Vüsalə Musayeva: “Tacik sənətsevərlər çıxışlarımızı böyük rəğbətlə qarşıladılar”

 

Bugünlərdə Düşənbədə ənənəviŞaşmaqom” festival-simpoziumunda iştirak edən gənc xanəndə Vüsalə Musayeva səfərlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb:

Bildiyiniz kimi Tacikistanda bu simpozium-festival hər il keçirilir. Tacikistanda bizim ölkəmizdə keçirilən möhtəşəm muğam festivalları, müsabiqələri, ümumilikdə muğamlarımız haqqında geniş məlumata sahib olduqları üçün istədilər ki, bu il bu festivalın iştirakçılarından biri Azərbaycan olsun. Festivalda Azərbaycanın iştirak etməsi həm Azərbaycan-Tacikistan arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyırdı. Mənimlə birlikdə gənc istedadlı xanəndə Hüseyn Məlikov da bu festivala qatılmışdı. Bizi tarda Rəşad İbrahimov, kamançada Pərviz Yusifov müşayiət edirdi. Həmçinin bizimlə Azərbaycan Milli Konservatoriyasının rektorunun müavini Akif Quliyev bu festivala qatılmışdı. Tacikistanın möhtəşəm Sadraddin Ayni adına Dövlət Akademik Opera Balet Teatrında təşkil olunan festival-simpoziumdakı çıxışlarımızı tacik sənətsevərlər böyük rəğbətlə qarşıladılar. Hətta Azərbaycanın adı çəkiləndə tamaşaçılar ayaqüsdə alqışlayaraq qarşıladılar bizi. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bizim ordakı çıxışımızı çox yüksək qiymətləndirdi. Konsertdə həmçinin Tacikistanın mədəniyyət naziri iştirak etdi. Tacikistan prezidenti çıxışlarımızı izləyib öz fikirlərini bildirdi. Təbii ki, orda Azərbaycana, onun muğamına belə yüksək dəyərin verilməsi qürurvericidir. Festival-simpozium öz işini mayın 15-də başa çatdırdıqdan sonra biz Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü Tacikistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xocənd şəhərindəRudəkisarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan möhtəşəm Azərbaycan-Tacikistan dostluq konserti proqramı ilə çıxış etdik. Bu konsert bildiyiniz kimi ötən ilin oktyabr ayında Gəncə ilə Xocənd şəhərlərinin qardaşlaşması haqqında imzalananQardaşlaşmış ŞəhərlərMemorandumuna uyğun olaraq keçirilən ilk mədəni tədbir idi”.

Sənətçilərimiz bu konsertdən əvvəl Tacikistan Konservatoriyasında ustad dərsi keçiblər, onların çıxışları rəğbətlə qarşılanıb, ifaları lentə alınıb: “MənŞahnaz”, Hüseyn Məlikov isəRastmuğamlarını ifa etdik.  Azərbaycan Milli Konservatoriyasına tar, kamança, eləcə muğam təhsili almaq üçün dünyanın bir çox ölkələrindən tələbələr gəlir. O cümlədən İsraildən, Çindən, İrandan, Əfqanıstandan tələbələr təhsil alırlar bizim konservatoriyada. Tacikistanda da olduqca böyük maraq var ki, gəlib burda, konservatoriyada muğam təhsili alsınlar. Tacikistanda qaldığımız müddətdə beş konsert verdik. Düşənbədə iki konsert, Xocəndə bir konsert, bir master klas. Bir Tacikistanın Heyzavat rayonunda da möhtəşəm bir konsert verdik. Oranın insanları olduqca mehriban, vətənpərvər, qopnaqpərvər bir xalqdır. Azərbaycanı da çox sevirlər. Bunu onların bizə olan münasibətlərindən hiss etmək olurdu. Bizdən başqa festivalda İran, Əfqanıstan təmsilçiləri iştirak edirdilər. Ancaq muğamın mütəxəssis ölkəsi kimi məhz Azərbaycan elan olundu. Bizim muğamımız, mədəniyyətimiz, adət-ənənəmiz daha çox maraq doğururdu onlarda. Festivalın yekununda bizəŞaşmaqommuğam diplomu verildi”.

 

Günel MUSA.

 

525-ci qəzet.- 2013.- 25 may.- S. 17.