Moskvada Aşıq Şəmşirin 120 illiyi qeyd edilib

 

Mayın 25-də Moskvadakı Millətlər Evinin böyük zalında Aşıq Şəmşirin anadan olmasının 120 illiyilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə Moskvada yaşayan yaradıcı ziyalılarımız, Azərbaycan diasporunun nümayəndələri, Rusiya yazıçıları, şairləri, Tverdən, Yaroslavldan digər vilayətlərdən gəlmiş kəlbəcərlilər iştirak ediblər. Yubiley tədbiriŞəhriyar Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Beynəlxalq yazıçılar publisistlər assosiasiyasının Moskva Millətlər Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözüyləŞəhriyarAzərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Vasif Məmmədov açıb, çıxış etmək üçün sözü AYB-nin Moskva bölməsinin katibi Nəsib Nəbioğluna verib.

Nəsib Nəbioğlu çıxışında Aşıq Şəmşirin zəngin yaradıcılığından, dahi sənətkarın ölməz sənətindən, Azərbaycan xalq ədəbiyyatımızın tarixində qalan zəngin irsindən, Azərbaycan aşıq sənətindəki misilsiz rolundan bəhs edib. Nəsib Nəbioğlu böyük şairimiz Səməd Vurğunun 1955-ci ildə Kəlbəcərə getdiyini Aşıq Şəmşirlə görüşdüyünü, iki böyük sənətkarın bu görüşünün az qala bir əfsanəyə çevrildiyini bildirib, aşığın həyatının maraqlı məqamlarından, Kəlbəcərlə bağlı yaddaşlara hopmuş xatirələrindən söz açıb. Nəsib Nəbioğlu deyib ki, Aşıq Şəmşir öz şeirlərində xalqımızın həyatını, Kəlbəcər dağlarını, çaylarını, bulaqlarını, əsrarəngiz təbiətini, tanıdığı insanların taleyini, onların sevinc kədərini müdrikcəsinə ifadə edib. Onun fikrincə, Aşıq Şəmşir öz yaradıcılığıyla heç kəsi təkrar etməyib, bütün aşıq şeiri formalarında yazıb, hamını heyrətdə qoyacaq dərəcədə gözəl sənət nümunələri yaradıb. Nəsib Nəbioğlu çıxışının sonunda Qarabağ müharibəsindən, Kəlbəcərin işğalından Ağdabanın 1992-ci ildə yandırılmasından ürək ağrısı ilə danışıb, çıxışını kövrək notlarla tamamlayıb.

Məşhur yazıçı Çingiz Hüseynov Aşıq Şəmşiri yaxşı tanıdığını, Bakıda aşıqların qurultayında onunla tanış olduğunu önə çəkib, aşığını yaradıcılığının rus dilinə tərcüməsi, Moskvada nəşri ilə bağlı özünün gördüyü işlər haqda danışıb. Onun bənzərsiz yaradıcılığının yalnız şifahi ədəbiyyatımızın yox, yazılı söz sənətimizin inkişafına da müsbət təsir etdiyini vurğulayıb.

Tədbirdə pedaqoji elmlər doktoru Y.Nemətov, Moskva Linqvistika Universitetinin professoru Bella Musayeva, şairə Afaq Şıxlı, Sevil İsmayılovanın rəhbərliyilə, Moskvadakı etno-mədəni təhsil komponentinə malik 157 saylı məktəbin şagirdləri çıxış ediblər, Aşıq Şəmşirin şeirləri əsasında hazırlanmış kompozisiya maraqla qarşılanıb.

Azərbaycandan dəvət olunmuş aşıq Ədalət Dəlidağlı, Mehdi Kəlbəcərli ifaları ilə tədbirə fərqli ovqat, doğma ruh qatıblar.

Tədbirdə Aşıq Şəmşirin Bakıdan göndərilmiş, Azərbaycan rus dillərində çap olunan kitabları mərasim iştirakçılarına hədiyyə edilib. Mərasimdə ustad aşığın həyat yaradıcılıq yolu barədə videoçarx nümayiş olunub.

Sonda çıxış edənAşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov iştirakçılara qurumun rəhbərliyi adından minnətdarlığını bildirib, şair Nəsib Nəbioğluya, tanınmış cərrah Sabir Həbibova, professor Yusif Əmraslanova, Bella Musayevaya təşəkkürnamələr təqdim edib.

 

Nəbi VERDİYEV 

 

525-ci qəzet.- 2013.- 28 may.- S.7.