Azərbaycan vətəndaşları
Türkiyədə necə mülk ala bilər?
ABDULLAH
ÇİFTÇİ: “TÜRKİYƏDƏ MƏNZİLİ
OLAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI HÖKUMƏTİN
İCAZƏSİ İLƏ MÜDDƏTSİZ OTURUM
İZNİ ALA BİLƏRLƏR”
Ötən
il Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən,
əcnəbilərə ölkə ərazisində daşınmaz
əmlak almağa icazə veriləndən sonra Türkiyənin
inşaat sektorunda canlanma müşahidə olunmağa başlayıb.
Bu sektora maraq göstərən əcnəbilər arasında
keçmiş SSRİ məkanından və ərəb
ölkələrindən olan müştərilər də az
deyillər.
Məhz
bu coğrafi bölgədən olan müştərilərə
dəstək məqsədilə Ərəb Ölkələri
və Türk Respublikaları Əmlak
Yatırımcıları Birliyi yaradılıb. Birliyin sədri
Abdullah Çiftçinin sözlərinə görə,
birliyin yaranma məqsədi ilk növbədə ərəb
ölkələri və türkdilli ölkələrin vətəndaşlarının
Türkiyədə daşınmaz əmlak sektoruna investisiya
qoymalarına kömək etməkdir. Türkiyənin
bütün şəhərlərində inşaat şirkətlərinin
fəaliyyəti barədə geniş məlumatı olan birlik
Türkiyədə mənzil almağı düşünən
əcnəbilərə heç bir ödəniş etmədən
mütəxəssis məsləhəti verir, mənzilin
qeydiyyat sənədlərini və oturma icazəsi alma
prosedurunu da izləyirik.
“525”ə
müsahibəsində Ərəb Ölkələri və
Türk Cümhuriyyətləri Daşınmaz Əmlak
Yatırımçıları Dərnəyinin sədri
Abdullah Çiftçi deyib ki, son bir ildə xaricilər
Türkiyədə inşaatı bitmiş binalardan 130 min
hazır mənzil alıb. Bundan başqa, inşaatı davam edən
binalardan da 10 min mənzil xarici müştərilər tərəfindən
alınıb.
Azərbaycanlılar
Türkiyədə yatırım və yaşamaq məqsədi
ilə mənzillər alırlar. Azərbaycan vətəndaşları
daha çox Antalya, Bodrum kimi turistik yerlərdən yay tətili
üçün bağ evlərinə maraq göstərirlər.
Amma yatırım məqsədi olanlar İstanbuldan mənzil
alırlar. Biznes yatırımı qoymaq istəyən azərbaycanlılar
İstanbuldan otellər alıblar.
Yaşamaq
məqsədi ilə mənzillərə baxarkən
İstanbul, İzmir, Ankara, Bursa kimi şəhərlərə
üstünlük verilə bilər. Bursada Uludağ xizək mərkəzi var. Bursa, eyni
zamanda Osmanlı Dövlətinin ilk paytaxtıdır, tarixi bir
şəhərdir. “Yaşıl Bursa” kimi də təbliğ
olunur. Həm dənizkənarı, həm xizək mərkəzi
olmaqla yanaşı, təbii müalicə obyektlərinin də
olduğu bir şəhərdir. Yalovada da termal obyektlər və
dəniz var. Ankara paytaxt, İzmir tarixi liman və ticarət
şəhəri, İstanbul isə bütün
dünyanın bəyəndiyi bir şəhərdir.
– Azərbaycanlılar
Türkiyədən əmlak ala bilərmi?
–
2012-ci ildə Türkiyədə qanunlara edilmiş dəyişikliklərdən
sonra azərbaycanlılar heç bir maneə olmadan Türkiyədən
torpaq sahəsi, mənzil ala bilərlər.
“Bir millət – iki dövlət” şüarı ilə Azərbaycan
və Türkiyə qardaş olduğunu dünyaya elan etdilər.
Tanıdığım azərbaycanlılar Türkiyəni
ikinci Vətən olaraq görürlər.
Türkiyədə
daşınmaz əmlak sektoru sürətlə inkişaf edən
sektordur. Azərbaycanlılar, investisiya məqsədi ilə
xüsusilə İstanbuldan mənzil, otel, iş mərkəzləri
ala bilərlər. Çünki İstanbulda daşınmaz əmlak
sektoruna investisiya qoymaq çox sərfəlidir. Bir çox Azərbaycan
vətəndaşı da İstanbula yatırım qoyur.
–
Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı
nələrə diqqət etməlidir?
– Əvvəlcə
mənzili nə məqsədlə aldığına
baxmalıdır – mənzil investisiya məqsədli, yoxsa
yaşamaq məqsədi iləmi alınacaq? İnvestisiya məqsədli
mənzil alınacaqsa, inşaatı davam edən layihələrdən
mənzil almaq daha sərfəlidir. Çünki layihənin
başlanğıcında mənzil alınsa, layihə bitimində
ortalama 20 faiz dəyər qazana bilər.
Yaşamaq
məqsədi ilə mənzil alınırsa, bunun yeni tikilən
binalardan olmasını məsləhət görürəm.
İstanbulda ən son texnologiya ilə inşa olunmuş binalar
var. Bu binaların içində alış-veriş mərkəzi,
idman sahələri, uşaq parkları, üzmə hovuzu kimi
sosial imkanlar var. Bundan başqa, müasir texnologiya ilə
inşa edilmiş binalar zəlzələyə
davamlıdır. Yeni binalardan mənzil alınması daha sərfəlidir.
Mülk
alınacaq şirkətin seçimi də çox əhəmiyyətlidir.
Hər ölkədə olduğu kimi, Türkiyədə də
hər şirkətdən mənzil alınmaz. Bu səbəblə
mənzil alarkən şirkətin keçmiş
referanslarını, daha əvvəl tamamlayıb təslim
etdiyi mənzillərin layihələrini araşdırmaq
lazımdır.
Tətil
məqsədli, bağ evi alınacaqsa, yenə inşa edən
şirkətin nə qədər
etibarlılığını yaxşı araşdırmaq
lazımdır.
– Azərbaycanlılara
hansı şəhərlərdə mənzil almağı məsləhət
görürsünüz?
–
Mülk, yay tətili məqsədi ilə bağ evi
alınacaqsa, Antalya və qəsəbələri, Bodrum,
Kuşadası, Marmaris, Fethiye kimi dəniz kənarı ərazilər
seçilməlidir. Türkiyədə ruslar və almanlar daha
çox Antalyanı, ingilislər isə Fethiye, Datça,
Dalaman kimi bölgələrə üstünlük verirlər.
Küveyt
və Səudiyyə Ərəbistanından olan müştərilər
isə daha çox İstanbulu tərcih edirlər.
Azərbaycanlılar
da Türkiyədə yatırım və yaşamaq məqsədi
ilə mənzillər alırlar. Azərbaycan vətəndaşları
daha çox Antalya, Bodrum kimi turistik yerlərdən yay tətili
üçün bağ evlərinə maraq göstərirlər.
Amma yatırım məqsədi olanlar İstanbuldan mənzil
alırlar. Biznes yatırımı qoymaq istəyən azərbaycanlılar
İstanbuldan otellər alıblar.
Yaşamaq
məqsədi ilə mənzillərə baxarkən
İstanbul, İzmir, Ankara, Bursa kimi şəhərlərə
üstünlük verilə bilər. Bursada Uludağ xizək mərkəzi var. Bursa, eyni
zamanda Osmanlı Dövlətinin ilk paytaxtıdır, tarixi bir
şəhərdir. “Yaşıl Bursa” kimi də təbliğ
olunur. Həm dənizkənarı, həm xizək mərkəzi
olmaqla yanaşı, təbii müalicə obyektlərinin də
olduğu bir şəhərdir. Yalovada da termal obyektlər və
dəniz var. Ankara paytaxt, İzmir tarixi liman və ticarət
şəhəri, İstanbul isə bütün
dünyanın bəyəndiyi bir şəhərdir.
Xaricilərə
Türkiyədə mülk almaq hüququ verildikdən sonra
dünyanın hər ölkəsindən İstanbuldan mənzil
alışı artıb. Xüsusilə ərəb ölkələrindən
İstanbula sıx maraq var.
–
Türkiyədə dəniz qumundan binaların inşa edildiyi
xəbərlərdə keçdi. Azərbaycanlı
müştərilər belə mənzillərlə
aldadılmamaları üçün nə etməlidirlər?
– Bu xəbər tamamilə əsassızdır.
Türk inşaat sektoru bütün dünyada bilinən
hörmətli bir sektordur. İnşaat texnologiyaları
çox inkişaf edib. Bundan başqa, dövlət tərəfindən
nəzarət var. ncaq azərbaycanlıların bir
narahatlığı olarsa, bizim Birliyə müraciət edə
bilərlər. Biz dərnək olaraq azərbaycanlılara
pulsuz məsləhət xidməti veririk.
–
Türkiyədən mənzil alan azərbaycanlıların
buradakı oturum məsələləri necə həll olunur?
–
Yeni çıxan bir qanuna görə Türkiyədən mənzil
alan azərbaycanlılar bir il müddətinə oturum ala bilər,
mənzillərini satmadıqları müddətdə oturma
icazəsini hər il uzada bilərlər. Yəni, əslində,
Türkiyədə mənzili olan Azərbaycan vətəndaşları
hökumətin icazəsi ilə müddətsiz oturum izni ala
bilərlər.
– Türkiyədən mənzil almaq
istəyən Azərbaycan vətəndaşı hansı
prosedurlardan keçməlidir?
–
Torpaq sahəsi alınıbsa, fərdi şəxslər və
şirkətlər, aldıqları torpaq üzərində
layihə həyata keçirə biləcəklər. Ancaq bu
layihə 2 il ərzində müvafiq nazirliyin təsdiqinə
təqdim ediləcək.
Ev
alqı-satqısı zamanı Tapu Müdürlüyünə
(Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı
Müdürlüyü) müraciət edilməlidir.
Bunun
üçün bu sənədlər təqdim edilməlidir;
*
Şəxsiyyət vəsiqəsi və pasport;
*
Oturum izninə tabe olanların Emniyyet Müdürlüyündən
alacaqları rəsmi sənəd;
*
Etibarnamə istifadə edənlərin etibarnamə əsli və
notarius tərcüməsi.
* Ev
alış-veriş əməliyyatlarında xərclər;
Bir
Azərbaycan vətəndaşının
qarşılaşacağı xərclər isə belədir;
*
Alqı-satqı vergisi;
*
Dövriyyə ödənişi;
*
Pasport tərcüməsi;
*
Eskiz ödənişi.
Alınan
mənzilin tapusunu (qeydiyyat sənədini) alma əməliyyatı
üçün İstanbul xaricindəki şəhərlərdə
müddət bir neçə gündür. İstanbulda isə
Hərbi Təhlükəsizlik araşdırması səbəbiylə
prosedur 45 gün çəkə bilər. Ancaq 2013-cü ilin
sonunda İstanbulda da müddət bir neçə günə
düşəcək.
– Azərbaycanlı böyük sərmayəçilərə
necə bir xidmət verirsiniz?
– Azərbaycanlı
sərmayəçiləri türk əmlak inkişafı ilə
məşğul olan işadamları ilə
görüşdürə bilərik. Onlar ortaq layihələr
edə bilərlər. Birlik olaraq sərmayəçiləri,
türk şirkətləri ilə məsləhətləşmələr
masasında görüşdürə bilərik. Olar
böyük iş mərkəzləri, alış-veriş mərkəzləri
və Otel kimi layihələrə investisiya qoya bilərlər.
Azərbaycanlı sərmayəçiləri dövlət rəsmiləri
ilə də görüşdürə bilərik.
İlhamə QASIMLI,
Ankara
525-ci qəzet.-
2013.- 18 may.- S.11.