Bakı və Azərbaycan tarixinə dair əsərlər- M.Ə.Rəsulzadə

 

 

M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Transliterasiyanın redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

Redaktor: filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova.

 

IV

 

Rusiya inqilabı imperatorluğu içindən təzyiq edən iki qüvvətin taşımasından hasil olmuşdu: bir tərəfdən məhrum siniflər, digər tərəfdən də məhkum millətlər baş qaldırıb həqlərini tələb ediyorlardı. Köylü topraq, əmələ iş, velikorus olmayan millətlər də həqq və muxtariyyət istiyorlardı. Böyük inqilab bu tələblərin həpsinə hesab vermək məcburiyyətində idi. Məəmafiə bunları fövqündə digər mühüm bir tələb dəxi duruyordu ki, bu da bir an əvvəl hərbi bitirmək idi. Hökuməti-müvəqqətə, bilxassə Kerenski hökuməti inqilabı hərbi müvəffəqiyyətlə bitirmək üçün bir vəsilə olaraq kullanmaq istədi. Xətərnak bir təcrübə yaparaq inqilab ordusu ilə düşmənə ciddi bir hücum hazırladı. Bu surətlə bütün ciddiyyət və fəaliyyətini “zəfəri-nəhayi” yə sərf edən inqilab hökuməti bittəb inqilabın tələb etdigi əsaslı məsələlərin həllini təxir etdirmək məcburiyyətində idi. Bu məcburiyyət isə həm cəbhədə, həm də əqəbədə böyük bir hərəkata mövcib oluyordu. Əfkari-ümumiyyə inqilabın ortaya atdığı “ilhaqsız və təzminatsız sülh”, “millətlərə təyini-müqəddərat həqqi!” şüarları ilə topraq və əmələ məsələlərinin bir an əvvəl qövldənfelə gətirilməsini tələb ediyor, hökumət isə hər şeyi məclisimüəssisana təviq ediyordu. Bu təviq siyasəti bir tərəfdən bolşevizmi, digər tərəfdən milli cərəyanları qüvvətləndiriyordu. Bilxassə Kerenskinin Finlandiya Seymi ilə Ukrayna Radasına qarşı aldığı tövritəhdid ilə Almaniya üzərinə müvəffəqiyyətsiz bir surətdə icra elədigi hücum artıq bolşevizm zühuruna meydan vermişdi. Bolşeviklər Kerenski hökumətindən qaçaq bir halda müxalifət vəziyyətində ikən “hər nə qiymətə olsa da sülh!” şüarını ortaya atmaqla əskərləri, “hər millət Rusiyadan ayrılmağa qədər azaddır” ünvanı ilə də bütün millətləri qazanıyor, hökuməti-müvəqqətənin xətalarından kəndi hissələrinə faidələr çıxarıyorlardı. Nə qədər ki, Lenin gizlənmək məcburiyyətində, yəni mərkəzdəki bolşeviklər zəif bir halda idilər, o qədər ətrafındakı bolşeviklər muxtariyyət şüarlı firqələrə müzahir görünüyorlardı. Əzcümlə Bakıda olan bolşeviklər rəqibləri və can düşmənləri menşeviklərlə ciddən mübarizə etdikləri halda, menşeviklərin bir dürlü yaxın burakmayıb da “gözümçıxdı”ya saldıqları türk milliyyətçilərinə yaxınlaşıyorlardı. “Müsavat” firqəsi, məsələn əmələ şurası menşeviklərdə ikən burjua bir firqədir – deyə yaxın buraxılmadığı halda bolşeviklərcə menşeviklərlə eserlərə tərcih ediliyordu. Petroqradda hökuməti əlinə alır-almaz Lenin bütün müsəlman millətlərinə bir xitabnamə nəşr eləmişdi. Bu xitabnaməsində o, əsarət altında bulunan şərqə peyğəmbəranə bir əda ilə hürriyyət və istiqlaliyyət vəd və təmin ediyordu. Fəqət bolşeviklər müxalifətdən hakimiyyətə keçincə “söz”lə “iş”in nə dərəcədə biri-birindən uzaq olduğu bir dəfə daha təhqiq etdi. “Təyini-müqəddərat həqqi” hər kəsin degil, zəhmətkeşlərindir – deyə ortaya yeni təfsirlər çıxdı. Azərbaycan muxtariyyəti demokratiyanın degil, “xanların, bəylərin, ağalarındır” – deyə əda dəgişdi. Lenin mərkəzdə yerini bərkişdirdikcə vilayətlərdəki həvariləri haman birər mərkəziyyətçi və bir dərəcəyə qədər də böyük rusiyaçı bir şəkil və sima almaya başladılar. Məhkum millətlər qara Rusiyadan eşitdikləri təhdidləri bu kərə də qızıl Rusiyadan eşidiyorlardı. Azərbaycan məsələsində isə bu təhdid müəyyən bir şəkil alıyordu. Bolşevik qəzetəsi “Bakinski raboçi” bənimlə yapdığı bir münaqişədə diyordu ki: “Azərbaycanın muxtariyyəti türk burjuaziyasının muxtariyyətidir”. Və “Qafqasiya muxtariyyətinə nə Rusiya burjuaziyası nə də Rusiya demokratiyası razı ola bilər”. “Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə xarabazar bulurlar”. Bolşeviklərin Bakıda “Müsavat”a nisbət aldıqları tövri-təhdid Türküstan, Krım, Ukrayna, Finlandiya kibi vilayətlərdə artıq ələni müharibə və qital şəklini almışdı. Azərbaycanlılar kadetlərin dilindən “nə istərsəniz verəlim, yalnız Abşeron yarımadasına toxunmayınız” dediklərini eşitmişlər idi. Bolşeviklərdən dəxi eyni təklifi eşitdilər. Fəqət bir kərə muxtariyyət fikrinə süluk edən millət artıq əzmindən dönməyəcəkdir. Bolşeviklərin muxtariyyətə qarşı xərabələrlə təhdid edən məqaləsinə qarşı “Açıq söz”: “Bəlkə də müqəddərdir ki, muxtariyyətimizi xərabəzarlar qiymətinə alalım. Müqəddərati-tarixiyyədən əlbəttə ki, boyun qaçırmaq olmaz” – deyə mütəvəkkilanə bir surətdə müqabilə ediyor; “Əlbəttə, bir Lenin dəxi çıxar bizim muxtariyyətimiz haqqında “dekret” verər, kinayəsi ilə əzmi-milliyyənin böyük müşkülatla olsa da axırı istədiginə nail olacağını ümid ediyordu. Artıq müsəlmanlara bir dost kibi görünən solların da sağlar kibi hakimiyyətpərvəranə bir məqsəd təqib elədikləri meydanda idi.

 

lll

 

Tiflisdə qüvvətli bir təşkilata malik olan menşevik firqəsinə qarşı dikiş tutduramayan bolşeviklər Bakının daima bir inqilab halında bulunan əmələ məhəlli olduğunu istifadə üçün buraya köçmüşlərdi. Bakıda birləşmək və burasını kəndilərinə ümidli bir istinadgah yapmaq istəyən bolşeviklər bittəbii yerlilərin milli bir hökumətə doğru gedən məqsədlərilə mübarizə edəcəklərdi. Bunun üçün də onlar türklərə qarşı mübariz bir vəziyyətdə olan ermənilər ilə təşriki-məsai edəcəklərdi. Nəhayət öylə çıxdı. Bolşeviklər qüvvətləndikcə daşnaksaqanlara nisbət xətti-hərəkətlərini dəgişdirdilər. Biləks milli müsəlman komitəsi ilə “Müsavat” firqəsinə qarşı bir tövrimüxalifət aldılar. Bu aralıq Tiflis-Bakı yolundakı anarşidən naşi Bakıda toplanıb qalan naməmnun əskərlərin vücudi dəxi bolşeviklər tərəfindən mahiranə bir surətdə istifadə olunuyordu. Mühüm hadisələr hazırlanıyordu. Şaumyan idarəsindəki “sovet”in müsəlmanlara qarşı tutduğu sərd məslək gündən-günə şiddət ediyordu. Gözləri qa106 bağında erməni milli əskərlərinin azadlıqla gəzdiklərini görən xəlq müsəlman firqəsi zabitlərinin tovqif olunduğunu və firqə nəfəratının təərrüzə düçar olduğunu görüncə bittəbii ğələyana gəliyordu. Bu surətlə gündən-günə çuğlayan yandırım axırı bir fitnə odu ilə tutuşdu. Bu yanğın 1918-ci il mart ayının 17-dən 21-nə qədər davam edən qanlı mart hadisələrinə səbəb oldu. Mart hadisələri bolşevizm məsləkinin hər yanda yandırdığı daxili vətənyun müharibəsi şəklində çıxarılıb adəta milli bir qital şəklini aldı. aşda daşnaksütyun olaraq ermənilər türklərdən intiqam almağa başladılar. Bütün mənası ilə bir erməni-müsəlman qitalı üz verdi. “Hökm etmək istərsən ayır!” şüarını yalnız Nikolayların canişinləri degil, Leninin komissarları dəxi kəndilərinə düstur ittixaz eləmişlərdi. Qəribədir: qanlı çarizmin hakimiyyəti-milliyyə davasına verdigi cavab – qanlı qitallar idi. Qızıl bolşevizmin cavabı da eyni mahiyyətdə olmaqla bərabər daha fəci və daha qəddar bir şəkil aldı. Şaumyan sözünü tutmuşdu. “İsmailiyyə” binası, Azərbaycan fikrinin o qaynar ocağı ilə “Açıq söz” idarəsi birər xərabəzarə döndərilmişdi.

 

V

 

“Xuni-ərbabi-həmiyyət qərq edər zalimləri Məşəli-əfkar əhraranə sönməz xun ilə!” Azərbaycan türkünün böyük inqilab tərəfindən elan olunan təyini-müqəddərat həqqindən istifadəyə qalxdığını bolşeviklər Bakı küçələrini qanlara qərq etməklə boğmaq və İsmailiyyə binasında yakılan hürriyyət məşəlini o möhtəşəm binanın külləri altında söndürmək istədilər. Bakı böylə müdhiş bir cinayətə məruz qaldığı zaman Azərbaycan fikir və idealını təmsil edən müsəlman məbusları Tiflisdə idilər. O zaman Tiflisdə bir tərəfdən türklərlə müsalihəyi, digər tərəfdən də Rusiyadan əbədiyyən ayrılaraq elaniistiqlal eləmək məsələsi tədqiq və müzakirə etməkdə olan Zaqafqasiya “seym”i iniqad ediyordu. Zaqafqasiya müsəlman məbusları dəxi “seym”də iştirak ediyorlardı. Zatən Bakı faciəsi bolşeviklərin müsəlmanların seymdəki istiqlalçı politikalarına qarşı bir intiqam və cəza siyasəti idi. Zaqafqasiyanın bolşevizm anarşiyasından müdafiəsinə qurban gedən Azərbaycan mərkəzi-siyasəti Bakı bittəbii Tiflisin müavinətini bəsləmək həqqinə malik idi. Bütün Azərbaycan azərbaycanlıların da iştirakı ilə təşəkkül edən “seym” məclisi ilə Zaqafqasiya hökumətinin məlumatına intizar edib duruyordu. Fəqət heyhat! Azərbaycanlı “seymi” əzasının yüksək səda ilə bağırıb-çağırması Tiflis hökumətinin həqiqi sahibləri olan gürcü menşeviklərini yerindən qımıldatamadı. Gürcüstan daxilindəki bolşevizmi min şiddət və qəhrlərlə basdıran bu ağalar Bakıya qarşı quru elani-hərb belə etmək istəmədilər. Gəncə milli müsəlman komitəsinin təşkil elədigi istixlas ordusuna isə milyonlarla patron, onlarla pulemyot və bir kaç top vəd etdilərsə də, vədlərini tutmadılar. Tiflis mətbuatı isə Bakının Azərbaycan “başıpozuq” qüvvəti ilə istirdadına açıqdanaçığa etiraz etdi. Nəhayət, hər qism bəhanələri yeritdikdən sonra gürcü Ser Amdan siyasəti “qarşımızda türk təhlükəsi varkən kəndilərilə ehtimal ki, əqdi-ittifaq etmək zərurətində bulunacağımız bolşeviklərlə münasibatımızı pozamayız” izah və etirazında bulundular. Əvvəlcə müsəlmanların intiqamından, Tiflisin müavinətindən qorxan üsyankar Bakı tədafei bir vəziyyət almış ikən, sonra cəsarət peyda etmiş, bolşevik Bakı Gəncəyə doğru hərəkət eləmək qəsdinə düşmüş idi. Bu hərəkətə ilk əvvəl Şamaxı, daha sonra Lənkəran, Salyan, Quba, Kürdəmir, Nəvahi və sair qitələr məruz qalmış, şəhərlər xak ilə yeksan, irz və namuslar hətk, mal və məvaşi qənimət edilmişdi. Gəncə bizzat təhdid olunmaqda, digər tərəfdən dəxi Qarabağ erməniləri Bakı bolşeviklərilə birləşmək üzrə bir plan hazırlamaqda, Azərbaycanın atəş və qılıncla təslimə məcbur edilmək planı cızılmaqda idi. Məlum a, Şaumyan “muxtariyyət degil, xarabazar alacaqsınız!” demişdi!.. Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı. Gəncə öhdəsindən ağır bir vəzifəyi kəndi başına ifa edəmədigindən bittəbii getdikcə riştəyi-ümur əlindən çıxıyor, bolşevik yəd extisabına keçməyin yerlərdə dəxi şiddətli bir itaətsizlik və anarşi zühur ediyordu. Bu surətlə həyati-təbiiyəsini təhdid edən bir təhlükəyə qarşı səltə və hakimiyyətini qəbul eləmiş Tiflis hökumətindən laqeydlik və ədəmi-müavinət görən Azərbaycan əfkari-ümumiyyəsində pək təbii olaraq bir cərəyan, bir meyli-siyasi doğuyordu: bu müşkül vəziyyətdən milləti qurtaracaq bir qüvvət vardı: Türkiyə! Ümidlər həp oraya idi. O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaqdı. Xəlqin bundan başqa bir ümidi qalmamışdı. Halbuki məsələ o qədər də kolay həll olunur bir halda degildi. Kəndisini Rusiyadan ayrı felən müstəqil bir halda idarə etməkdə olan Zaqafqasiya Türkiyə ilə sülh əqd etmək istədigi halda məqsədinə müvəffəq olamıyordu. Türklər 1914 sənəsi hərbindən əvvəlki Qafqasiya hüdudunun iqasını istəyən Zaqafqasiya hökumətinin Trabzona gəlmiş heyətimürəxxəsəsi “Brest-Litovsk” müahidənaməsinin tamamilə qəbulunu təklif ediyordular. Bu təklif üzrə Zaqafqasiya vəqtilə türklərdən bir təzminat müqabili olaraq alınan Kars, Ərdahan və Batum vilayətlərindən sərf-nəzər etməliydi. Məsələ ciddiləşiyordu. Ermənilərlə gürcülər hərb etmədən Türkiyəyə təslim olmayız diyordular. Bir tərəfdən bolşevizm, digər tərəfdən də erməni və gürcü cənguluğu arasında qalan müsəlmanlar isə müşkül bir mövqedə qalıyordular. Məəmafiə əhvalın ciddiyyətini dərk edən Trabzon heyəti-mürəxxəsəsi erməni, gürcü və türk əzasının ittihadilə Türkiyə ultimatumunu qəbula qərar vermişkən, seymdə oturan qızğın qafalı menşeviklərlə müvazinələrini itirən daşnaksaqanlar hərbə qərar vermiş, müsəlmanlar isə bitərəf qalmışlardı. Hərb başlamış, Trabzon heyəti dəxi Tiflisə ovdət eləmişdi. Fəqət heyət Tiflisə gəlincəyə qədər hərb də adətən bitmiş, Batum süqut eləmiş, Kars dəxi əhatə olunmuşdu. Artıq təhəmmül etmək mümkün degil idi. Hərb durmalı, sülh əqd olunmalı, Zaqafqasiyanın istiqlalı rəsmən elən edilməli, yoxsa biz ayrılıb kəndi başımızın çarəsinə baxiyoruz – deyə seymdəki müsəlman əzası son çarəyə təvəssül eləmişlərdi. Bihudə yerə macərayə soxulmuş olduqlarını və Zaqafqasiya xəlqinin qətiyyən hərbə mühəyya olmadığını gözlərilə aydın görən gürcülər dəxi bundan başqa bir çarə qalmadığına qane olaraq cəngcu Qegeçqori hökumətini düşürüb yerinə sülhpərvər Çenkeli kabinəsini qoydular. Batum müzakiratı başlandı. Çenkeli türk tələbatının artmayacağına qane ikən həqiqət əksinə çıxdı. Batum və Karsda tökülən türk qanına İstanbul hökuməti xunbəha olaraq yeni bir takım ərazi tələb ediyordu. Axısxa, Axalkələk, Aleksandropol, Sürməli və Naxçıvan qitələri bu tələbləri təşkil ediyordu. Eyni zamanda təhlükəyə məruz qalan azərbaycanlı qardaşlarına müavinət üçün Nuru Paşa ilə məiyyəti İran təriqi ilə Azərbaycana keçmiş, Gəncəyə varid olmuşdu. O zaman müdhiş bir anarşi içində olan Gəncə Nuru Paşayı göydən enmiş bir xilaskar kibi tələqqi etmiş, xəlq kəndisinə tarixin nüdrətlərlə qeyd edə biləcəgi parlaq bir istiqbal yapmışdı. Batum müzakiratı uzun sürmüş, gürcülər artıq Zaqafqasiya hökumətində qalmayı kəndi hesablarına zərərli görərək əl altından Almaniya ilə anlaşmışlar, mayısın 26-da Gürcüstanın Zaqafqasiyadan ayrı, kəndi başına müstəqil bir cümhuriyyət təşkil etdigini elan eləmişlərdir. Bunun üzərinə seymdəki müsəlman əzalar kəndilərini Azərbaycan Şurayi-Millisi elan edərək iki gün sonra mayısın 28-də dəxi Azərbaycanın istiqlalını elan, Fətəli xan Xoyski kabinəsini təşkil və müstəqilən türklərlə müxadinət müahidənaməsi əqd eləmişlər və məzkur müahidənamənin 4-cü maddəsinə binaən məmləkətin əmniyyət və asayişini iadə etmək üzrə Türkiyəyə müraciət edərək Azərbaycana ordu sövqünü istəmişlərdir. İyunun 15-də Azərbaycan Şurayi-Millisi ilə hökuməti Tiflisdən Gəncəyə vürud etmiş; 16-da əqd elədigi iki tarixi icalsında Fətəli xan Xoyskinin istefasını qəbul ilə təkrar kəndisinin rəyasəti altında 12 kişidən ibarət yeni bir hökumət təşkil və bütün ixtiyaratı məzkur hölumətə həvalə edərək kəndisini isə əhvali-fövqəladəyi nəzərə alaraq tətil eləmişdir. Şurayi-Milli tərəfindən məmləkətin idarəsini əlinə alan hökumət bir an əvvəl Bakıyı istirdad edəcək, Məclisi- Müəssisanı toplayacaq, hürriyyətlərlə Azərbaycan istiqlalını mühafizə və ixtiyaratını yalnız 6 aydan gec olmamaq üzrə toplanacaq Məclisi-Müəssisana təslim edəcəkdi. Nuru Paşa məiyyətindəki ordunun müavinəti ilə az bir müddətdə Bakı vilayəti xaricində olan bütün yerlər Azərbaycanhökumətinin əmrinə müti olaraq hər yerdə əmniyyət və asayiş bərpa ediliyor, anarşi dəf olunuyor, yalnız Bakı bolşevikləri 5-6 ay zərfində bulduqları fürsətdən istifadə ilə olduqca mühüm bir qüvvət təşkil edərək bəzən müqabil təcavüzlər yapmaq surətilə şiddətli bir müdafiə hazırlıyorlar. Daha sonra bolşevik hökuməti menşeviklərlə daşnaqlar tərəfindən yapılan bir ixtilal nəticəsində süqut eliyor. Əvəzində direktoriya hökuməti təşəkkül eliyor. Bu hökumət ingilisləri Bakıya dəvət ediyor. Bunun üzərinə Türkiyədən yeni qüvvət cəlbinə lüzum görülüyor. Almanlar isə Qafqasiya məsələlərində müttəfiqləri Türkiyə ilə rəqabət edərək Gürcüstan yolu ilə türk əskərini buraxmıyorlar. Bundan dolayı dəxi Bakının istirdadı sentyabrın 17-nə qədər gecikiyor. Nəhayət, həqq yerini tutur. Altı ay bir əsarət dövrü keçirdikdən sonra qurban bayramının günündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor.Bakının istirdadı dəxi süqutu qədər qanlı, dəhşətli bir surət almışdır. Azərbaycan hökuməti artıq kəndi paytaxtında idi. Fəqət Bakı məsələsi hala bitməmişdi. Bakının süqutundan bir az əvvəl almanlar Brest-Litovsk müahidəsinə zeyl olmaq üzrə bolşeviklərlə əqd elədikləri bir müahidə ilə Bakıyı Rusiyaya tərk eləmiş, müqabilində kəndiləri üçün neft imtiyazı almışlardı. Azərbaycanlıları son dərəcədə iğzab edən bu halı o zaman İstanbulda bulunan heyəti-mürəxxəsə rəisi surətilə Azərbaycan hökuməti cümhuriyyəti naminə Almaniya səfarət nəzdində protesto eləmiş “Bakısız Azərbaycan başsız bədəndir!” deyə azərbaycanlıların Bakıdan sərf-nəzər edəmiyəcəklərini bildirmişdim.

 

lll

 

Bakının istirdadından sonra Azərbaycan hökuməti felən vücud peyda eləmiş, yalnız vəziyyəti-beynəlmiləliyyəsini mətin bir əsasə rəbt etmək məsələsi qalmışdı. İstanbulda toplanacaq mərkəzi dövlətlər konfransını dörd aydan ziyadə bəkləyərək oturan Qafqasiya cümhuriyyətlərinin heyətimürəxxəsələri nəhayət görmədən İstanbulu tərk etmək məcburiyyətində qaldılar. Fransa cəbhəsində alman ordusunun düçar olduğu həzimət, onu mütaqib Bolqariyanın təslim oluşu, siyasət aləmini tamamilə dəgər-gün etdi. Almaniya küməsi yerinə İngiltərə nüfuzu qaim oldu. Türkiyə müttəfiqlərlə əqd elədigi mütarikə şəraitinə nəzərən Bakıyı ingilislərə təslim edəcək və bütün Qafqasiyadan çəkiləcəkdi. Noyabrın 17-si bakılıların xatirindən çıxacaq günlərdən degildir. O gün türklər kəmali-surət ilə Bakıyı tərk eləmiş, İngiltərə qüvvəti şəhərə daxil olmuşdu. İngiltərənin Azərbaycan istiqlalına qarşı alacağı vəziyyəti şübhələr içində qaranlıq bir vəziyyətdə idi. General Tomsonun ordusu ilə bərabər Biçeraxovun dəstəsi dəxi şəhərə daxil oluyor, şəhər üzərində uçuşan qara qarğalar (ayroplanlar) Rusiya ordusunun təkrar kəndi toprağına gəldigini “Rusiya vətəndaşlarına təbşir” ediyordu. İkinci gün İngiltərə komandanı Tomsonun bəyannaməsi nəşr olunmuş, o dəxi Bakıyı Rusiyanın bir hissəsi kibi tələqqi edərək yeni Rusiya hökumətinin razılığı ilə buraya gəldigini qeyd eləmişdi. Böylə qaranlıq, şübhəli və qorxulu bir vəqtdə, bir zamanda ki, Azərbaycanı himayə edən türk ordusu, yalnız türk ordusu degil, Azərbaycan əskərləri dəxi şəhəri tərk eləmişlərdi, polis idarəsi ingilislərin əlinə keçmiş, Biçeraxovun dəstələri mütəhəkkimanə bir vəziyyətlə şəhərə oluşmuş hər kəsdə bir qorxu və ümidsizlik hasil olmuşdu. İştə böylə bir zamanda Azərbaycan Şurayi-Millisi təkrar həyata ovdət eləmiş. Azərbaycan Məclisi- əbusanını dəvətlə məşğul olmuşdu. Dekabrın yeddisində “İsmailiyyə” binasının yanıq binası yanındakı sabiq ünas məktəbinin qəribkarı binasında Azərbaycan Məclisi-Məbusanı mütəntən bir surətdə açılıyor. Üçrəngli bayrağımız başımızın üstündə ehtizaz edərək istiqlalımızın şübhə və əndişələr içərisindən qurtarmaq üzrə olduğunu təbşir ediyordu.

 

lll

 

Bari-giran hökumət təkrar möhtərəm Fətəli xan Xoyski həzrətlərinin öhdeyi-dərayətlərinə həvalə edilmişdi. Fətəli xan Azərbaycanın vəziyyəti-siyasiyyəsini tovzih etdirmək kibi müşkül bir vəzifə qarşısında idi. Bu vəzifəsini o kəmaliməharətlə ifa ediyordu. İngiltərə komandanlığı əvvəlki bəyanatnaməsinə rəğmən Qafqasiya məsələsinin sülh konfransında həll olunacağı ilə Azərbaycanda yeganə bir hökumət olaraq Fətəli xan Xoyski kabinəsini tanıdığını elan ediyordu.

Daha sonra Azərbaycan hökuməti naminə Paris sülh konfransına ezam olunan heyəti-mürəxxəsə ingilislərin məğrifət və müvafiqətilə yola çıxıyor və hər növ müzahirat və müavinətə məzhər olacaqları vəd olunuyordu. Nəhayət, şəhərimizdə bulunan Biçeraxov-Prejavolski ordusu Azərbaycan hökumətinin tələbi üzərinə paytaxtımızı tərk ediyor; kəndi doğma ordumuz isə şəhərimizə gəliyor; əhali əskərlərimizi sevinclərlə istiqbal ediyor. Fətəli xan Xoyskini istixlaf edən Nəsib bəy hökuməti daha ziyadə bir ciddiyyətlə gəmimizin içində oturub da bizimlə döyüşməkdə olan fitnəkar qüvvətlərlə mübarizəyə başlıyor. Bolşeviklər tərəfindən elan olunan iqtisadi qılıqlı siyasi zabastovka kəmali-müvəffəqiyyətlə basdırılıyor. Rusiya sovet hökumətinin nümayəndələri ilə Denikin ordusunun casuslarını tovqif etməklə Azərbaycan hökumətində tələb olunan siyasi tovqiflər həqqini iadə və bilfel tətbiq etmiş oluyor. Son günlərdə İtaliya heyəti paytaxtımıza varid olaraq məbusan və hökumət rəisləri ilə görüşərək istiqlaliyyətimizə müsbət bir nəzərlə baxdıqlarını bəyan ediyorlar.

 

 

 

VI

 

 

 

Yuxarıdakı fəsildə biz böyük bir cild təşkil edəcək tarixi məqaləmizin hövsələsinə sığacaq bir tərzdə ixtisar elədik. Bu tarixin güzəran etdigi anlarda daha əvvəlki fəsillərdə zikr etdigimiz milliyyət fikri ilə hakimiyyəti-milliyyə davası müxtəlif xünuni-səfəhat keçirərək nəhayət xarici bir şəkil peyda elədi: Müstəqil Azərbaycan Cümhuriyyəti! “Seym” məclisi təşəkkül etdigi zaman “Azərbaycan”dan yalnız Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi bəhs eləmiş, İttihad, Sosialist bloku ilə Hümmət firqələri isə cəsarət edərək yalnız Zaqafqasiya ölçüsündə fikir eləmişlərdi.

Məclisi-Məbusan açılıncaya qədər kəza istiqlal fikri əleyhində olan cərəyanə hər firqədən ziyadə azərbaycançı “Müsavat” firqəsi məruz qalmış, “ilhaq” mərəzinin mikroblarını nəşr edən “dahilər” tir tərizlərini Azərbaycan istiqlalının məfkurəçilərinə tovcih eləmişlərdi. Məclisi-Məbusan açıldıqdan sonra məmləkəti təmsil edən müxtəlif siyasi firqə və məslək əhlləri sağdan tutub sola qədər Azərbaycan istiqlalının mücahidi olduqlarını bəyan etdilər. Azərbaycan istiqlalı fikrən qazanıldı! Siyasi bir fikir olaraq qəbul edilən istiqlal xəlqin imanına sinmiş, qəlb və vicdanına yerləşmiş bir zehniyyət halına dəxi gəlməlidi. Məclisi-Məbusan iftitahında: “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidasını təqdirən dəhşətli bir tufan kibi qopan alqışları martın 12-də hürriyyət günü yad olunduğu zaman coşub-daşan türk xəlqinin parlaman qarşısındakı nümayişini, milli ordumuzun Bakıya vürudi günündəki böyük milli bir nümayiş şəklini alan o səmimi mənzərəyi, sonki tətil zamanında türk və müsəlman əmələlərinin cansipəranə bir surətdə göstərdigi o asari-həmiyyəti, ordunun keçdigi, bayrağımızın yelləndigi hər bir yerdə ixtiyar qarıların, qocaların ağzından eşidilən o qiymətdar dua və sənaları görən və nəhayət, 28 mayıs günündəki o bibənzər bayramı tamaşa edən müdəqqiq üçün istiqlal fikrinin artıq xəlqimizcə bir zehniyyət halına gəldigini görməmək qətiyyən mümkün degildir. Millətimizin bilxassə kütləyi-ümumiyyəsini, sahibi-idrak demokratiyasını səmimi bir surətdə mütəhiss edən bu zehniyyət bərəkətindəndir ki, istiqlalımızın ən müdhiş düşmənlərindən tutub ən şübhəli dostlarına qədər bütün müxalif və müariz firqələrin dəxi istər-istəməz Azərbaycan zəminəsində duraraq müxalifətlərini o nöqteyi-nəzərdən yürütmək istədiklərinə şahid oluyoruz. Əvət, Azərbaycan əvvəlcə bir mədəniyyəti-milliyyə davası, daha sonra bir firqəyə məxsus mücərrəd bir fikri-siyasi ikən, bu gün bütün millətin məqsədidir. Bu məqsəd xaricində millət artıq kəndisinə məsud bir həyat təsəvvür edəmiyor. Bu qədər bəlalara təhəmmül etmiş xəlq üçün Azərbaycan Cümhuriyyəti təşəkkül etmiş bir əmri-vaqedir! Bu əmri-vaqeyə qarşı hər kəs təslim olmalı, ona hər kəs ehtiram etməlidir!

 

 

 

VII

 

 

 

Bir əmri-vaqe halını almış Azərbaycan Cümhuriyyəti cahanşümul əhəmiyyətə malik olan paytaxtı, güna-gün sərvət mənbələri, mütəşəbbüs tərəqqipərvər xəlqi sayəsində Qafqasiya cümhuriyyətlərinin həpsindən müstəid həyat bir məmləkətdir. Yalnız vəqtilə “atəşi-müqəddəs” sayəsində cahan ziyarətgahı olan bu yurd imdi də “cazibədar” sərvət səyyaləsi ilə cahan tacirlərinin meydani-rəqabətidir. Burası ticari rəqabət meydanı olmaqdan əlavə bir də siyasi rəqabətlərin cövləngahıdır. Qafqasiya silsiləyi-cəbalinin təhtitəhəffüzündə bulunan Zaqafqasiya ərazisindən olduğu üçün məmləkətimiz şərqlə qərbi yekdigərinə qovuşduran ən qısa yolun güzərgahında vaqe olmuşdur. Bu nöqteyi-nəzərdən o gün cahanca da vase bir miqyasda vaqe olan çəkişmədə burası dəxi düvəli-müəzzəmənin hesablarını təsviyə edən müvazinə cədvəllərində mühüm bir ədəd təşkil edəcəkdir. Cahangir dövlətlərin dünyayı təqsim etdiklərində Zaqafqasiya millətlərindən ötrü ayıracaqları hissə və hüququn nə kibi bir şəkil alacağı həqqində nikbinanə və bədbinanə olmaq üzrə müxtəlif təsəvvürlərdə bulunmaq mümkündür. Bu təsəvvürlərin heç birisindən Rusiyayı xaricdə buraxmaq olmaz. Rusiya hər nə şəkil ilə olursa-olsun təkrar buraya enmək istəyəcək; daha bundan min sənə əvvəl Bakı neftinə düşkün olan Rusiya bu gün ona göz yuma bilmiyəcəkdir. İngiltərə dəxi əsrlərdən bəri arzu elədigi Zaqafqasiya yolu üzərində təsisi-hakimiyyət olmasa da iqayi-nüfuz etmək əzmindən bir an fərağət etməyəcək; nəticədə bir müsariədir davam edib gedəcək. Fəqət nə Rusiyanın, nə İngiltərənin, nə də sair bir dövlətin bu ərzi-müqəddəs üzərindəki mənafei azərbaycanlının mənafei ilə müqayisə ediləməz. Müasir bir azərbaycanlı üçün Azərbaycan Cümhuriyyətinin istiqlalı, onun hürriyyəti bir takım maddiyyatla ölçülür şeylərdən degildir. Bayrağındakı rənglərin mədlulu vəchlə bu yeni təşəkkül edən türk cümhuriyyəti aləmiislamda təşəkkül edən ilk cümhuriyyətdir ki, milliyyət, beynəlmiləliyyət və müasirlik əsası üzərində müstənəd yeni bir tərzi-idarə qurmaq cəhdi-alisindədir. Bu cəhdindən bir tizə olsun nişan vermək üzrə Azərbaycan millətinin məknunatimilliyyəsindən birər nümunə olaraq bu məcmuə vasitəsilə təşhir ediyoruz. Burada millətimizin istedadi-fitrisini göstərəcək nümunələr adətən bundan bir əsr avvəl Bakı ərazisindəki axar altunun miqdar və əhəmiyyətini qətiyyən bugünki aləmşümul bir dərəcədə göstərəmiyən əlamətlərə bənzər. O zaman qara çırağda yakılmaqdan başqa bir şeyə yaramayan Bakı nefti bədə nasıl sənaye və ticarəti ilə pək ziyadə tərəqqi etmiş olan məmləkətlərin müasir bir mayeyihəyatı ola bildisə, əminəm ki, eyni topraq üzərində yaşayan xəlqin fitrətində təbiətin bir möhübbəsi olaraq gizli qalan istedad dünyayə “odunsuz yanar və sudan qorxmaz atəşi-müqəddəs” qədər əsli bir mədəniyyət əhd etsin:

– Azad Türk mədəniyyəti! Vətəndaşlar, bu mədəniyyət naminə çalışalım, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal və cümhuriyyəti başlarımız üstündə tik tutalım!

 

M.Ə.Rəsulzadə

 

“İstiqlal” məcmuəsi, 28 may 1919, ¹1

 

 

 

Ənva – növlər

 

Müvəzzəf – vəzifəli

Təviq – təxirə salma

Müzahir – nümayişçi

Həvari – köməkçi

Süluk – hərəkət tərzi

Müxadinət – dostluq

Visaq – müqavilə, bağlaşma

Həzimət – məğlubiyyət

Təbşir – muştuluq

Mütəhəkkim – hakim olma

Qəribkar – kimsəsiz

Bari-giran – ağır yük

Tovzih – izah etmək

İstixlaf – öz xələfi hesab etmə

Təriz – etiraz etmə

Tovcih – üzünü bir tərəfə çevirmə

İftitah – açılış

Səyyalə – maye, axan şey

Təhəffüz – qorunma

Düvəl – dövlətlər

Müsairə – güləşmə

Mədlul – anlaşılan

Tovqif – tutulma

Tədafö – dəf etmə

Hətk – şərəfsizlik

Məvaşi – südlük heyvanat

Riştə – əlaqə

Məşrəb – xasiyyət

Sədədə – niyyət, məqsəd

Hədəs – yeni üzə çıxan

Səlah – sülh, asayiş

Qate – qət edən

Məskukat – sikkəli pullar

 

(Son)

 

Şirməmməd Hüseynov

525-ci qəzet.- 2013.- 2 noyabr.- S.26-27.