“...Olmadı rahət sənsiz”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

 

 

Sevgi təmənna tanımaz, xeyir güdməz. Hesablanmış,  arxasında umacağın nələrsə durmuş hisslərə məhəbbət adı qoymaq yanlışdı. Axı o duyğu bütün düşüncələrini işğal etməyibsə, hələ fayda haqda fikirləşə bilirsənsə dünyanın istisinin, soyuğunun, dünəninin, gələcəyinin sənə aidiyyatı varsa, hansısa irəliləyiş, karyera, uğur eyninədisə, sevmirsən demək!

Nədənsə çox vaxt təmənna deyiləndə maddi nəsnələr ağla gəlir. Amma təmənna həm mənəvi ola bilər, sevilməyini umarsan, arzulanmağını istəyərsən, əzizlənməyini gözləyərsən, diqqət tələb edərsən. Bütün bunlar sevməyin özü qədər təbii, eyni zamanda münasibətləri tənzimləyən, həssas məqamlardı. Çünki bu duyğuların ifadə tərzi, tövrü həm sevginin şiddətini, gücünü göstərir. Axı, məhəbbətə al-ver kimi yanaşıbsev məni, sevim səni!” deyənin hisslərinə necə inanasan?! Əlbəttə, hisslərin qarşılıqsız olduğunu anlamaq, bəzən sadəcə ağla gətirmək, ehtimal etmək belə insanı çilədən çıxarda bilər. Amma hər halda sevilməktələbi”nin özü zərif şəkildə, incə tərzdə deyilməlidi.

NizamiSevgili cananSənsizqəzəllərində məhz bu cür danışır, arzularını, hisslərinə qarşılıq istəyini ruhu belə incitmədən çatdırır. bu zərifliyi Üzeyir Hacıbəyli musiqisi daha da rəngli, parlaq şəkildə tamamlayır. Yəqin sözlə musiqinin belə bütöv vəhdəti hər vaxt yarana bilməz. Özündən səkkiz əsr öncə yaşamış insanın duyğularını musiqiyə çevirməyi, musiqi dili ilə çatdırmağı necə bacarıb Üzeyir bəy? Sadəcə heyrət edirsən!

Bəzən düşünürəm, bəlkə məhz dövr, zaman şairlərin dilinə, ifadələrinə təsir edib... bu qəzəllərdə (bir çox klassik şeir nümunələrində olduğu kimi) hisslər ona görə belə gözəl, incə təsvir edilib ki, o vaxt hələ robotlaşmamışdı adam. Texnika, sürət, dinamika həzin duyğuları proqramlaşdırmamışdı. İnsan aşiq olmağı planlaşdırmırdı, eşqə düşəndə ayrı “variant” gəlmirdi ağlına, ömürlük sevirdi. Sadəcə sevirdi: təhlilsiz, izahsız, təftişsiz... Bir xumar, qəmli baxışa şeirlər qoşur, dastanlar yazırdı, heç istəmirdi, elə təkcə xoş söz bayram idi ondan ötrü, zərif təbəssümün xəyalı ilə günlərlə yatıb-dururdu, yuxuda belə görüşməyi səadət sanırdı. Amma Üzeyir bəyin musiqisi, Nizami qəzəllərinə bəstələdiyi romansları bütün bu fikirləri şübhə altına alır.

Sənsizromansını 1941-ci ildə bəstələyib, “Sevgili canan”ı 1943-də! İndi gəl kobudluğun, sevgisizliyin, robotlaşmanın günahını at dövrün boynuna... XII əsrdə, tox, arxayın, rahat ömür sürən, ürəkdolusu sevmək, yazmaq üçün hər şeyi olan Nizami ilə XX əsrdə müharibə, aclıq, repressiya qorxusu yaşamış Üzeyir bəyin ifadə tərzi, duyumu arasında fərq yoxdu, məncə. Hər ikisi incədi, hər ikisi təmənnasızdı. Ona görə dövr, zaman bəhanədi sadəcə. Bacarıqsızların, ürəyini , beynini zaman tələbləriilə doldurmuş hissiz, duyğusuz insanların uydurduğu əfsanədi bütün bunlar. Sevən adam orta əsrlərdə , XX əsrin müharibə şəraitində , XXI yüzilliyin robotlar mühitində eynidi. Ona görə Nizami qəzəlləri bu qədər müasir görünür. Təsvir olunan hisslər heç vaxt köhnəlmədiyinə, arxaikləşmədiyinə görə!

 

Farsca yazılmışSevgili cananqəzəlini dilimizə Mirvarid Dilbazi, “Sənsizşeirini isə Cəfər Xəndan çevirib. Bu əsərlərin üstün  cəhətlərindən biri tərcümələrin gözəlliyi, sanki orijinal təsiri bağışlamasıdı. Daha bir uğur isə Bülbül, Müslüm Maqomayev kimi böyük sənətkarların romansları ifa etməsidi. Nizami, Üzeyir bəy, Bülbül, Müslüm Maqomayev... məhz bu adların, bu sənətkarların sayəsində sözü musiqisiz, musiqini sözsüz təsəvvürə belə gətirmək mümkünsüzdü.  Qəribə ideal bir harmoniya var burada. Sadəcə şeiri oxumaq istəyirsən, Üzeyir bəyin musiqisi, Müslümün səsi gəlir beyninə, elə-belə melodiyanı dinləyirsən, özündən asılı olmadan sözləri pıçıldayırsan dodağın altda. Ona görə bu şeirlərə sadəcə XII əsr poeziya nümunəsi kimi baxmaq, təkcə Nizaminin qəzəlləri saymaq yalnışdı. Bu əsərlər səslə, sözlə, musiqiylə birgə hüdudsuz hissləri, hədsiz kövrək, kəpənək toxunuşu qədər zərif duyğuları ifadə edir. Aşiq sevgilisinin ləbindən busəni inayətkömək, qayğı təki, ehsan kimi istəyir, rəhmi göz yaşı tökərək diləyir. rəftarını da, davranışını da sevgilisindən soruşur. Bəzi məqamlardaSənsizqəzəli birincinin davamı kimi görünür... Sanki aşiqin yalvarışlarının heç bir xeyri olmayıb ayrılıblar. Amma yenə hicran içində olan insanın əzabı  çox həzin təsvir edilib. İstər söz, istərsə musiqi tənha aşiqin, qovuşmağa heç bir ümidi qalmamış zavallı sevgilinin duyğularını dəqiq çatdırır. Qadını ilahiləşdirib cəlb eləyən vəslinə and içən aşiq, “yox daha taqət sənsiz!” deyir sanki bununla da imdad istəyir xanımdan. Başqa birisini axtarmağın mümkünlüyünü ağlına belə gətirməyən şair yarının sözü ilə az da olsa təsəlli tapır. Yox yara hacət sənsiz!” (səndən özgə yara ehtiyac yox) – deyən qadın ümid verir ona. Məhz belə Qadını qəlbin hakimi etməyə, bu cür sevgidən ötrü könlü qula çevirməyə dəyər. Üzeyir bəyin musiqisi... Məhz sözün, hissin bu yerində, həyəcanın yüzə qalxdığı məqamda nələr demir bu musiqi?! Hisslərin tuta, idarə edə bilməyən insanın bütün ağrısı, əzabdan özünə yer tapmayan adamın ümidsizliyi, hər şeydən əlini üzmüş insanın çarəsiz dərdi... Müslümün səsinin zildən bəmə keçidi... Səhərin alaqaranlığında günəşin azca parlaması təsiri bağışlayır. göz önünə yanaqlarında yaş parlayan, günəşin ilıq şüasına sevinən, içində iynənin ucu boyda inam yaranan, üzündə kədər qarışıq təbəssüm peyda olan aşiq gəlir: “Sən Nizamidən əgər arxayın olsan da gülüm! Gecə-gündüz arayıb olmadı rahət sənsiz!”

 

Hər gecəsi kədər, qüssə, fəlakətlə keçən aşiqin səhəri açılır bu misralarda...

Müslüm davam edir... Yarım, sənsiz! Gülüm sənsiz! Ahhh, canım sənsiz! Sənsiz!

 

Nizami Gəncəvi: “...sel kimi göz yaşımı tökdüm!”

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan!

Olmuş bütün aləmdə sənin şəninə şayan.

 

Gəl eylə inayət, mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

 

Sordum ki, “könül hardadır”, aldım bu cavabı:

Heç sorma, tapılmaz onu axtarsa da insan”.

 

Rəhm eylə deyib, sel kimi göz yaşımı tökdüm,

Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

 

İnsafın əgər varsa, açıq de, bu Nizami,

Sənlə necə rəftar eləsin, ey məhi-təban?

 

Nizami Gəncəvi: “Yox daha taqət sənsiz...”

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

 

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,

Hicrinə yandı canım, yox daha taqət sənsiz!

 

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,

Bilirəm, sən dedin: “Yox yara hacət sənsiz!”

 

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,

Sən əzizsən, mən ucuz, bir heçəm, afət sənsiz!

 

gözüm var arayım mən səni, bəxtim ki yox

bir qaçmağa var məndə cəsarət, sənsiz!

 

Sən Nizamidən əgər arxayın olsan da, gülüm!

Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 2 noyabr.- S.21.