Dağlara ziyarət
(əzizim,
ulu dağlar...)
Şah
dağı şahımdır kürsüsü uca,
Babadağ
babamdır müdrik bir qoca
Birində
əzəmət, birində hikmət
Biri fərman
verir, biri nəsihət –
Qalmışam mən iki dağ arasında.
Hələ
yol gedirəm dərə boyunca,
Dolaylar
dolaşıq, cığırlar haça
Kimdir cığırlara daş möhür basan?
Alım
zirvələrdən soraq çətindir
Tülkü
dərəsinə enməyim asan,
Qartal
yuvasına qalxmaq çətindir,
Qalmışam mən də bu yol ayrıcında.
Qartal tərəflərə
uçub gəlmişəm,
Dərə
uğuldayır qulaqlarımda
Şabran
qalasından qaçıb gəlmişəm,
Xaqani
kündəsi ayaqlarımda
Şaha
itaətim,
Babam Həzrətim
Zəmanəylə
sözü çəp gələn mənəm,
Qalmışam bu iki dağ arasında.
II
Vallah nəsihətdən
bezmişəm daha,
Gedib
yetişəndə salavatgaha,
Salavat
çevirdim Babama bir də –
Ahım nəfəs-nəfəs
buğlandı yerdə,
Dumanlar
süründü ahıma tərəf
Gördüm
salavatla işlərim aşmır,
Çevirdim üzümü Şahıma tərəf.
III
Gərək
Havaxan da Şaha baş əysin,
Mən də Havaxanın ətəklərində.
Çaylar
ha daşıyır, dağlar qurtarmır,
Sellər daş aparır kürəklərində.
Şahın
qartalları düşüb get-gələ,
Soltan
qayalara əmr aparır –
Şahın
yataqları işləyir hələ,
Dəmiraparan
çay dəmir aparır –
Çaylar
ha daşıyır dağlar qurtarmır
Yamaclar qurtarmır, tağlar qurtarmır.
Çaylar
narahatdır, göy əsəbidir,
Bu tufan
deyəsən Şah qəzəbidir –
Çaxdı
ildırımlar
Yoxlandı
taclar,
Titrədi
qayanın qoşa qülləsi –
Şahın
səngəridir meydan yamaclar
Döyür
sinəsini dolu gülləsi –
Döyüşlər
qurtarmır, hərblər qurtarmır,
Torpağa qəzəbdən zərblər qurtarmır.
IV
Dəvə
yal deyirlər
Mindim dəvəyə,
Dəvəmin
başına duman, çən düşür,
Yoxuşlar
dikəlib çıxır zirvəyə,
Enişlər sürüşüb zirvədən
düşür.
Qalıb
çay altında qədim keçidlər,
Babalar o
seldən keçib gediblər;
Yapışıb
cığırdan, izdən gediblər;
Altan
qayıdıblar, üstən gediblər
Əvvəl
Babamıza ziyarət qılıb
Musa
bulağından içib gediblər –
Qalmışam
mən də bu yol ayrıcında
Dərələr,
təpələr, yallar qurtarmır,
Ayaq haldan düşür, yollar qurtarmır.
V
Tələlər
pas atıb kollu cığırda,
Qurdu buraxıblar gəzir naxırda.
Canavar
bicləşib tələyə düşməz,
Ovçunun
qurduğu kələyə düşməz –
Qurd tələ
quranı salır tələyə,
Alıb
quzusunu düşür dərəyə –
Balaca bir
pay da verir hərəyə –
Qalmışam
qurd ilə pay arasında.
VI
Şahın
adamları şah oylağında,
“Tülkü
tələsi”ndə, kəl yaylağında
Ovlar bərədədir,
tüfəng ayaqda,
Harın
qoruqçular kefdə, damaqda –
Şahım
icazəni, get-gəli verir,
Əli
tüfəngliyə dağ kəli verir,
Əli qələmliyə nə verir?! Heç nə...
Biz də yaşayırıq tale gücünə.
Hədələr
qurtarmır, hədlər qurtarmır,
Marala güllədən cəhdlər qurtarmır.
VII
O baba kəndimdi,
adı da Zəngi
Qayası
yəhərdi, daşı üzəngi,
Dolanıb
başına üfüq çələngi –
Söküldü,
töküldü, köçdü, dağıldı...
Dağlara
nə var ki, qal oğlu qaldı...
Köhnə
qəbristanlıq dağın yaşıdı,
Hər
qarış baş daşı Əlhəd daşıdı,
Salavat
çevirrəm Babama bir də,
Bu
gediş-gəliş də sirlidir ancaq –
Ayaqüstəkinə
yer çatmır yerdə
Yerdə
uzanana yer tapılacaq –
Qalmışam mən də bu yer ayrıcında.
VIII
Uzaqda
Şahımın ildırımları,
Yaxında Babamın sıldırımları.
Məni
sıldırımlar çəkir özünə –
Əcəli
göz ilə qaş arasında
Durmuşam
mən “Şeytanadaşatılanda”
Qalmışam
şeytanla daş arasında
Gedirəm,
gəlirəm, dönüb atıram –
Şeytanlar
qurtarmır, daşlar qurtarmır,
Böyük savaşlara marşlar qurtarmır.
IX
Hərə zirvəsində taxt
alıb durub
Biri əbədilik
vaxt alıb durub,
Şah
dağı qoynunda Sənəm yaylağı
Nə Sənəm
qocalar, nə də Şah dağı,
Min dəfə
düşsəm də qədəmlərinə
Ərkim
yox Şahımın sələmlərinə
Haqqım
nazil olmaz, muradım hasil
Dözürəm məhəbbət sitəmlərinə.
Şehotu
giləsi gözüm yaşında
Durub gözləyirəm elçi daşında.
X
Dünya
da belədir, bax, bu çəmən tək
İşi kimə, kefi kimə qalıbdı.
Kəpənəklər
üçün oyuncaq çiçək
Arını gör necə işə salıbdı.
Gözüm
yox dünyanın ayrı işində,
Əlim
yox əllərin əyri işində,
Təzədən
qayıdıb kamilləşirəm
Qarışqa
işində, arı işində –
Bundan
şirin peşə tapa bilmərəm,
Bu yurddan
müqəddəs oba bilmərəm –
Bir də
solub gedə, bir də açıla
Ömrümü
bağladım gül ağacına –
Salavat
çevirrəm Babama bir də,
Bir
gün dirilərəm öldüyüm yerdə,
Qalaram bu
iki dağ arasında,
Yəni
bir əbədi çağ arasında;
Yerlərin
göylərə minacatını –
Sonra oxuyarlar
bu bayatını:
–
Əzizim ulu dağlar
Çeşməli,
sulu dağlar
Burda bir
şair ölüb
Göy kişnər, bulud ağlar.
yay, 2013
Buynuz
O nə baxış idi
Tanrım,
bir baxışda nələr var imiş,
Nəzərdə neçə cür nəzər var
imiş.
Vallah ani
oldu, qəfil, çox ani
O nə
baxış idi gözün qurbanı!
Mən
düşdüm tilsimə, sehrə bilmədim,
Baxışına cavab verə bilmədim.
Söz
işi deyildi sözümlə deyim,
Döz işi deyildi dözümlə deyim.
Bəlkə
əfsanəymiş, bəlkə nağılmış,
Qəfil
şimşək idi daşa çaxılmış –
İşığı
gözümdə, çatı sinəmdə
Çatıb yanğı-yanğı yatdı sinəmdə.
Bir məqam
olmadı qayıdım baxım,
Sevgi hisslərimi
ayıldım baxım,
Bəlkə
də ikinci həyat kimiydi, –
Pərvanə
çəkirdi çırağa məni
Qayıdıb
gördüm ki, çırağım yoxdu,
Yerimək istədim ayağım yoxdu.
Mən
yerdən yuxarı, göy aşağıydı,
Bəlkə
halə-halə göy qurşağıydı –
Hər rəngi
yerində tuta bilmədim, –
Həmin
o rəng ilə, həmin naxışla
Mən
baxa bilmədim, məni bağışla!
O
hansı qürubun naxışlarıydı,
O
hansı Mələyin baxışlarıydı?..
Mənim
ürəyimə, mənim şeirimə
O
hansı sevginin alqışlarıydı?..
Mən
düşdüm tilsimə, sehrə bilmədim,
Baxışına
cavab verə bilmədim
Bəlkə
gözlərini gözüm tutmadı
Yerimək istədim dizim tutmadı.
Əlimi
üzümə çəkirəm hərdən
Bir
görüm nə qalıb o od nəzərdən.
Həmin
şimşək vuran qarağac kimi
Yonulub
qalmışam, yanıb qalmışam,
Bəlkə
ağac-heykəl olub qalmışam –
“Atdı
müjgan oxun dəydi sinəmdən”
O
müjgan oxunu alıb qalmışam.
Vallah ani
oldu, qəfil, çox ani
Sən
hardan gəlirdin, hara getmisən,
Mən burda neyləyim, gözün qurbanı?
24 iyul,
2013
Beyləqan
– Buynuz
Nə deyim
Şou
bizi salıb yaman azara
Şeirimizi
göndərmişik bazara
Meşəmizi
bələdik daş hasara
Fikir məni alıb gedir, nə deyim.
Poladbədən
palıdları qırdılar,
Gümüşsinə
göyrüşləri vurdular
Maralları
gədiklərdə yordular
Kol saçını yolub gedir, nə deyim.
Sahilləri
söküb-tökdü bu marxal,
Göz
qaytaran dağdağanın yarpağı xal-xal,
Qızlağacın
qızıl qanı töküldü arxa
Arxım hələ dolub gedir, nə deyim.
Qolboyunlar
– ağaclarla tənəklər
Ayrı
düşdü o qollar, o biləklər
Aldı
bağı betonnəvəs dikəklər,
Ömür
bağım solub gedir, nə deyim
Şahpalıddan,
cökələrdən soraq yox
Özümüzü biz yıxırıq, qıraq yox.
Həqiqəti
eşidən bir qulaq yox,
Söz də oyun olub gedir, nə deyim.
Leyləklərin
boş yuvası soyuq qar
Qanadlardan
sığal görməz göy otlar
Qırqovulu
apardı boz yenotlar
Kəklik xəyal olub gedir, nə deyim.
Günahları bağışlamaq cəhdimi?
Yer
üzünə təzə körpə gəldimi, –
Allah hələ
qəbul edir əhdimi
Dünya bizə qalıb gedir, nə deyim.
yay, 2013
Buynuz
Payız
günüm
Bir
sarı budaqdır il ağacında
Görən bu payızın yaşı neçədir? –
Bir
qıvrım duman da qalıb solanda,
Yaddaşı
necədi, huşu necədi –
Sarıköynəkləri
dözmədi qaçdı;
Amma həmin
torpaq, həmin ağacdı,
Qüdrəti
qalıbmı bir gül bitirsin,
Ya bir xəzəlini yerdən götürsün.
Bir dilim
yemişi aypara bilsin
Bir
quşu yolundan qaytara bilsin –
Çağırsın
geriyə şirin dilləri,
Əlini
uzatsa qış tərəflərə
İsidə
bilərmi soyuq əlləri?..
Görəsən
payızın yaşı neçədi?..
Həvəsi
qalıbmı kef-damaq üçün
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz
yurd-yuva qorumaq üçün
Əsgərlik
yaşında payız olarmı,
Görəsən
payızın yaşı neçədi?..
Yenə
yerişim var küçələrində
Hasarda sarmaşıq yaman üşünür.
Görəsən
ukuzun gecələrində
Nələrə
səbr edir, nəyi düşünür –
Görəsən
payızın yaşı neçədir?..
Qalmışam
həvəslə yaş qınağında,
Bu
qızıl yarpağın alnından öpüm
Qızıləhmədinin
al yanağında
Bir ləzzət
qalıbmı xalından öpüm,
Görən
bu payızın yaşı neçədir?..
Mizrab xəzəlləri
qırışlarıyla
Toxunub bir sarı simə ağlayır.
Bu qədər
aramsız yağışlarıyla
Görəsən
bu payız kimə ağlayır?..
Dumanlar
yeriyir dərələr boyu
Dağlar
elə bil ki, qoşun aparır
Deyəsən
bu payız vaxt sahibidi
Məni də özünə qoşub aparır.
Görən
bu payızın yaşı neçədi?..
14 sentyabr, 2013
Buynuz
Hələ ki...
Elə hələ deyib hələ dözürük,
Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.
Nahaqlar önündə neçin kiridim,
Qal bu xəcalətdə ağız kilidim,
Guya bu
dünyada neyləyə bildim,
Deyim ki, təzədən gələsiyəm mən.
Bekar əl
neçin də sözümə baxsın,
Əlimin üzü yox üzümə baxsın.
O
hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən.
Dayan,
durum gedim bazarımgilə,
Dünya bolluğuna ərkim bir gilə.
Qalmışam
özümə lap gülə-gülə,
Elə gülə-gülə öləsiyəm mən.
Kimlərə
borcum var, dolub siyahı,
Vura bilmədiyim
hədəf günahı –
Kəsib
barmağımı verib silahı,
Bir namərd dünyanın köləsiyəm mən.
Musa Yaqub
525-ci qəzet.-
2013.- 2 noyabr.- S.28.