QAFQAZ – doğma evimiz
Qafqaz UniversitetlƏr Birliyinin
III konfransı günlərində
düşüncələr
Mürəkkəb və xüsusi strateji əhəmiyyət
daşıyan Qafqazın
yüksək inkişaf
etmiş ölkəsi
kimi diqqətçəkən
Azərbaycanda son illər
ərzində dünya
ölkələrinin, o cümlədən
Avropanın bir çox beynəlxalq tədbirlərinin keçirilməsi
son dərəcə təqdirəlayiqdir. Bu gün həmin tədbirlər silsiləsinə
Qafqaz Universitetlər Birliyinin III konfransının
əlavə edilməsi
universitetlərimizin, ümumən
ölkəmizin həyatında
əlamətdar hadisələrdən
biri kimi qiymətləndirilməlidir. Azərbaycanın uğurları, bu
ölkənin vətəndaşları
kimi yalnız bizim deyil, Qafqaz
Universitetlər Birliyinin
III konfransının işinə
qatılan bütün
qardaş ölkələrin
nümayəndələrinin qürur mənbəyi olduğuna şübhə
yoxdur. Bu günlərdə bütün
xalqımız tərəfindən
böyük təntənə
ilə qeyd edilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi günlərində
ölkəyə gələn
çoxsaylı qonaqlar
da qeyd etdilər
ki, Bakı dünyanın ən gözəl paytaxtlarından
birinə çevrilmişdir.
Aparılan böyük yenidənqurma
və abadlıq işləri qədim şəhərimizə müasir
ton verməklə yanaşı,
ölkədə iqtisadi
inkişafın dinamikasının
göstəricisi kimi çox əhəmiyyətlidir.
Təbii
ki, bu gün
işinə başlayan
konfrans da öz miqyasına və coğrafiyasına görə elmin və təhsilin inteqrasiyasına müsbət
təsir göstərməklə
bərabər, həm
də ölkəmizin
qədim mədəniyyət
mərkəzi kimi tanınmasında əhəmiyyətli
hadisə olacaqdır.
Azərbaycan universitetlərinin, o cümlədən
Bakı Dövlət Universitetinin beynəlxalq
elm və təhsilə
inteqrasiyası üçün
güclü potensialı,
dünya birliyinin yaxşı tanıdığı
görkəmli alimləri
vardır. Məhz bu elmi potensialın sayəsində
Bakı Dövlət Universitetinin əməkdaşları
dünyanın reytinqli
jurnallarında müntəzəm
çap olunur, tanınmış elm mərkəzlərinə,
beynəlxalq simpoziumlara
dəvət alırlar.
Bir faktı xüsusilə qeyd etmək yerinə düşər ki, Bakı Dövlət
Universiteti dünyanın
50 ölkəsinin 200-dən çox universiteti ilə əməkdaşlıq
haqqında müqavilə
imzalamışdır. Eyni zamanda, beynəlxalq və regional səviyyədə
əməkdaşlıq inkişafımıza,
beynəlxalq reytinqimizə
çox böyük təsir göstərməkdədir.
Qeyd etmək istərdim ki, Bakı Dövlət
Universiteti 1991-ci ildən
Avroasiya Universitetlər
Şəbəkəsinin, 1996-cı ildən Xəzəryanı
Ölkələrin Universitetləri
Assosiasiyasının, 1997-ci ildən Qara Dəniz Ölkələri
Universitetləri Assosiasiyasının,
2003-cü ildən isə
Avropa Universitetlər Şəbəkəsinin üzvüdür.
Bakı Dövlət Universiteti olaraq qeyd etdiyim
qurumlarda sadəcə
müşahidəçi üzv
deyil, rəhbər vəzifələrdə də
təmsil olunmuşuq.
Avroasiya Universitetlər
Şəbəkəsinin İdarə
heyətinin üzvü
olaraq fəaliyyətimiz,
dünya miqyasında tanınmış alim və ictimai xadim olan Assosiasiyanın
prezidenti, M.V. Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçi ilə çox sıx əlaqələrimiz,
onun bir neçə dəfə Bakı Dövlət Universitetinin mühüm tədbirlərinə qatılması
ümumi işimizin xeyrinə olmuşdur. Eyni zamanda, BDU-nun bir neçə il dünyanın 11 ölkəsinin 100-dən çox
universitetini birləşdirən
Qara Dəniz Ölkələri Universitetləri
Assosiasiyasında təmsilçiliyimiz,
qurumun prezidenti kimi fəaliyyətimiz nəticəsində ali məktəblər arasında
inteqrasiyanı yaxşı
təşkil etmiş
və buna görə mərkəzi qərargahın yerləşdiyi
Rumıniya dövləti
bizi ölkənin ən yüksək mükafatı ilə təltif etmişdir.
Ötən ilin may ayında
Gürcüstanın Batumi şəhərində
II konfransı keçirilən
və 2008-ci
ildə təsis edilərək hal-hazırda
özündə 8 ölkədən
42 universiteti
birləşdirən Qafqaz
Universitetlər Birliyi
adını çəkdiyim
qurumlar arasında bizim üçün ən doğma olanıdır. Yaranma tarixinə görə
gənc olsa da, müzakirə etdiyi məsələlərin
masştabına və
əhəmiyyətinə görə
bu birlik Qafqaz xalqları üçün çox önəmli səciyyə
daşıyır və
fikrimcə daha böyük işlər görməyə qadirdir.
Məlum olduğu kimi, qloballaşan dünyada elm
və təhsilin inteqrasiyası xüsusi əhəmiyyət kəsb
edir. Heç də təsadüfi
deyil ki, XXI əsr YUNESKO tərəfindən
elm və təhsil əsri elan edilmişdir. Bu gün
biz elmin vətənsizliyi
haqda danışırıq
və hesab edirik ki, elmi
kəşflər də,
bir çox digər ali
dəyərlər kimi,
beynəlxalq səciyyə
daşıyır və
bütün bəşəriyyətə
aiddir. Bəzən dünyanın ucqar
ölkələrinin birində
yaşayan çox istedadlı bir alimin müasir texniki vasitələrə
əli çatmır,
bəzən isə innovasiyalara malik insanın elmi səviyyəsi qənaətbəxş
olmur. Nəticədə ümumi bəşəriyyətin
qazana biləcəyi elmi kəşflər, ixtiralar, necə deyərlər, beşikdə
boğulur.
Fikrimizcə, təhsil də elm kimi qlobal xarakter
daşımalıdır, yəni
təhsilin də vətəni olmamalıdır. Bu gün
bəşər sivilizasiyası
haqda qlobal mənada danışırıqsa,
burada ümumi evimiz olan yer
kürəsində əhalinin
bir hissəsini yüksək intellektual səviyyədə, digər
hissəsini isə tamam savadsız təsəvvür etmək
çətindir. Digər
tərəfdən, cəmiyyətin
qloballaşması bütün
dünyada təhsil sisteminin eyni də olmasa, yaxın struktura malik olmasını tələb edir ki, insanlar təhsillərini
istənilən ölkədə
və məktəbdə,
universitetdə davam etdirə bilsinlər. Bu mənada Qafqazda
vahid elm və təhsil məkanının
yaradılması imkanları
vardır və bu baxımdan Qafqaz Universitetlər Birliyinin III konfransından
çox şey gözləyirik. Qloballaşma prosesində biz əvvəl
regional inteqrasiya barədə
düşünməli, müəyyən
ərazilər üzrə
bir çox məsələlərdə ümumi
məxrəcə gələrək
Avroatlantika məkanına
birgə qoşulmalıyıq.
Bunun üçün Qafqaz Universitetlər Birliyinin çox yaxşı şansları vardır.
Burada digər regional şəbəkələrdən
fərqli olaraq vahid dil bağlılığı
olmasa da, mənəvi dəyərlər,
təhsilə, elmə
bağlılıq baxımından
çox yaxın olan mental keyfiyyətlər
mövcuddur. Biz bu dəyərləri lazımınca qiymətləndirib,
onlardan səmərəli
yararlanmalıyıq.
Bu arada başqa bir məqama da toxunmaq yerinə
düşərdi. Nə qədər
istedadlı və beynəlxalq aləmdə məşhur olan insanlar yetirməsinə baxmayaraq, bu günə qədər Qafqaz regionundan bir nəfər də fundamental elm sahələri
üzrə Nobel mükafatı
ala bilməmişdir. Əlbəttə, bunun
sırf texniki, müasir elmi avadanlıqlarla, yaxud dillə bağlı məqamları da vardır. Bununla belə, həmin
elmi mühiti, şəraiti, dünyaya təbliğ olunma və çatdırılma
mexanizmini yaratmalı,
həmçinin digər
obyektiv və subyektiv problemləri həll etməliyik. Qloballaşma
dövründə bu məsələləri həll
etmək üçün
inteqrasiyanı sürətləndirmək,
əlaqələri genişləndirmək
lazımdır. Fikrimcə,
bundan ötrü tələbə-müəllim mübadiləsini
və elmin innovasion sahələri, həmçinin qrantlar və proqramlar üzrə birgə əməkdaşlığı
genişləndirmək, Avropa
birliyində çoxdan
tətbiq olunan və böyük səmərələr verən
Elmin vahid inkişaf fondlarının
yaradılması, elm və
təhsilin stimullaşdırılması
üçün mükafat
institutlarının yaradılması,
birgə texnoparkların,
injener-hausların hazırlanması
kimi layihələr reallaşdırılmalıdır.
Bir məsələni
də qeyd etmək istəyirəm ki, bu problem son illərdə yalnız bizim regionu yox,
bütün dünyanı
narahat edir. Bu- elmə qoyulan investisiyalarla bağlıdır.
Məsələ orasındadır ki, son illərdə elmə qoyulan investisiyalar özünü
bir neçə hallarda 10 dəfələrlə
doğrultduğuna görə
bura böyük məbləğdə sərmayələr
yatırılır. Bu zaman nəsillərin
dəyişməsi, yeni
kadrların əvəzlənməsi,
bir növ, yaddan çıxır, yəni təhsilə ayrılan vəsaitlə elmə verilən investisiya arasında böyük fərq olur. Nəticədə universiteti bitirən
gənc mütəxəssis
öyrəndiklərindən xeyli artıq imkanlara malik elmi mühitə düşür və bir neçə illik adaptasiya burulğanında çapalayır.
Əgər elmə ayrılan vəsait hesabına təhsil müəssisələrində həmin avadanlıqlar alınarsa və tədris edilərsə, bu yalnız nəsillərarası boşluqları
doldurmaqla yekunlaşan
müsbət nəticələr
verər.
Avroatlantika məkanına inteqrasiya
ilə yanaşı
regional, o cümlədən Qafqaz xalqları universitetləri arasında
elm və təhsil sahəsində əməkdaşlıq
çərçivəsində aşağıdakı məsələlərin
həllinə xüsusi
önəm verilməlidir:
* Tələbə, müəllim
və elmi işçi mübadiləsi;
* Tələbə mobilliyi;
* Elm və təhsil sahəsində birgə layihələrdə iştirak;
* İnnovasiya sahələri
üzrə əməkdaşlıq;
* Qafqaz xalqları çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığı
inkişaf etdirmək və elmi tədqiqatları
stimullaşdırmaq məqsədi
ilə birgə mükafat fondlarının
təsis edilməsi.
Ümid edirəm ki, bu gün işinə
başlayan Qafqaz Universitetlər Birliyinin
III konfransda qaldırılan
məsələlər yaxın
gələcəkdə öz
bəhrəsini verəcəkdir.
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, akademik
525-ci qəzet.- 2013.-
21 may.- S.5.