Bu yüz ildən Peyğəmbər Əfəndimizin doğum gününə sayğı məktubu

 

(Nəti-şərif üç bölümdə)

 

a. sığınıram de, Bir Tək olana

 

...bir duanın, bir müjdənin, bir röyanın

fəzilətlərinimanımızın dinimizin

gün işığına çıxışının başlanğıcı

doğum günü Peyğəmbər Əfəndimizin...

.................................................................

 

duaCənabı Haqqa

üzü qibləyə Kəbəni quran Həzrəti İbrahimin

öz soyundan

uca Allaha itaət edən

təslim olan bir millət

meydana gətirməsini

öz aralarından onlara

ilahi ayələri oxuyacaq rəhbər

ruhani elm hikmət

öyrədəcək bir Peyğəmbər

göndərməsi istəyi...

..........................................

 

müjdəbir mələyin qanadında

həvarilərə Həsrəti İsanın

özündən sonra Əhməd adında

son Peyğəmbərin gələcəyini söyləməsi...

...................................................................

röyaƏminə Xatunun

qeybdən eşitdikləri

sən insanların xeyirlisinə

bu ümmətin Əfəndisinə hamilə oldun

sənin qədər xürrəm olacaq bu torpaq, bu yer

onu dünyaya gətirdiyin an

şeytanın şərindən qorunmaq üçün

sığınıram de, Bir Tək olana

sonra ona Əhməd

ya Məhəmməd adını ver...

...................................................

 

babası Abdulmütəllib

dəvələr davarlar kəsərək

doğum gününü bayram etdi

adını qoydun deyənlərə 

adı

      insanın fəzilət üstünlüyünün

anılaraq öyülməsiMəhəmməd

hər nidasında uca Allahı

sifətləriylə qüdrət əsərləriylə

öyən öyməsini bilən kimsəƏhməd

küfrü yox edənMəhi

qiyamətdə insanların onunla

həşr olunacağı adamHaşir...

...................................................

 

süd anası Həlimənin evinə

uğur, sevinc, bolluq, bərəkət gətirən məsum

bu surə zaman içində

bir ara iki bəyaz mələk

onu alıb ordan köksünü yardı

o saatdan, o gündən

ürəyi nübüvvət nuru ilə dolub-daşardı...

.....................................................................

 

bir vaxt Məkkənin fəthində

öz dəvəsinin belində

böyük coşğunluq içində

qayət mütəvazi bir görnüşdə

qapısını açdı Kəbənin

zikr şükr edərək, təsbeh əlində

tam 21 il sürəkli  olaraq İslam əsgərlərinə

hər çeşid işgəncəni etməkdən geri qalmayan

apardıqları döyüşlərdə Mədinəni

yıxıb dağıtmaq istəyən adamların

ondan gördükləri

yenə böyüklük mürvət oldu

ürəkləri tam qəti imana gələnlərə

verdikləri min bir sərvət oldu...

........................................................

 

digər aylara görə Şaban ayında

daha çox oruc tutarmış sevgili Peyğəmbərimiz

bunun hikmətini soranlara

bu ay Rəcəb ayı ilə Ramazan ayı arasında

dəyərli bir aydır söyləyər

bunun fəzilətindən xəbərsizdir doğu batı

bu ayda dua ibadət

aləmlərin Rəbbi olan Cənabı Haqqın

hüzuruna yüksəlir

aşiq olan kəs əldən verməz bu ehtiyatı...

....................................................................

 

onun Qurani-Kərim oxuması

hər kəsi duyğulandırar

( bu zaman gözləri yaşarardı )

hər namaz qıldığı əsnada

üzərində sanki bir ağlamaq halı olardı...

 

b. yer, göy Tanrı pərvanəsi

 

...sən doğulan günə alqış

ayələri göydən yenən

Quran Haqqa gedən yoldu

adəmlərə, həvvalara

fani dünya sınaq oldu

uca dərgahdan xəbərsiz

dinsiz imansız ölən

əvvəlkilər yanlış soldu...

...rüzgar döyən uzun yolda

ömrə, günə çıraq – Quran

dünyada bir səs, səda var

Haqdan bizə soraq – Quran

yaddaşlarda bir nida var

ən müqəddəs bayraq – Quran...

...yer, göy Tanrı pərvanəsi

onnan nicat tapar bəşər

dini, imanı olandan

usaq düşər ziyan şər...

...şeytanın şirin sözləri

gözü alar uyğu kimi

kitabsız yazıq bəndələr

bunu bilər qayğı kimi...

...al qəlbinə hər ayəsin

isti, doğma duyğu kimi

hər vaxt oxu, öp, qoy onu

gözün üstə sayğı kimi

yaxşıları nurlu yerə

aparacaq bir vaxt, Quran

cənnət ilə müjdələyən

bir mükafat, bir baxt, Quran...

...şeytan, iblis qəlbə girər

özünə bir tay arayar

bu orman, bu çöllər onun

dəryalarda adaları

yazıq yenə pay arayar

amma nahaq son ayaqda

sədasına hay arayar...

...padişah firon da var

əl demirəm, ətək açar

bu dünyanın tamahına

kisə-kisə qızıl yığar

çəpər çəkər sabahına

onun gerçək bildikləri

yalnız xəyal xülyadı

dünya olsun, ya axirət

hər şeyin tək yiyəsi O

ömür iti bir röyadı...

 

c. hər günüm səcdədədir

 

...qabaqda bir bahar var, hələ bir yay durur

baxmır qışa, payıza, xəyal min büsat qurur...

... gecə-gündüz bilir, ömrünü başa vurur

bülbül pərvanə kimi gül-çiçək surətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...hüsnü-əla gözələ kimsə olmaz biganə

sevgi, eşq olan yerdə, barat, ianə...

...anlayan bircə kərə, həmən olar divanə

zərin, zərrənin belə Tanrı itaətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...günüm, saatım budu, üstümdən çəkmir gözün

sevir demək olmur, o yerə qoymur özün...

...gətirmir heç dilinə, bir, tək sevirəm sözün

sevən kəs Məcnun olur, ayrılıq möhnətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...bəlli niyyətdə deyil, verənlər dərdi yelə

sərçə dirəniş verir, hərdən tufana, selə...

...bir umud işığıdı bəzən bir yarpaq belə

ormanın havasına, dağın təbiətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...yağış umma buluddan önündə rüzgar əsir

çaqqallar çevrəsində, aslan onlara əsir...

...kimi saraya sığmır, kimi dam, koma gəzir

olacaq səninki o baxır qismətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...eşqin həyat nəşəsi qəlbdə bahar andırar

vicdan səni yaxşının yolunda dayandırar...

...sənin mükafatındı mələklər şam yandırar

gəlişin ən gözəli ana ziyarətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...çölünkü vəhşi atlar yəhərsiz yəhərnən

qartalı çırpınan gör dan yerinə səhərnən...

...boyat təzə dərdlər süzülər qəm-qəhərnən

söz fikir aşiqi şairin hikmətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

...ürəyində sevgisi hər qarışa, hər daşa

igid fateh oldumu, çox yaraşır tac başa...

...yenə səssiz, səmirsiz, yenə edin tamaşa

dünya necə dəyişir, bir anın sürətinə

hər günüm səcdədədir Allahın qüdrətinə...

 

17 mart 2013

 

Şənol Şükür

 

525-ci qəzet.- 2013.- 31 may.- S.6.