Şah şairMilli Dram Teatrında- Premyera

 

Mayın 22-də Milli Dram TeatrındaŞah şairtamaşasının premyerası olacaq. Tamaşa Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Yazıçı Kamal AbdullanınYarımçıq Əlyazmaəsərinin motivləri əsasında səhnələşdirilib.

Kamal Abdullanın postmodern estetikayla qələmə alınmışYarımçıq əlyazmaromanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə polemikalara yol açan ədəbi hadisə kimi yadda qalıb. Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa, ABŞ, Qazaxıstan kimi zəngin ədəbi ənənələri olan ölkələrdə işıq üzü görməsi, şübhəsiz, Azərbaycan ədəbiyyatının uğurudur. Ədəbiyyatşünas-alim Andrea Brinyonun təbirincə desək: “Bu kitabı detektiv roman, mifologiyaya giriş, ən vacibi isə, öz daxili aləminizə səyahətnamə kimi oxuya bilərsiniz”.

2004-cü ildə nəşr olunandan müxtəlif ədəbi müzakirələrə səbəb olan romanın motivləri əsasında səhnələşdirilənŞah şairtamaşasının cəmiyyətdə maraqla qarşılanacağını söyləməyə əsas var. Əsərdə iki zamanınorta əsrlərin müasir dövrün çuğlaşması bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olacaq. Tamaşa boyu dekorasiyalar, işıq effektlərinin dəyişməsi, musiqi videoçarxlardan istifadə onu daha baxımlı maraqlı edəcək.

Tamaşanın quruluşçu rejissoru Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor aktyor kimi çalışmış Mikayıl Mikayılov bizimlə söhbətində bildirdi ki, əsər tarixi dram deyil.

Tamaşada baş verənlərə tarixi aspekdən yanaşmaq düzgün deyil, bu, daha çox bədii təfəkkürün məhsuludur. Əsərdəki olaylar gerçəkliklə tarixin kəsişməsində baş verir. Klassik janrların təyini artıq geridə qalıb, bu tamaşa xəyali oyundur, burada yuxu estetikasından istifadə olunur. Müasir dövrdə yeni teatr ədəbiyyatı formalaşır. Ümumiyyətlə, təkcə bizdə deyil, xaricdə də bu, yeni bir üsul, yeni bir dalğa sayılır. Bu tipli əsərləri səhnələşdirərkən klassik dramaturgiyanın qanunlarını sındırmaq lazım gəlir. Xəyali əsərləri teatra gətirmək o qədər də asan deyil. Aktyorlar da artıq fərqli bir oyun tərzi nümayiş etdirir. Rejissura da köklü olaraq fərqlidir. Şəxsən mənim üçün bu əsər çox maraqlıdır. “Şah və şair” təcrübə olaraq yaradıcılığımda yeni imkanlar açır. Ümumilikdə tamaşa həm texniki, həm də yaradıcılıq baxımdan bizim teatr üçün yenilikdir. Tamaşada həm də video artdan istifadə olunub.

Mikayıl Mikayılov premyeradan öncə aktyor oyunu barədə çox söz demək istəməsə də tamaşada Vidadi Həsənov, Elşən Rüstəmov, Hikmət Rəhimov, Ayşad Məmmədov kimi aktyorların rol aldığını söylədi. Tamaşanın ərsəyə gəlməsindəki mərhələlərdən danışdı.

– Müəlliflər, ümumiyyətlə hər zaman tamaşanın məşqlərində iştirak edir, rejissora öz məsləhətlərini verir. Bu, normal yaradıcı prosesdir. Nümunə üçün deyim ki, Stanislavski tamaşanı quranda Çexov özü şəxsən məşqlərdə iştirak edirdi, razı qaldığı, narazı qaldığı məqamları bildirirdi. Bu baxımdan yazıçı Kamal Abdullanın da məşqlərdə iştirakı, verdiyi tövsiyələr əsərin səhnə üçün hazlanması prosesində çox önəmli oldu. Bu tamaşada məntiq böyük rol oynayır. Gerçəkliklə xəyal arasında məntiqi düzgün qurmaq lazım gəlir. Burada aktyor və rejisorlardan fərqli fəaliyyət gözlənilir. Tamaşanı maraqlı edən də əslində elə budur. O dövrün ruhunu saxlamaq, xəyali hadisələr və gerçəklik arasında dramaturji körpü yaratmaq mürəkkəb məsələdir. Əsərin dili çətin olsa da, mətni olduğu kimi saxlamağa, mənimsəməyə çalışmışıq. Səhnəyə də bu cür gətirmişik. Tamaşaçı özü bunun tezliklə şahidi olacaq.

 

 

Günel

 

525-ci qəzet.- 2013.- 21 may.- S.7.