rok-n-roll xatirəsi
bir xatirəm
yaşayır növbahar kafesində
bir ruh
kimi yaşayır guya ki bəxtiyardı
təsəlli aramıram daha yağmur səsində
bir
zamanlar dünyada başqa bir adil vardı
bu kafeyə
gələrdi soyuq şərab içərdi
hər
günü son gün kimi yaşayardı dünyada
dost
dediyi adamın günahından keçərdi
sevdiyi
bir qadını öldürərdi röyada
lennonun
eynəyinə bənzəyirdi eynəyi
bir
rok-n-roll havası vardı dərdli başında
heç
sözünə baxmazdı ritmi pozuq ürəyi
saqqalı ağarmışdı hələ otuz yaşında
ölümün yalnızlığı səsləyir onu bəzən
umudun
ağ yelkəni uzaqlaşır hər səhər
növbahar kafesini əbəs axtarırsan sən
sənə demişdim axı labirintdi bu şəhər
pəncərəmin şüşəsinə yazdığım şeir
pəncərəmin şüşəsində və
masanın üstündə
titrək
işıq ləkələri kağız qələm və
saat
bardaqda
bir fincan su
yağlı boya kətan tütün və tənhalıq qoxusu
deməli
mən bu evdə yaşayıram hələ
deməli
davam edir həyat
həyat
belə davam edərsə əgər
mən
ölüm şərabımı son damlasına qədər
içməliyəm
şirin
candan vaz keçməliyəm
son dəfə
bir gözəl musiqi dinləməliyəm
sonra
durub vəsiyyət şeirimi yazmalıyam
son
siqaretimi çəkib özümü asmalıyam
v
zelyonıy veçer pod oknom
na rukave
svoyom poveşus*
ilk
şeirimi yazdığım zaman şairləri
ölümsüz bilirdim
o gecə
ay doğmuşdu dağların üstündə
o gecə
mən gümüş aya ismarladım
baxtsız talesiz şairləri
indi
ürək ağrısı ilə xatırlayacam
insanın böyük adına bağışladığım
şeirləri
türk kafesində köhnə dostumu xatırlayıram
buludlar
sınıb tökülür buludlar
umudlar
qafası sərxoş umudlar
bir səhər
aynaya baxanda
laxtalanmış qan ləkəsi görəcəksən yaxanda
onda qoca
mefistofel gülümsəyər üzünə
sən
o gündən düşmən olarsan özün özünə
fəqət uzun yollar var hələ sənin önündə
bəlkə bir yağmur mələyi
bəlkə bir sevda çiçəyi
xilas edəcək
səni günlərin bir günündə
bir
küçə davasında dost olmuşduq biz
sonra pivə
günəş dəniz
qum
üstündə futbol
və
ağlı başdan alan rok-n-roll
unut umu
küsüləri unut
mən
çoxdan qapamışam haqq hesab dəftərini
yalqızlıq bir silahdı tətiyi qapıya bağlı
indi sən
nə söyləsən anlamsız olacaq
ayrılıq havasına gözlərimiz dolacaq
mən
sənin portretini çəkəcəkdim
özü də pəncərə önündə
ayrılıq girdi araya ayrılıq
yasəmən qoxulu bir yaz günündə
mən
bir ömür boyu şəhər şəhər
daşıdım umudun cəsədini
hər
qapı arxasında bir insan dramı
bir məhəbbət macərası
bir ayrılıq hekayəsi
bir faciə
yaşanır
yalnızlıq bir silahdı fələyi ürəyə bağlı
bir
güçə davasından
sonra dost olmuşuq biz
bir
ruzgar kimi keçdi gəncliyimiz
bilirəm, bilirəm səni sırtından vurdu qədər
bir
gün məni axtarsan əgər
sən
bildiyin türk kafesində olacağam yenə
sən
məni unutsan da mən dua edəcəyəm sənə
sentimental melodiya
məndillə gözünü silən bir qadın
ürəyində gizlədib ağısına həyatın
ilahi
gözləri sözünə baxmır
göz
yaşı içindən həm axır həm axmır
bütün rənglər qeyb olub bu şəhər
dən
soyuq
yağış yağır bu gün səhərdən
qadının ağlayan gözləri peşman
əski
nəğmələrin sözləri peşman
qadının gözləri könlünə düşmən
niyə
bu qadına ürək açdım mən
tül
pərdəli pəncərədə sislər dumanlar
bir-birinə qarışıb gerçəklərlə dumanlar
hər
damla göz yaşına arzu umud və roya
sentimental
bir sevda, sentimental melodiya
saz ovqatı
pəncərədə qarğa tükü qaranlıq
ay
görünmür tanrım söylə ay hanı
əsən rüzgar sanki durur bir anlıq
dənizdə çırpınır gecənin canı
buzovna
yolunda işıqlar sönüb
umud
yarpaqları göyə sovrulur
yenə
eski günlər geriyə dönüb
dərd
ürəkdə qovğa kimi qovrulur
ağlıma nazımdan bir misra geldi
o
şeirin havası doldu içimə
kor
küçə fənəri gözünü sildi
aylardan
may ayı, günlərdən cümə
bir lal
aşıq çaldı qara sazını
qara
sazda yuva qurub ürəyim
aynada
oxudum alın yazımı
aynada
qeyb oldu uçan mələyim
ölüm haqqında metofizik düşüncələr
bir
şair də itirdik bu şəhərdə
məndə bir şəkli qalıb bulvarda çəkdirmişik
bir də
telefon nömrəsi
hələ də hələ də qulağımdadı
içki
məclisində şeir oxuyan səsi
insan
insanı ölümündən tanır demiş bir şair
ölüm dəyimdidə bilməyib bizim dostluğumuzu
amma
axşamlar çayxanaya gəlmir daha
mən
ondan incimirəm köhnə
dost
düşmən olmaz
bəzən gizlicə utanıram onun şeirlərindən
utanıram pəncərəmdən gülümsəyən
gözəl səhərdən
mətbəxdə oturmuşam bəzən səhərə qədər
qaranlıq pəncərədə ay işığında şəhər
və
masanın üstündə bir fincan qara kədər
ölüm haqqında metofizik düşüncələrə
dalıram
zamansızlıq içində yaşayıram sanki mən
dünyadan dörd əlli yapışıb
yaşamaqda israr edirəm
hər
gecə bir ulduzdan
başqa
bir ulduza gedirəm
bir
zamanlar mən də şair idim
təpədən dırnağa qədər
ürəyimdə bülbüllər yuva qurardı
ürəyimdə bülbüllər qafamda qəza qədər
bir
şair də itirdik bu şəhərdə
indi mərmər
başdaşından
bizə
baxıb gülümsəyir ödünc aldığı
ölüm
hər
gün bir az ölüb dirilməyə bənzər
başa
gələcək bəlaları ulduz falıyla yozmaq
bir
rüzgarla qeyb olacağımızı bilə-bilə
oturub
şeir yazmaq
ay qeyb
oldu göy üzündə bir ara
qaranlıqda fit çalır sərxoş külək
mən
özüm özümdən qaçıram sanki
sinəmin altında plastik ürək
mən
bir faciə qəhrəmanıyam bu anda
gecə
qan qoxuyur köhnə limanda
Parisdə yağışlı bir
cümə günü
sesar
valexonu gördüm yuxuda
Parisdə
yağışlı bir cümə günü
sümüyü sızlayır qərib şairin
suç
kimi daşıyır qürbət yükünü
ayaqları səndərləyir ağrıdan
nə
bir köhnə dost var nə təzə düşmən
yağışdan qaçıram sərsəri kimi
yağışlı bir gündə öləcəyəm
mən
okeanın o tayında məmləkət
okeanı
üzüb keçir ehtiyac
məmləkətim belə umrunda deyil
sesar
valexonun qarnı acdı ac
yuxudan
ayıldım yağış yağırdı
gözlərim elə bil bir kor quyudu
məni
kürəyimdən vurdular şair
yağış cinayətin izini yudu
köhnə dəyirmanın göyərçinləri
bir
meyxana küncündə dərddən gəbərir qərib
başı üstünə bir mələk qanadlarını gərib
bütün bəlalardan qoruyur onu
aynada mələyin
bəyaz kölgəsi
burası
tanrıların adamına şahid
sivil bir
avropa ölkəsi
dördkünc pəncərə çərçivəsində
qotik
lyüteran kilsəsi
beysbol
papağını gözü üstünnə basıb
arxadaş
güzgüyə pəncərəyə baxacaq halımı var
boyunundan
quran asıb məmləkətdən yadigar
küçələrdə meydanlarda sərsəri bir maskarad
günahları əf edir lyütarın kilsəsi
adamı
röyadan ayırdı ustad
kilsə
zənglərinin ət kəsən səsi
qürbət bir yükdü çiyinlərində
şaşırmış
kimi bir halı var
bu
axşam nə tutulacaq yaşıl budağı
nə də
sığınacaq bir xəyalı var
buzovna
bağlarında yaşadığımız günlər
heç
onun yadına düşürmü indi
zamanı
geriyə döndərə bilsəm
qürbət qəhər edər səni deyirəm qoca dendi
macəra
dolu gənclik yaşamışdı Bakıda
köhnə dəyirmanın yanında
səhərlər sevda və umud
axşamlar alkoqol axardı qanında
köhnə dəyirmanın göyərçinləri sevərdi
onu
o
da çox sevərdi göyərçinləri
dəyirmanın yanında köhnə bir kafe vardı
bir zamanlar
orda görüşərdik biz
burdan
yüz addımlıqda hökumət evi
burdan
yüz addımlıqda kitabxana
burdan
yüz addımlıqda dəniz
burdan
yüz addımlıqda ayrılıq həsrəti
burdan
yüz addımlıqda qürbət
gizli sevda
çox
əski bir macəradı bu gizli sevda
adını belə xatırlamadığın bir qadının
isti
qariflarında açdın gözünü
masada
şərab tütün meyvələr yasəmənlər
pəncərdə qaranlığa bütünmüş şəhər
gözlərini açar açmaz durub söydün özünü
kürəyində tale kimi daşıdığın bir kədər
şəhər hələ oyanmayıb yuxudan
küçələr boş kafelər bağlı
əski
bir macərada ilişib qalıb
iyirmi
bir yaşının olmayan ağlı
qadın
dişi canavartək uyuyurdu yataqda
bir də
qara pişik vardı otaqda
qadının gözlərindən çalınıb səadəti
qadını dünyaya bağlayan şey pişiyin sədaqəti
qadını boğub öldürmək keçdi ağlından bir
an
bəlkə də boğacaqdın sən pişiyə
qıymadın
saata
baxdın dayanıb zaman
iki kəlmə
söz yazıb masa üstə qoymadın
barmaqların ucunda çıxdın evdən
bayırda qış, qiyamət rüzgar və qar
saat
neçədə çıxır vağzaldan
səni
bu şəhərdən alıb aparacaq Qatar
Adil Mirseyid
525-ci qəzet.-
2013.- 18 may.- S.29.