Şah Şair”in premyerası böyük maraqla qarşılanıb

 

Azərbaycan Dövlət Milli Dram TeatrındaŞah Şair  adlı yeni tamaşanın premyerası keçirilib. Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa yazıçı Kamal AbdullanınYarımçıq əlyazmaəsərinin motivləri əsasında səhnələşdirilib. Janrı iki hissəli xəyali oyun kimi təyin olunmuş tamaşada rolları Əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Oktay Mehdiyev Vüsal Mustafayev ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, neon effektlər üzrə rəssam Fərid Ələkbərov, işıq üzrə rəssam isə Rəfael Həsənovdur. Kamal Abdullanın postmodern estetikayla qələmə aldığıYarımçıq əlyazmaromanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə polemikalara yol açan əsər kimi yadda qalıb. Müxtəlif ədəbi müzakirələrə səbəb olan bu romanın motivləri əsasında səhnələşdirilənŞah Şairtamaşasını da auditoriya böyük maraqla qarşılayıb.

Premyerada iştirak edən şair Ramiz Rövşənin fikrincə, tamaşa Milli Dram Teatrı üçün ənənəvi deyil: “Çox yaxşı tamaşadır. Həm texniki, həm yaradıcılıq baxımından yenidir. Məşhur romanın motivləri əsasında səhnələşdirilib. İntellektual əsərlərə bu gün çox ehtiyac var. Məncə, xüsusilə gənclərin belə tamaşalara baxması lazımdır”.

AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli tamaşanın quruluşunun orijinallığı ilə seçildiyini, aktyor oyununun yüksək səviyyədə olduğunu deyib: “Əslində tarixi mövzuda yazılan əsərlərdə hər şeyi gerçəkdə olduğu kimi, yəni tarix kitablarındakı faktlar kimi qəbul etmək olmaz. Müəllif baxışı var, onun hansı rakursdan baxması önəmlidir. Bəlkə müəllifin gördüyü sirri tamaşaçı sezə bilmir. Əgər müəllif onu tamaşaçıya çatdıra bilirsə, deməli o, öz məqsədinə çatıb. Ümumiyyətlə Kamal Abdullanın əsərlərində bu xətt geniş yayılıb, müəllif bu tamaşa ilə öz sözünü deyə bilib”.

Bəstəkar Arif Məlikovun fikrincə, belə mürəkkəb tamaşa haqqında danışmaq üçün onu bir daha izləmək vacibdir: “Azərbaycan dramaturgiyasında Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi nəhənglər olub. Müasir dövrdə Kamal Abdullanın belə ciddi sahədə işləməsi təqdirəlayiqdir. Mən müəllifi , bütün teatr kollektivini təbrik edirəm”.

Media mütəxəssisi Zeynal Məmmədli tamaşada dramaturqun təsir imkanlarını, onun paralel dünyalarla necə ustalıqla oynamasını, bu çətin dövrü hansı vasitələrlə açıqlamasını, bir sözlə, tamaşanın bədii gücünü aydın hiss etdiyini bildirib.

Ədəbiyyatşünas alim professor Məhərrəm Qasımlı tamaşada tarixə müasir yanaşma, postmodernist xüsusiyyətlər olduğunu söyləyib: “Bütün hallarda dramaturqun problemin həllini özünəməxsus tərzdə verdiyi görünür. Tamaşada əski dünya, mifoloji düşüncə orta çağ düşüncəsinin müasir texnologi bilgilər səviyyəsində qovşağının şahidi olduq”.

Tamaşanın quruluşçu rejissoru, Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor aktyor kimi çalışmış Mikayıl Mikayılov bildirib ki, bu, tarixi dram deyil: “Tamaşada baş verənlərə tarixi aspektdən yanaşmaq düzgün olmaz, bu, daha çox bədii təfəkkürün məhsuludur.  Əsərdəki hadisələr həqiqətlə tarixin kəsişməsində baş verir. Bu tamaşa xəyali oyundur, burda yuxu estetikasından da istifadə olunub. Müasir dövrdə yeni teatr ədəbiyyatı formalaşır. Bu tipli əsərləri səhnələşdirərkən klassik dramaturgiyanın qanunlarını sındırmaq lazım gəlir. Xəyali əsərləri teatra gətirmək o qədər asan deyil”.

Əsərdə iki zamanınorta əsrlərin müasir dövrü qarşılaşdırılması bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olub. Tamaşa boyu dekorasiyalar, işıq effektlərinin dəyişməsi, musiqi videoçarxlardan istifadə tamaşanı daha da baxımlı maraqlı edib. Tamaşada həmçinin videoartdan da istifadə olunub.

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 24 may.- S. 7.