"Buratinonun macəraları” Gənc Tamaşaçılar Teatrının səhnəsində
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur
rus yazıçısı A.Tolstoyun “Qızıl açar,
yaxud Buratinonun macəraları” əsəri əsasında
hazırlanmış eyniadlı tamaşanın premyerası
olub. Tamaşa Azərbaycan peşəkar milli teatrının
140 və Dövlət Gənc Tamaşaçılar
Teatrının 85 illiyinə həsr olunan beynəlxalq layihə
çərçivəsində hazırlanıb.
Tamaşanın
quruluşçu rejissoru İvitsa Simiç, quruluşçu
rəssamı Dinka Jeriçeviç, bəstəkarı
İqor Karliçdir.
Hər
üç teatr mütəxəssisi xorvatiyalıdır.
Səhnə
əsərinin baletmeysteri Türkan Raulya və geyim üzrə
rəssamı isə Aynur Məmmədovadır.
Tamaşa
boyu şən və xoşbəxt gələcəyin
bağlı qapısının oğurlanmış və
sonra da itmiş qızıl açarını əldə etmək
üçün Buratino və onun dostları min bir əziyyətlə
və ağlasığmaz macəralarla rastlaşırlar. Təbii
ki, sonda xoşbəxt gələcəyə, yeni və daha
gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun
sadiq dostları qızıl açarla möcüzəli
qapını açır və arzu etdikləri teatra – sehrli
aləmə qədəm qoyurlar.
Tamaşada
əsas rolları Gənc Tamaşaçılar
Teatrının aktyorları Elşən Çarhanlı
(Karabas Barabas), Roza İbadova (Buratino), Əməkdar Artist
Seyidşah Məmmədov (Karlo) və başqaları ifa ediblər.
Yeni
quruluşda hazırlanmış tamaşa məktəblilər
və valideynlər tərəfindən maraqla
qarşılanıb.
GÜNEL
525-ci qəzet.- 2013.- 24 may.- S.7.