrinin bərpasına yardımı son dövrlərdə xarici mətbuatda özünə yer tapıb.

Fransadakı səfirliyimizdən verilən məlumata görə, ölkəninDofineqəzetində çap olunanAzərbaycan öz zənginliyini Evianın festivallar sarayında nümayiş etdirirsərlövhəli məqalədə Heydər Əliyev Fondu tərəfindən çoxəsrlik tarixə malik Azərbaycanın mədəni dəyərlərindən ibarət sərginin açılışından bəhs olunub. Məqalədə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyovun, Evian şəhərinin meri Mark Fransinanın Azərbaycan barədə fikirlərinə geniş yer ayrılıb.  Qafqazın mirvarisi, qədim zəngin tarixyarımsərlövhəsi altında verilmiş yazıda isə Qafqazın mirvarisi adlanan Azərbaycanın Avropa ilə Şərq arasında yerləşdiyi, yeraltı sərvətləri, zəngin mədəniyyəti, dövlət atributları, coğrafi mövqeyi barədə məlumatlar təqdim olunub. Daş dövründən etibarən öz mədəniyyətini yaradan azərbaycanlılar fransız oxucularına inkişaf etmiş zəngin mədəniyyətə malik bir xalq kimi tanıdılır.

 Azərbaycana xüsusi nömrə həsr edən səhifələrində ölkəmiz haqqında çoxsaylı məqalələrin yer aldığıQərbi Fransaqəzetinin 13 may tarixli nömrəsində dərc edilənKilsəni bərpa etmək üçün bütün dünya öz daşını gətirdisərlövhəli məqalədə Fransanın mədəni tarixi abidələrinin bərpasına yaxından kömək göstərən Heydər Əliyev Fondunun Orn departamentində bir neçə kilsənin bərpasına yardımından, Sen-Hiler kilsəsində bərpa işlərinin başa gəlməsi ilə əlaqədar mayın 11-də keçirilən təntənəli toplantıdan bəhs edilib. Toplantıda çıxış edən Sentiyi qəsəbəsinin meri, Orn departamentinin rəsmiləri Heydər Əliyev Fondunun yardımını yüksək qiymətləndirib, bu addımın iki xalq arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıblar.

 Məqalədə səfir Elçin Əmirbəyovunmədəni irs yalnız bir xalqa deyil, bütün dünyaya məxsusdurfikri verilərək 9 milyon əhalisi olan Azərbaycanın dünyəvi tolerant ölkə olduğu xüsusi nəzərə çatdırılıb.

Azərbaycanı Fransada yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı ölkəmizin Parisdəki səfirliyinin dəstəyi iləQafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərilayihəsi çərçivəsində bu ölkədə keçirilən Azərbaycan Günləri Fransanın yaxın qonşusu olan İsveçrə mətbuatının da diqqətini özünə çəkib. İsveçrəninEskapadajurnalında dərc olunanAzərbaycan: Qafqazın mirvarisinin mədəni dəyərlərisərlövhəli məqalədə Heydər Əliyev Fondu tərəfindənQafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərisərgisinin Fransanın müxtəlif şəhərlərində təşkil edilməsinin Şərqlə Qərb arasında, İpək Yolunun üzərində yerləşən Azərbaycan Fransa mədəniyyətlərinin biri-birindən bəhrələnməsi zənginləşməsində müstəsna rolundan bəhs olunub.Yazıda müxtəlif sirli ilmələrlə toxunan xalçalardan, qədim qadın kişi geyimləri, musiqi alətləri digər eksponatlardan ibarət sərginin, folklor caz musiqisinin Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin ayrı-ayrı şəhərlərin merlərinin əməkdaşlığı sayəsində təşkil edildiyi, iki ölkə arasında mədəni əlaqələrin XIX əsrə təsadüf etdiyi, həmin dövrdə Azərbaycana səfər edən məşhur fransız yazıçısı Aleksandr Dümanın (Ata) Qarabağ xanının qızı Xurşidbanu Natəvan ilə görüşdüyü, “Koroğludastanının Jorj Sand  tərəfindən tərcümə edildiyi, XX əsrin əvvəllərində tanınmış azərbaycanlı publisist Ceyhun Hacıbəyli tərəfindən ParisdəQafqazadlı jurnalın nəşr olunduğu, Prezident Şarl de Qollun Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı Əhmədiyyə Cəbrayılov ilə görüşü barədə ətraflı bilgi verilib. “Tarixi mədəni irslə zənginyarımsərlövhəsində qədim ticarət yolu üzərində yerləşən Azərbaycanın Roma imperiyasının, monqolların ərəblərin istilasına məruz qaldığı, xalqımızın ən qədim musiqisi olan muğamın 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi şifahi mədəni irsi siyahısına daxil edildiyi, 1918-ci ildə Şərq dünyasında ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğu, qadınlara ilk dəfə səsvermədə iştirak hüququ verildiyi, digər ölkələrə tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif mədəniyyətlərə dinlərə məxsus xalqların dostluq, qarşılıqlı inam mehribanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb. Məqalədə bu tarixi ənənələri yaşadan Heydər Əliyev Fondunun mədəniyyətlərarası dinlərarası dialoq mövqeyindən çıxış edərək humanitar missiyanı yerinə yetirdiyi, dünyanın müxtəlif ölkələrində tarixi, mədəni dini abidələri bərpa etdirdiyi, 2007-ci ildə Fransanın Versal qəsrində iki abidənin, 2008-ci ildə Luvr muzeyinin İslam incəsənəti şöbəsində qədim xalçaların, 2009-cu ildə Strasburqdakı katedralın müəyyən hissəsinin 2011-2012-ci illərdə Orn departamentindəki qədim kilsələrin bərpasına yaxından yardım etməklə xeyirxah bir missiyanı yerinə yetirdiyi xüsusi vurğulanıb.

 SondaQafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərilayihəsi çərçivəsində Fransanın La Roşel, Reyms, Şalon-an-Şampan, Bordo, Van digər şəhərlərində Azərbaycan günlərinin keçirildiyi xatırladılıb.

İsveçrədə rus dilində nəşr olunanNaşa qazetamətbu orqanında Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi iləQafqazı mirvarisi olan Azərbaycanın mədəni dəyərlərilayihəsi çərçivəsində Fransanın Evian şəhərində təşkil edilən sərgi konsert barədə dərc edilən məqalədə isə müxtəlif xalçalardan, ənənəvi musiqi alətlərindən, ölkəmizin xalq sənəti nümunələrindən digər eksponatlardan ibarət sərginin fransızlarda böyük təəssürat yaratdığı, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu tədbirin artıq Fransanın bir çox şəhərlərində nümayiş etdirildiyi diqqətə çatdırılıb. Son illərdə Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılan məqalədə qeyd olunur ki, hər iki ölkə iqtisadi mədəni əməkdaşlığa mühüm əhəmiyyət verir. Keçən ilin payızında Fransa Prezidenti Fransua Ollandın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfər etdiyi, hər iki dövlət başçısının Heydər Əliyev Fondunun yardımı ilə bərpa olunan qədim xalçaların saxlandığı İslam İncəsənəti Departamentinin açılışında iştirak etdiyi xatırladıllıb. Məqalədə Fransa ilə Azərbaycan arasında əlaqələrin dərin kökləri olduğu qeyd edilib, xalqlarımız arasında mədəni əlaqələrin tarixinin mühüm hadisələri sadalanmış, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun Fransada keçirilən Azərbaycan günləri ilə bağlı tədbirlər barədə fikirlərinə istinad olunub.

 

 

Sevinc HƏMİDLİ

 

525-ci qəzet.- 2013.- 17 may.- S. 7.