Oralarda kimlər var: Aslan Qəhrəmanlı
SƏHİFƏMİZİN
QONAĞI ASLAN QƏHRƏMANLIdır
ONUN YENİ
PARODİYALARI
TOFİQ
ABDİN – Tanınmış şairlərimizin şeirlərinə
parodiyalarından bəzilərini
oxumuşam.Nə zaman
və nədən bu parodiyaları yazmağa başladın?
ASLAN QƏHRƏMANLI
– Hər hansı əsərə yumoristik baxış bütün dünyada geniş yayılmışdır.Tarixi və
detektiv romanlara, şeirlərə çoxlu
parodiya yazılmışdır
və indi də yazılmaqdadır. Lakin Azərbaycanda bu,demək olar yoxdur.Əvvəllər şairlər
bir-birinə dostluq şarjları yazardılar,indi
o da unudulub.Səbəbi
isə bizim yazıçıların bir
az dəymədüşər
olmaları,zarafatı qəbul
etməmələridir.Rusların İvanov soyadlı bir parodiyaçısı
vardı,az-çox tanınmış
bütün şairlərin
əsərlərinə parodiyalar
yazmışdı və
hətta konsertlərdə
çıxış edirdi.Şeirə
parodiya şairi yazdıqlarına görə
daha məsuliyyətli
olmağa məcbur edir.Mən Səməd Vurğundan Qulu Ağsəsə qədər
şairlərimizin çoxunun
şeirlərinə parodiya
yazmışam.Bilirəm ki,şairlər
məndən inciyirlər,bunu
görüşəndə onların soyuq salamlaşmalarından duyuram.
TOFİQ ABDİN : O xatanın bir ucu da
gəlib mənə çıxır.
SƏNƏTKARIN
BİR GÜNÜ
O gəldi evinə, at-at,
Qızı yüyürdü qabağına,
don-don,
Oğlu
diyirləndi, dərs-dərs,
Arvadı
suyuldu, ot-ot,
Televizor-televizor yoruldu kişi.
Qəşəm Nəcəfzadə
lll
Sümükdə heç yoxdur bir damcı, ət-ət,
İştahla gəmirir qapıda,
it-it,
Gözünü bərəldir acıqlı,
öt-öt,
Ona bir iri daş atır
sənətkar.
lll
Maşınlar yollarda sürünür,
tır-tır,
Bürküdən təngləşir nəfəsi,
tər-tər,
Gözləri qaralır pis görür, tor-tor,
Axır
iş yerinə çatır sənətkar.
lll
Hamı
yerindədir orada, küt-küt,
Stolun üstündə kompüter,
çat-çat,
Açır, şeirini o yazır,
bit-bit,
Aləmi aləmə qatır sənətkar.
lll
Evinə
qayıdır, yuyunur,
şır-şır,
Uşaq
beşiyində ağlayır,
zır-zır,
Yorğundur, uzanır yerinə,
xor-xor,
Başını bürüyüb yatır
sənətkar.
lll
BİZİM
KÜÇƏDƏ
hə, qardaşım,
orda ki qan dizə çıxır
orda ki bir-birinin qanına
susayır adamlar
həyat var deməli
həyat var deməli həyatın
yoxa çıxdığı
yerdə
Zahir Əzəmət
lll
Sənin
küçəndə, mənim
küçəmdə
zirzəmilərdə, tinlərdə
bir-birinin qanına
susayır adamlar
öldürürlər kim isə yoldan keçəndə
kim isə dalanda
tək olanda
zirzəmilərdə isə
qan dizə çıxır
hamımız yaxşı
bilirik ki,
həyatın yoxa çıxdığı yerdə
həyat var
ən yaxşı yer isə ölülərin
basdırıldığı yerdir
biz bir-birimizi qıracağıq
və küçəmiz
qəbristanlığa dönəcək
əsl həyatı onda görəcəyik
hər şeyi çox gözəl bilir öldürülənlər
onların torpağa
qarışdığı yer
yəni bizim gələcək küçəmiz
əsl həyat küçəsi olacaq
onda başlayacaq
bizim işıqlı
gecəmiz.
lll
İŞIQDA YATAN
İT
ey dili qafil fil faili
məchul fani f...
qaranlıqda
işığın düşdüyü
yerdə bir it uzanıb yatır
it işıq üstə yatıb bu nə
qədimlik
bu nə çərxi-fələk tərki
dünyalıqdır
itin yatdığı
yerdə
topraq üstəki ışıq iti bətninə alıb
tanrı naxışı
vurub işığa iti
işığı itə salıb
Xanəmir
lll
ey dili qafil filfilo fil
fani f...
qaranlıqdır bayırda
otağın balaca alaca pəncərəsindən
həyətə işıq
düşür
işığın düşdüyü
yerdə
bir it uzanıb yatır
başa düşmürəm
it işığın üstündə
yatıb
yoxsa işıq itin üstünü örtüb
bu it röyasında
yasında anasını
görür
dəniz iz kənarında öldürülmüş
anasını
işıqda yatıb
ki onu da
görsünlər öldürsünlər
getsin anasının yanına
otaqda söndürdülər
işığı
it qaldı qaranlıqda
çox keçməmiş
oyandı yandı andı
durub getdi işıq axtarmağa
tapa bilmədi
çünki həyətin
hündür hasarı
vardı
qapı da bağlıydı
şöngüdü çəpərin
dibində
gözləmək üçün
sabahkı axşamı
şamı
çünki oişıqda
yatan itdir.
Sağlıq olsun
gələn dəfə
qaranlıqda yatan it haqqında
şeir yazacam azacam acam cam.
lll
DAHİYANƏ
BİR BEYTİN
RİYAZİ
TƏHLİLİNƏ
AİD
MÜHAZİRƏ
... gəlin tək
və cüt hecaların sayını toplayaq. Təkdən başlayaq:
9+7+7+11+7+11+13+11+9=85=8+5=13=1+3=4.
Bu isə cüt hecalar:
8+10+10+8+4+8+8+12+8=76=7+6=13=1+3=4.Şərhə
ehtiyac yoxdusa da biz başqa bir dəqiqləşdirmə
də aparaq. Bu dəfə isə hecaların
təklik və cütlük saylarını
toplayaq:
təkliklər:
1+3+2+1+3=10;
cütlüklər:
3+1+2+3+1=10.
Cavablar eynidir.
Səlim
Babullaoğlu
lll
Bu günkü mühazirəmizdə
şeirlərin riyazi təhlilinə aid yeni üsulla tanış olacaq və dahiyanə bir beytin sirlərini
öyrənəcəksiniz. Əvvəlcə lövhəyə diqqətlə baxın.
Burada beş
bənddən ibarət
bir şeir yazılmışdır və
hər misranın qarşısında hecaların
sayı göstərilmişdir.
Hecaların sayının
8, 10, 10, 9, 7, 8, 7, 11, 4, 7, 8, 13, 8, 8, 12, 13, 7, 8, 11, 9 olduğunu
görürsünüz. Tək
və cüt hecalı sətirlərin sayı eynidir: hərəsi 10 dənədir.
Şeirin əsl gözəlliyi
də elə buradan görünür.
Baxın, lövhədə
onlar toplanmışdır:
9+7+7+11+7+11+13+11+9=85=
8+5=13=1+3=4;
8+10+10+8+4+8+8+12+8
=76= 7+6 =13= 1+3=4.
Şərhə ehtiyac yoxdur. Var? Nə var?
Aydın
deyil? Misraların sayı niyə
18 oldu? Gəlin bir-bir sayaq.
9 və bu
da 9. Eybi yoxdur bu saat düzəldərik.
Siz də fikir verin, səhv
olmasın:
9+7+7+11+7+13+13+7+11+9
= 94 = 9+4= 13= 1+3= 4;
8+10+10+8+4+8+8+8+12+8
= 84 = 8+4 =
12= 1+2= 3.
Zəhrimar niyə belə alındı? Eybi yox, düzəldərik.
Nədir?
Bərkdən de. Bərabərliklər səhv yazılıb?
85=4 ola bilməz?
84=12 ola bilməz? Niyə ola bilmir?
Bu üsulda nəzərə
almışıq ki, hər şey olar. Təki araşdırılan şeirin həqiqi poeziya nümunəsi olduğu görünsün.
Burada bir cüzi anlaşılmazlıq
oldu. Sonuncu rəqəm 3 yox, 4 olsaydı, daha yaxşı olardı. Lakin bu, üsulun dəqiqliyinə xələl
gətirmir. Hövsələsizlik eləməsəniz, indicə
görəcəksiniz.
Siz hamınız
görkəmli yazıçımız
Əbdürrəhim bəy
Haqverdiyevi yaxşı
tanıyırsınız. O, Mirzə
Səfər adlı bir şairin öz atası ilə birlikdə yazdığı beyti mətbuata gətirsə də, bu şedevr
indiyə qədər
ədəbiyyatşünaslarımız tərəfindən tədqiq
edilməmişdir. Beyt
belədir:
Darvazamızı fələk vurubdu!
Sən tək bişüuru mənə veribdi!
Hecaları sayaq. Birinsi misra 10, ikinci
misra 11 hecadan ibarətdir. Tək və
cüt hecalı misraların sayı eynidir. Bayaqkı üsuldan istifadə etsək,
10 =1+0 = 1; 11 = 1+1 = 2
alarıq.
Bu rəqəmlər misraların nömrələrini
göstərir. Bundan əlavə
birinci misrada 3 söz, ikincidə 5 söz var. İkinci rəqəmdən birincisini
çıxsaq, 2 alınacaq.
Yəni şeir cəmisi iki misradan ibarətdir.
Beytin daha qəribə xüsusiyyətləri
var. Onlardan birneçəsini
göstərək.
Birinci misradakı hərflərin
sayı 11+5+7=23, ikinci
misrada isə 3+3+7+4+7=24
olması onun əlamətidir ki, birinci misra 23-cü olsaydı, növbəti misra 24-cü olacaqdı; yəni bu sətirlərin
yerini heç cür dəyişmək olmaz.
Hərflərin ümumi sayının 23+24 = 47 = 4+7=11=1+1=2 olması yenə də şeirdə misraların sayının göstəricisidir.
Beytdə əlifbamızın 12 hərfindən
istifadə edilməmişdir. Fikir verin
1 və 2, yəni şeir yalnız 1-ci və 2-ci sətirdən ibarətdir.
Mən yalnız
riyazi təhlildən danışdım. Darvazanın geniş yola
çıxmaq üçün
açıldığını, fələyin həmin darvazanı barmağı,
yoxsa yumruğu ilə döydüyünü,
insanın əvvəlcə
şüursuz məxluq
olduğu və sonra ağıllandığını
çox güman ki, gələcəkdə
böyük alimlərimiz
tədqiq edəcəklər.
Amma hələlik
buradan belə nəticə çıxır
ki, Mirzə Səfər atası ilə birlikdə dahi şair olublar və yaxşı ki, Ə. Haqverdiyev onların şeirini əbədiləşdirib. Yeri gəlmişkən, Əbdürrəhim
adında 10 hərf, Haqverdiyev soyadında 11 hərf var. Ədədlər
gördüyünüz kimi,
şeirin hecaları ilə üst-üstə düşür. Bunu qətiyyən təsadüf
hesab etmək olmaz. Yekun olaraq onu demək lazımdır ki, Ə. Haqverdiyev 1870-ci ildə doğulmuş,
1933-cü ildə vəfat
etmişdir. Hər
iki ədədin rəqəmlərini toplasaq,
eyni ədədi, 16-nı alarıq.
Buradan
1+6=7 müqəddəs rəqəmlərdən
biri alınır və yazıçının
araşdırdığımız şeir nümunəsini misal gətirməsi tamamilə qanunauyğun hesab edilməlidir.
Tofiq ABDİN.
525-ci qəzet.- 2013.- 25 may.- S.23.