Vitautas Landsbergis: “Nabukko” Avropanın Xəzər xəyalının zirvəsində durmalıdır”

 

PROFESSOR VİTAUTAS LANDSBERGİSİN AZƏRBAYCANLA BAĞLI ÇIXIŞLARI

 

Xəbər verildiyi kimi, müstəqil Litvanın ilk dövlət başçısı (1990-1992), Litva Respublikası Seyminin sədri (1996-2000), 2004-cü ildən Avropa Parlamentinin üzvü Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə nümayəndə heyəti sədrinin müavini Vitautas Landsbergis mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak etmək üçün Azərbaycana gəlir.

V. Landsbergis Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Madrid Klubu tərəfindən təşkil edilən forumda Cənubi Qafqaz bölgəsində geopolitik durum, həlli uzadılmış münaqişələr, Avropa İttifaqı – Cənubi Qafqaz əməkdaşlığı Şərq partnyorluğu siyasətinin açdığı yeni imkanlar mövzusunda məruzə edəcək.

Xatırlamaq istərdik ki, professor V. Landsbergis 2012-ci ilin aprel ayında Azərbaycanda işgüzar səfərdə olub. Onda bu litvalı xadim ictimai-siyasi elmi xidmətlərinə görə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” adına layiq görüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev o zaman V. Landsbergisi qəbul etdi. Həmin görüşdə digər suallarla yanaşı Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

“525-ci qəzet” o vaxt – 16 aprel 2012-ci il tarixində V. Landsbergisin litvacadan tərcümə edilmiş “Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlar müharibədən başqa heç vəd etmir” başlıqlı yazısı dərc olundu. Biz həmin tərcüməyə yazdığımız ön sözdə onun Avropa İttifaqına inteqrasiya prosesləri müstəvisində postsovet ölkələri ilə siyasi əlaqələrin iqtisadi münasibətlərin normal məcraya salınmasına yönəlmiş fəaliyyətini səciyyələndirən keyfiyyətlərdən danışaraq göstərmişdik ki, “...V. Landsbergis hazırda müstəqil dövlətlər olaraq Avropa Şurasının üzvü olan keçmiş sovet respublikalarında Avropa ictimai-siyasi fikrinin açıq vətəndaş cəmiyyəti təsisatlarının bərqərar olmasının vacibliyi sivil dövlət quruculuğu yolunda, həmçinin insan hüquqları əsas azadlıqlar sahəsində demokratik islahatlar keçirilməsinin zəruriliyi barədə mediada Avropa İttifaqı institutlarında vaxtaşırı çıxışlar çağırışlar edən nüfuzlu siyasi xadim kimi tanınmışdır”.

 

Daha sonra yazmışdıq ki, “...V. Landsbergisin çıxışlarının mühüm hissəsi Gürcüstan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bucağı altında Cənubi Qafqazın siyasi iqtisadi baxımdan vahid sabit region kimi formalaşdırılması məsələsinin aktuallığına həsr olunmuşdur. O, ictimai-siyasi yönümlü publisistik yazılarında Cənubi Qafqaz dövlətlərinin siyasi baxımdan Avropa İttifaqına yaxınlaşdırılmasını onların Avroatlantik təhlükəsizlik əməkdaşlıq strukturlarına inteqrasiya edilməsini, regionda Rusiyanın imperiya iddialarını neytrallaşdırmaq bu ölkələri Kremlin “göbəyindən tamamilə kəsib uzaqlaşdırmaq” üçün taleyuklü əhəmiyyəti olan proseslər kimi vurğulayır”.

 

Məşhur litvalı dövlət siyasət xadiminin Bakıya indiki səfəriylə əlaqədar qeyd etmək istərdik ki, Vitautas Landsbergisin Cənubi Qafqaz dövlətlərinin Avropa İttifaqına inteqrasiya proseslərinin ahəngləşdirilməsi ilə bağlı siyasi fəaliyyətinin mühüm bir vektoru Avropa məkanında böyük nüfuza malik olan Avropa Xalq Partiyasının (AXP) xəttilə istiqamətlənir. V. Landsbergis AXP-nin fəal xadimlərindən biridir.

 

Əsası 1976-cı ildə qoyulmuş AXP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi təşkilat olaraq Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. AXP-nin 73 kollektiv üzvü vardır sıralarında 39 Avropa ölkəsində demokratik prinsiplər əsasında fəaliyyət göstərən sağ mərkəzçi təmayüllü siyasi təşkilatları – konservatorlar, xristian-demokratlar bu ideologiyaya yaxın olan bir sıra digər millətçi partiyaları birləşdirir. Avropa İttifaqının 14 Komissarı, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo AXP-nin üzvləridir. Hazırda Avropa Parlamentinin ən böyük deputatlar qrupu 265 deputata malik olan AXP  qrupudur. Avropa Şurası Parlament Assambleyasında isə AXP-nin 218 üzvdən ibarət fraksiyası vardır. AXP ATƏT NATO Parlament Assambleyalarında da geniş siyasi qruplarla təmsil olunur. Müasir AXP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynayır. AXP hesab edir ki, Avropa qitənin bütün ölkə regionlarının azad vətəndaşlarını birləşdirməlidir, yəni “Avropa hamı üçündür”. Partiyanın məqsədi çiçəklənən dinc gələcəyə malik Avropa qurmaqdır.

 

Professor V. Landsbergisin 2012-ci ilin fevral ayında Avropa Parlamentində Avropa Xalq Partiyası tərəfindən təşkil olunmuş “Avropa Birliyi – Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransda etdiyi çıxışın həmin ilin aprel ayında Avropa Parlamentində Azərbaycanla bağlı məruzə etmək üçün hazırladığı mətndən bir parçanın tərcüməsini oxuculara təqdim edirik.

 

Bu çıxışlar 2012-ci ilin dekabr ayında V. Landsbergisin siyasi-publisistik əsərlərindən ibarət Vilnüsdə litvaca çapdan çıxmış “Europos Liaudies Partijoje, Europos Parlamente“ (“Avropa Xalq Partiyasında, Avropa Parlamentində”) adlı kitabdan götürülmüşdür.

 

Mahir HƏMZƏYEV

Litva azərbaycanlıları cəmiyyətinin sədri,

Azərbaycanın əməkdar jurnalisti.

mahir.hemzeyev@post.skynet.lt

 

_______________________________________________________________________________________

 

Sabahınız xeyir, hörmətli qonaqlar, həmkarlar, xanımlar cənablar.

 

Sizi həm öz adımdan, həm Avropa Birliyinin Azərbaycanla Cənubi Qafqazın digər dövlətlərilə əməkdaşlıq əlaqələri üzrə Avropa Parlamenti nümayəndə heyətinin adından salamlamaq Azərbaycanı bu gün Avropa Parlamentində ümumi Avropada qərar tutması münasibətilə təbrik etmək istərdim. Hamınıza azərbaycanca “salam” deyirəm!

 

Xatırlayıram ki, 1993-cü, bəlkə 1994-cü ildə Avropa Şurasının Parlament Assambleyasında “Avropanın sərhədləri” məsələsi müzakirə olunurdu o zaman konstatasiya etməyə çalışırdılar ki, Qafqaz Avropa deyildir. Bu, o zaman avropalı cənablara uzaq problemləri asan izah etmək onlar üçün baş ağrıtmamaq imkanı yaratmış olardı.

 

Amma şükürlər olsun ki, bu baş tutmadı. Belə ki, Avropa Şurasının Parlament Assambleyası ağıllı mövqe tutdu təsdiq etdi ki, Qafqaz da Avropadır. Bunun nəticəsində biz, Cənubi Qafqaz dövlətlərini, o cümlədən Azərbaycanı Avropanın ailə fotogörüntüsündə sezdik.

 

Keçmiş Rusiya imperiyası ilə hər hansı bir şəkildə bağlı olmuş subyektlər üçün bu, asan anlaşılan fikirdir. Bu fikir böyük klassik ədəbiyyat diyarı olan Rusiyanın modern poeziya yaradıcısı Sergey Yeseninin gözəl Şahanəsinin Vətəninə Xəzərin nefti sayəsində Avropanın zəngin sərvətlər məkanına çevrilmiş ölkəyə aiddir. Bu, o ölkədir ki, nefti cənab Nobelə uğurlar gətiribdir gələcəkdə onun adını daşıyacaq humanitar dünya mükafatlarına geniş imkanlar yaradıbdır...

 

Odur ki, Azərbaycan yenidən Rusiyanın müstəmləkəsinə yox, getdikcə Avropa həyatının tərkib hissəsinə çevrilməliydi. Bu yol Azərbaycanın seçdiyi yoldur... Azərbaycan bu yolda ağrılı günlər yaşayıbdır böyük itkilər veribdir. Lakin bu yol ölkəni fərəhləndirici “Avrovizion” mahnı müsabiqəsində ev sahibliyi etməyə gətirib çıxarıbdır Avropa Birliyinin Şərq Qonşuluğu siyasəti xəttilə geniş iqtisadi inteqrasiya addımları atmağa getdikcə daha sıx siyasi əməkdaşlıq əlaqələrini saxlamağa imkanlar yaradıbdır.

 

Avropanın Xəzər xəyalının zirvəsində Nabukko durmalıdır, özü antik dövrün böyük hökmdarı kimi yox, məhz qaz kəmərinin müasir Babil kralı olaraq durmalıdır. Heç vacib deyil ki, bu kəmər vaxt nəzəriyyədən reallığa çevriləcək. Axı, həyat davam edir bu layihə Azərbaycan xalqı üçün “Avropa perspektivini” açır. Bu işin bütünlüklə reallaşmasına Azərbaycan üçün onun son gözəl nəticələrinin olacağına ölkənin Avropa Birliyindəki dostları səmimi qəlbdən inanırlar.

 

Kiminsə xoşuna gəlsə , gəlməsə – “Avropa perspektivi” “Avroasiya perspektivi” deyildir. Odur ki, həm Azərbaycan, həm Avropa Birliyi artıq seçim ediblər.

 

Biz, Avropa Birliyi olaraq, orada iki qonşu dövlət qardaş kimi yaşamalı xalqlar arasında baş vermiş böyük faciədə – dondurulmuş müharibədə Azərbaycana deməli, özümüzə yardım etməkdən yan çevirməyimizi boynumuza almalıyıq.

 

Mənim üçün aydındır ki, Avropa Birliyi onun bəyan etdiyi perspektiv təklif Qafqazın bu dalan vəziyyətdən  çıxması üçün yeganə yoldur.

 

zaman ki, biz, – Avropa Birliyi olaraq kifayət qədər həddi-buluğa çatacağıq Qafqaz üçün praqmatik “Avropa sülhünü” təklif edəcəyik, məhz onda zülmət tunelinin sonunda işıq görünəcək. O zülmət tuneli kin qisas hissləri ilə doludur, qaranlığı yox etmək üçün gərək hamımız həmin işıq naminə birgə çalışaq. Belə ki, qəlblərdə yer üzündə yalnız sülh olmalıdır, bundan savayı digər bir prioritet yoxdur! bizim konfrans məhz bu istiqamətdə heç olmazsa kiçik bir addım atmalıdır.

 

Avropa Xalq Partiyasının konfransı. Avropa Parlamenti,  Brüssel, 8-9 fevral 2012-ci il.

 

...Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra təyini-müqəddarat yolunda sonrakı mühüm addımlarını atmışdır. Həmin addımlar keçmiş metropoliyadan əsl müstəqilliyə gətirib çıxarmış Avropa seçimini etməyə xidmət etmişdir.

 

Azərbaycan hələ XIX əsrdə Avropanın energetika məsələlərində başlıca rol oynamışdır. Həmin vəziyyət indi – xüsusilə Avropanın hazırda öz müstəqilliyinin qeydinə qalmaqla bağlı narahatlıq keçirdiyi dövrdə bir daha təkrar olunur.

 

Rusiya, İran Ermənistan arasında qeyri-əlverişli vəziyyətdə sıxışdırılmış Azərbaycan üçün avropayönümlü dövlət müstəqilliyini gücləndirməkdən ötrü Avropa lazımdır; Avropa Birliyi üçün isə energetika təhlükəsizliyini təmin etməkdən ötrü Azərbaycan gərəkdir. Beləliklə, Azərbaycanın Avropa Birliyinin müstəqilliyinin gücləndirilməsi üst-üstə düşən birgə maraq olaraq tərəflərin qarşılıqlı şəkildə bir-birinə yaxınlaşması üçün möhkəm əsasa çevrilir.

 

Bu gözəl tərəfdaşlıq əlaqələri prioritet vəzifə daşımalıdır. İşğal edilmiş ərazilər isə force majeure faktoruna görə sonrakı məqsəd olmalıdır. Çünki Rusiya Ermənistan bu məsələdə yaxın partnyordurlar.

 

Avropa Parlamenti, Strasburq, 18 aprel 2012-ci il

 

525-ci qəzet.- 2013.- 2 may.- S. 5.