İncəsənət Universitetinin tələbəsi dünyanın diqqət mərkəzində

 

İsveçin Malmö şəhərində keçirilən “Eurovizion-2013” mahnı müsabiqəsi uğurla sona yetdi. “Eurovizion-2013” mahnı müsabiqəsində  Azərbaycan təmsilçilərinin çıxışı ölkəmizin ünvanına  dünyanın hər yerindən  təbriklər gətirdi. Doğrudan da,  musiqinin dili yoxdur. Qəlbləri ehtizaza gətirən möhtəşəm musiqi diqqət rəğbətə layiqdir. Azərbaycanın gənc ifaçıları  Eldar Qasımov Nigar Camalın əldə etdikləri nailiyyət nəticəsində ötən il, yəni “Eurovizion-2012” mahnı müsabiqəsi Azərbaycanda – “Bakı  Kristall Zal”ının səhnəsində baş tutdu.  Ekspertlərin rəyinə görə,  Eurovizion”un 58 illik tarixində  Bakı büsatı daha maraqlı yaddaqalan oldu. Bunu şərtləndirən səbəblərdən biri şəhər əhalisinin musiqisevər olması ilə bağlıdırsa, ikinci mühüm şərt təmsilçilərimizin həmişə  beynəlxalq yarışmalarda, yəni özgə səhnələrində  çox parlaq çıxışları ilə  ilk onluqda olmalıdır. Həqiqətən Bakıda keçirilən yarışma bütün dünyanı heyrətə gətirdi. Bu hadisənin üstündən bir  il keçib, şəhərimizdə  kahkaşanı gözləri ilə görən melomanlar hələ   Bakıdakı yarışmanın möhtəşəm təşkilindən, hazırlığın yüksək səviyyədə olmasından, yerli sakinlərin humanistliyindən, qonaqpərvərliyindən danışırlar. Bu yarışmada  təmsilçimiz Səbinə Babayeva dördüncü yeri qazandı.

Builki müsabiqədə  ölkəmizin  təmsilçisi Fərid Məmmədov Dimitrios Kontopulosun bəstələdiyi “Hold me” mahnısını  təqdim etdi.

Fərid Məmmədovun ifa etdiyi “Hold me mahnısının bəstəkarı Dmitrious Kontopulos bundan öncə  Ukraynanı  bu mötəbər musiqi yarışmasında təmsil edən Ani Lorakin, yunanıstanlı Sakis Ruvasın digər müğənnilərin  ifa etdikləri mahnıların da  müəllifidir.

Azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirdi. Fərid Məmmədovun şousunda xüsusi şüşədə  qızılgül ləçəklərinin yayılması diqqəti cəlb edən məqamlardan oldu.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Fərid Məmmədov “Eurovizion-2013” mahnı  müsabiqəsinin favoritlərindən hesab olunurdu.

Jurnalistlər bu  müsabiqəni izləmək üçün Avropanın müxtəlif  ölkələrindən gəlmiş fanlar təmsilçimizin şansını finalda  yüksək qiymətləndirirdilər.

2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbəsi olan Fərid Məmmədov “Estrada populyar musiqikafedrasının müəllimi, Əməkdar artist Cavan Zeynallının sinfində təhsil alır. Milli cazestrada ifaçılığının tanınmış nümayəndəsi olan Cavan Zeynallı 1979-2000-ci illərdəQayadövlət ansamblının aparıcı üzvlərindən olub. O, müasir estrada oxuma üslubunun yaradıcılarındandır. Bu günə qədər C. Zeynallı bir çox Azərbaycan gəncini ecazkar musiqi dünyasının səmasına pərvazlandırıb. Doğma universitetin divarları Fəridin gərgin əməyinin şahididir. Cavan Zeynallının böyük musiqi təcrübəsi istedadlı  Fəridin  seçdiyi sənət qarşısındakı məsuliyyəti bu gün öz səmərəli bəhrəsini verir.

Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano şöbəsində alan Fərid artıq uşaq yaşlarından musiqiyə bağlanıb, məktəbdə keçirilən bütün tədbirlərdə həm pianoçu, həm estrada mahnılarının ifaçısı kimi iştirak edib. Hər zaman öz üzərində böyük məsuliyyətlə çalışan Fərid hələ uşaq yaşlarından respublikamızda keçirilən bir çox müsabiqələrin, o cümlədən, “Şərq ulduzlarımüsabiqəsinin iştirakçısı olub. Bu müsabiqə onun həyatında dönüş yaradıb. Belə ki, həmin gündən o, musiqi aləmində fəaliyyətini pianoçu kimi yox, estrada müğənnisi kimi davam etdirmək qərarına gəlir. 2000-ci ildən Aybəniz Haşımovanın rəhbərlik etdiyiBülbüllərqrupunun solisti olan Fərid bu qrupun tərkibində  dünyanın 55 ölkəsində festivallarda iştirak edib, bir çox festivallardan Azərbaycana gümüş medalla qayıdıb. O, dəfələrlə Ukrayna, Yalta, Türkiyədə Azərbaycan musiqisini layiqincə təmsil edib.

Fərid Məmmədov 2003-cü ildə Ukraynada keçirilənSlavyan bazarımüsabiqəsinin qalibi olaraq, qızıl medalla ölkəmizə dönüb. Dəfələrlə bir çox dövlət tədbirlərində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini təmsil edən Fərid ölməz sənətkarımız Şövkət Ələkbərovanın, Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin yubileyinə həsr olunmuş tədbirlərdə, Bakı-Tbilisi-Ceyhan Kəmərinin açılışında üstün ifa nümayiş etdirib. Bu tədbirlərdə Fəridin yaddaqalan çıxışı, gənc ifaçının böyük potensialından xəbər verirdi, onun uğurlu gələcəyinə inanan müəllimləri Fəridi daha çox çalışmağa, öz üzərində daha məsuliyyətlə işləməyə sövq edirdilər.

2012-ci ildə  Gənclər İdman Nazirliyinin dəvəti ilə Azərbaycana gələn dünya şöhrətli müğənni Robertino Loretti İctimai Kanal tərəfindən təşkil edilmiş bir proqramda Fərid Məmmədovu dinləyərək  bu sözləri demişdi: “Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma yox, mən düşünürəm ki, o, Çarls Avazoriyədən istedadlıdır. Mən dünyada çox müsabiqələr gəzmişəm, çox səslər eşitmişəm. Amma Fərid Məmmədov kimi ifaçı görməmişəm”.

Fərid bir çox beynəlxalq festivalların diplomantıdır. 1997-ci lidən bugünə qədər bir neçə ölkədə keçirilən konsertlərdə solo ifa göstərib. 2000-ci ildə Rəşid Behbudovun Qızıl kitabına düşüb. 2012-ci il dekabr ayında Azərbaycan Gənclər İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə ADMİU-nun uğurla təmsil edib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri iləBülbüllərqrupunun tərkibində ifa etdiyi mahnılar Azərbaycan Dövlət Radiosunun qızıl fonduna daxil olub. 2013-cü ildə “Eurovision” milli seçim turuna qatılan Fərid finala çıxanlar arasında yer aldı. Uğurlu çıxışları bəyənilən Fərid Böyük Səhnəyə qonaq qismində dəvət olundu.

Fərid Məmmədov pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında  mahnıların mahir ifaçısıdır.

Fərid MəmmədovBöyük səhnəmüsabiqəsindən sonra  daha da məşhurlaşdı. Təmsilçimiz bir sıra mötəbər yarışlarda ölkəmizi layiqincə  təmsil etdi, mükafatlara layiq görüldü.

“Eurovizion-2013” müsabiqəsində Fərid Məmmədovun möhtəşəm şousu milyonlarla avropalının ürəyini fəth etdi. Zahirən sadə görünsə , əslində mürəkkəb quruluşda təqdim edilən bu şouda təmsilçimizi səhnədə iki rəqqas müşayiət edirdi. Rəqqaslardan  biri  şəklində şəffaf qurğunun içində çox çətin akrobatik elementlər nümayiş etdirirdi. Azərbaycanın finalda çıxışı zamanı Malmö Arenanın  səhnəsində düz üç dəqiqə ərzində sevginin, ehtirasın istedadın harmoniyası hökm sürdü. Quruluşun ideyası məşhur rejissor Fokas Evangelinosa məxsusdur. Bir faktı da deyək ki,  Fərid Məmmədov  ilk kişi  solo təmsilçimiz oldu. Final mərhələsində mahnı  müsabiqəsinin  qalib adını qazanmaq uğrunda 26 ölkənin təmsilçisi yarışırdı. Qalibi isə 39 ölkənin münsiflər heyəti tamaşaçılar müəyyən etdi. Son nəticə isə möhtəşəm oldu. Fəridin uğuru bizim bir daha qürurlanmağımıza səbəb oldu. Bu gün Universitetimizin tələbəsi dünyanın diqqət mərkəzindədi. Bu da zəngin tarixi olan mədəniyyət məbədinin 90 illik yubileyinə əvəzsiz ərmağandır. Uzun illərdir ki, bu universitet milli mədəniyyətimizin xüsusi ilə musiqi sənətimizin təşəkkülü, inkişafı təbliği sahəsində yüksək ixtisaslı kadrlar hazırlayır. Musiqinin tədrisi ilə məşğul olan mütəxəssislər tələbələrə onun həm nəzəri, həm təcrübi əsaslarını öyrədirlər. Burada ifaçılıq tədqiqatçılıq birləşərək əsl uğurun təminatçısına çevrilir.

Qoy hər zaman adımız ucalardan gəlsin.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,

filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2013.- 24 may.- S.5.