Torpaq hər bir ölkənin böyük sərvətidir  

 

 

 

Torpaq əlbəttə ki, böyük iqtisadi əhəmiyyətə malikdir. Dünyanın istənilən dövlətinin mühüm sərvəti olmaqla, torpaq üzərində torpaqda bəşəriyyətin qida məhsullarının 90 faizi istehsal edilir. Torpağın deqradisiyası, münbitliyinin kəskin sürətdə aşağı düşməsi məhsul qıtlığı, aclıqla müşayiət olunur, dövlətlərin yoxsullaşmasına gətirib çıxarır. Torpaqların məhvi bütövlükdə bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Hələlk torpağın əliaçıqlığının cüzi bir hissəsini təklif edən başqa heç bir vasitə yoxdur. Elm süni qida maddələri yaratmağa çoxdan cəhd etsə , elə bir ümidverici nəticəyə nail olmamışdır. Bu yaxınlarda İngiltərədə sintetik ət istehsalı nümunəsi icad edildi, ondan bişirilən bir porsiya bifşteks 30 min funt sterlinqə başa gəldi. Belə bədxərcliklə qidalanma bəşəriyyətə olduqca baha başa gələ bilər. Onu da qeyd etmək lazımdır ki, qida maddələrinin süni yolla kütləvi istehsalı hələlik üfüqdə gözə dəymir.

Ona görə hər bir xalq malik olduğu əvəzsiz kapitaldantorpaqlardan daha səmərəliklə istifadə etməyə çalışmalıdır. Kimyaçılar qoy öz axtarışlarını etsinlər, hərdən bir öz icadlarını elan etməklə qısa müddətli sensasiya yaratmaqda davam etsinlər. Bitkiçilik heyvandarlıq üzrə olan elmlər, əkinçilik texnologiyaları əhalinin artımını nəzərə alaraq inkişaf etməli, kənd təsərrüfatı məhsullarının çoxaldılması üçün yeni yollar vasitələr axtarıb tapmalıdır. Əkinçilik sisitemi öz təkamülünü davam etdirməlidir, çünkiyaşıl inqilablarbarədə bəzi ölkələrdə hay-küy qaldırılsa da, dünyanın bəzi guşələrində aclıq narahatlıq doğuran bir problem olmaqda davam edir. Əkinçilik yüksək sabit məhsulun alınmasına xidmət etməlidir, kənd təsərrüfatı istehsalı yalançı, bayağı şüarlardan azad olmalı, öz inkişafına xidmət edən cəhətlərə vasitələrə diqqəti yönəltməlidir. Optimal səpin dövriyyəsi torpağın becərilməsi, gübrələrdən, bitki mühafizəsi vasitələrindən daha səmərəli istifadə edilməsi aqrar bölmənin mühüm vəzifəsinə çevrilməlidir. İndiyədək boş şüarlarla, vədlərlə kimisə qidalandırmaq mümkün olmamışdır, bununla məşğul olan alimlər az qaladahilikqiyafəsi eşqinə düşsələr , onların proqnozları sabun köpüyü təsiri bağışlamaqdan uzağa getməmişdir.

Əkinçilik sistemlərinin tətbiqində dünyaya məlum olan metodlardan istifadəyə əyri gözlə baxmaq yolverilməzdir. Dəmyə zonalarda taxıl- herik sisteminin tətbiqi gündəlikdən çıxarılmamalıdır. Təmiz herik, becərilmənin gübrələrin düzgün tətbiq edilməsi hesabına məhsuldarlığı xeyli yüksəltmək olar.

Minimum, optimum maksimumdan ibarət olan əkinçilik qanunlarına görə məhsulun miqdarı minimumda yer tutan faktorlarla müəyyən edilir. Ən yüksək məhsul faktorların optimal təsiri ilə əldə olunur. Faktorların maksimal (izafi) təsirində məhsul aşağı düşür. Bitkilər vasitəsilə torpaqdan çıxan mineral qida elementlərinin əvəzinin ödənilməsi zərurəti meydana gəlir. Ona görə torpağa üzvi mineral gübrə verilməsi mühüm əhəmiyyətə malikdir. Peyin torpağa bitkilərin götürdüyü kül elementlərini azotun xeyli hissəsini qaytarır. Torpaqbitkiemal edilmiş bitki maddələrin qalıqlarıtorpaqbitki dövriyyəsi baş verir.

Əkinçilikdə geniş təkrar istehsalın iqtisadi təbii prosesləri birləşir. Torpaq bitkilər əsas istehsal vasitəsi əmək obyektləri kimi çıxış edirlər. Əkinçilikdə həm kənd təsərrüfatı istehsalının mövsümi xarakter daşıması kəskin qaydada öz əksini tapır, bu isə ilin mövsümlərində Günəş enerjisinin bərabər qaydada düşməməsi ilə bitkilərin becərilməsinin biologiyası ilə əlaqədardır. Bizim eradan əvvəl II əsrdə Romada yaşamış məşhur dövlət xadimi Böyük Katon kənd təsərrüfatına həsr edilmiş kitabında bitkilərin müxtəlif məhsuldarlığa malik olmasını, bəzən məhsul verməməsi ehtimalını əsas götürərək 100 yügerlik (25 hektarlıq) torpaq sahəsini ona qədər növ bitki altında bölməyi məsləhət görürdü ki, torpaq sahibi becərdiyi yalnız bir bitkinin məhsulu olmadığı ildə tam iqtisadi iflasla üzləşməsin.

Əkinçiliyin növləri torpaqdan istifadədə nəzərdən qaçırılmamalıdır. Bu növlərə sabit, quru (qeyri-sabit), suvarılan, dəmyə dağ əkinçiliyi daxildir. Hamıya yaxşı məlumdur ki, kənd təsərrüfatı bitkilərinin səhra rayonlarında suvarmasız becərilməsi mümkün deyildir. Həmçinin dəmyə, yaxud dağ əkinçiliyi növləri özlərinə müvafiq qaydada qulluq göstərilməsini tələb edir. Dəmyə əkinçilikdə xüsusi sistemin tələblərinə əməl edilmədikdə, bu, acınacaqlı nəticələrə gətirib çıxarır. Qazaxıstandakı xam torpaqların istifadəsinə başlandıqdan az sonra bu tipli bəlalar özünü nümayiş etdirirdi. 1960-cı illərin əvvəllərində iri bir taxılçılıq sovxozunda (adətən onların əkin sahəsi on minlərlə hektarı əhatə edirdi), alaq otu zəmiləri bütünlüklə altına aldığından biçin üçün kombaynları onlara buraxmaq mümkün olmadı, bir az sonra isə yağan qar zəmilərin məhsulunu yığmağa imkan verməyəcəkdi. Sovxoz direktoru vəziyyətə real qiymət verib, məhsulu yetişmiş zəmiləri şumlatdırdı. Onu təqib etdilər, cəzalandırmaq istədilər. Onun cəsarətli qərarı yaxşı nəticə verdi, gələn ili həmin sahələrdəki yazlıq taxıl zəmilərindən iki qat artıq məhsul götürüldü sovxoz direktoru xeyli məşhurlaşdı. O, öz kitabında qeyd edirdi ki, o, heç yenilik etməmişdi, öyrənmişdi ki, qədim misirlilər 2 min il əvvəl torpağın bir hissəsini təmiz herik altında qoymaqla, yaxşı məhsul götürə bilirdilər. Onun novatorluğu qədim əkinçilərin təcrübəsinə əsaslanırdı. Axı Misir həmin vaxtlar Qədim Roma imperiyası üçün taxıl ambarı vəzifəsini yerinə yetirirdi.

Dünyada daha münbit, ən yüksək keyfiyyətli torpaq qara torpaq hesab olunur. Onun tərkibində humusun miqdarı 4 faizdən 15 faizə qədər və bəzən daha çox olur. Bu torpağın dünyadakı ümumi sahəsinin xeyli hissəsi Rusiyadadır, ona görə onu bildirən, ingilis dilində də rus dilindən götürülmüşçernozemsözü torpağın qara rəngindən götürülmüşdür. Bəzi statistikaya görə, onun dünyada ümumi sahəsi 240 milyon hektara bərabərdirsə, bunun yarıdan çoxu, 130 milyon hektarı keçmiş SSRİ ərazisində idi. 1889-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində Rusiyanın nadir eksponatı kimi bir kubmetr ölçüdə olan qara torpaq nümayiş etdirilirdi, onu Voronej torpağından götürmüşdülər. Rusiya sərgidə qiymətli metallara qədər çox şey göstərə bilərdi, lakin belə nümunələr başqa ölkələrdə də var idi. Rusiyanın əbədi və qiyməti ölçüyə gəlməyən sərvəti olan qara torpağa üstünlük verilmişdi və sərgiyə gələnlər bu qəribə eksponata böyük heyranlıqla tamaşa edirdilər. Təəssüf ki, həm çar Rusiyasında, həm də SSRİ dövründə bu nemətdən səmərəli istifadə edilməmişdi. Qara torpaq qidalı maddələrə çox miqdarda malik olması, yüksək məhsuldarlığı ilə seçilir. Lakin həm də belə qiymətli sərvət özünə düzgün, savadlı qulluq göstərilməsini tələb edir. Bu təbii kapitala adekvat qayğı göstərilmədiyindən, çox humuslu torpaqların sahəsi 2,5 dəfə azalmışdır. Aşağı humus tərkibli olan torpaqların sahəsi isə 4,5 dəfə artmışdır. Uzun müddət ərzində humus parçalanmağa məruz qalır, məhsulun əmələ gəlməsinə sərf olunurgeri qaytarılmadan torpağı tərk edir. Buna görə də qaratorpağın münbitliyi durmadan aşağı düşür. Sovet dövründə məhsuldarlığı artırmaq naminə Şimali Qafqazda həmin torpaqların suvarılması onlara böyük ziyan vurdu. Qara torpaq süxurla əvəzolunma sərhədində özünü qaloş kimi aparır, suyu aşağı buraxmır və buxarlanma öz nəticəsi kimi torpağın şoranlaşmasına gətirib çıxarır. Təbii yağışla əldə edilən məhsul suvarılmadan iki-üç il sonra xeyli aşağı düşürregion ciddi iqtisadi ziyanla üzləşməli olur. Torpaqşünaslar müəyyən etmişlər ki, qaratorpağın bir faizinin itirilməsi əkinçilərə gələcək on potensial məhsula başa gəlir.

Qaratorpaqda təmiz herik və digər əkinçilik priyomların əhəmiyyəti xüsusilə böyükdür. Herik torpaqlar xüsusilə quraq illərdə digər heriksiz sələflərə nisbətən iki dəfə artıq payızlıq taxıl məhsulu götürməyə imkan verir. Meşə qoruyucu zolaqlar qaratorpaqların münbitliyini bərpa etməyə çox kömək edir. Quraqlıq elə bil ki, bu sahələrdən yan ötüb keçir. Ona görə də böyük rus alimi V.V.Dokuçayev meşə zolaqlarını “rütubət mağazası” adlandırırdı. Onlar küləyin vəhşi gücünü ram edir və yatırdırlar.

Müasir Rusiya təkcə qaratorpağı itirmir, keçən əsrin 90-cı illərində 40 milyon hektara yaxın kənd təsərrüfat torpağı dövriyyədən çıxarılmışdı.

Qaratorpaq haqqında rus yazıçısı A.S.Serafimoviç Krasnodar diyarında olanda, mazut kimi yağlı torpağı görəndə təəccübünü gizlətməyərək, obrazlı şəkildə demişdi ki, bu torpağı çörəyə yağ kimi yaxıb yemək olar.

Torpaq hər bir xalqın malik olduğu elə sərvətdir ki, ona düzgün qulluq edildikdə daha böyük gəlir verir. Torpağın qədrini bilməyənlər isə imperator Avqustun sözləri ilə desək, qızıl qırmaqla balıq tutanlara bənzəyirlər, qırmaq qırılsa qızıl da itirilir, balıq da tutula bilməyəcəkdir. Torpağa savadsız münasibət təkcə gözlənilən məhsulun deyil, gələcək nəsilə çatacaq məhsulun taleyinibu ağılsız hərəkətin qurbanına çevirir. Böyük rus torpaqşünası V.V.Dokuçayev ölkəsindəki torağa ögey münasibətini gizlətməyərək demişdi: “Rusiyanın kənd təsərrüfatı birjadakı qumara bənzəyir: yaxşı il düşdükdə – çörək olacaq, quraqlıq baş verdikdə yenidən məhsul qıtlığı və aclıq meydana gəlir”.

Böyük alimin sözləri digər xalqlar üçün də xəbərdarlıq harayı olmalıdır. Kənd təsərrüfatına qumar kimi baxılmamalı, “gələr gətirər, gedər batırar” prinsipi ilə yanaşılmamalıdır. Çünki ərzaq məhsulları bəşər övladının həyatı üçün mühüm amildironun istehsalına da eyni ciddilik səviyyəsində münasibət bəslənməlidir. Başqa ölkələrdən daim idxal edilən ərzaq məhsulları ilə əhalinin təchizatı vəziyyətdən müəyyən çıxış yolu olsa da, ölkəni ərzaq girovuna çevirir. Özünün malik olduğu münbit torpaq yalnız kənd təsərrüfatı təyinatı üçünmümkün olduğu qədər böyük səmərəliliklə istifadə edilməlidir. Xalqın ərzaqla təmin olunmasının taleyini bütövlükdə idxala tabe, əslində əsir etmək, iqtisadi siyasətidəki ağır səhv hesab edilməlidir. Təbiətin əliaçıqlıq edərək münbit torpaqla mükafatlandırdığı xalqlar bu nemətin qədrini bilib, ondan ağıllı qaydada istifadə etməsə, daha acı məğlubiyyətlə üzləşə bilər.

 

Telman Orucov

525-ci qəzet.- 2013.- 2 noyabr.- S.10.