Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış

(davamı)

 

Həzrət Peyğəmbər dövründə müsəlmanların beynində olan məsələlər vəhy qaynağından alınan cavablarla həllinə qovuşdurulurdu. Bununla yanaşı əshabın bəzi problemlərlə qarşılaşdığını bildirən rəvayətlər vardır. Rəsuli-Əkrəm göylərin yerin yaradılışında ağıl sahibləri üçün Allahın varlığı ucalığı ilə əlaqədar dəlillərin mövcudluğunu bildirən ayəni oxuyub mahiyyəti barəsində düşünməyənləri qınamış, bununla yanaşı əshabdan bəzilərinin qədər məsələsi barəsində mübahisə etdiklərini gördükdə bu cür faydasız mübahisə ilə məşğul olmağı qadağan etmişdir. Peyğəmbərin əmr tövsiyələrinə uyan əshab vəhy qaynağından gələn açıqlama yönləndirmələrlə qənaətlənmiş, ələlxüsus, üluhiyyətlə bağlı mövzuların ağlın gücünü aşdığını düşünərək təslimiyyətə dayanan bir iman anlayışını qəbul etmiş etiqadi mübahisələrə girişməkdən uzaq durmuşdur. Ancaq Rəsulullahın vəfatından sonra əshab yeni bir dini problem ortaya çıxdıqda onunla bağlı hökmü tapıb açıqlamağı da vəzifə bilmişdir. Hz.Əbu Bəkrin zəkat vermək istəməyənlərlə savaşması, Hz.Ömərin qədər inancının insanın iradəsini yox edib düşünmədən hərəkət etməsi kimi başa düşülməsinə qarşı çıxması, Hz.Əlinin insana aid heç bir hərəkətin qədərin əhatəsi xaricində qalmadığını, bununla birlikdə ilahi qədərin insanı iradə fəaliyyət gücündən məhrum etmədiyini açıqlaması buna örnək ola bilər.

Hz.Əlinin xilafəti zamanında meydana gələn Cəməl Siffin savaşlarından sonra İslam haqqında yetərli məlumatı olmayan Hz.Əlini Hakim Vaqiəsinə razı salıb daha sonra onu allahsızlıqda (haşa) ittiham edən bədəvilər ilk etiqadi ixtilafa səbəb olmuşdurlar. Böyük günah (kəbirə) işləyən şəxsi təkfir etməklə başlayan naslara səthi yanaşan bu hərəkatxəvaric” (xaricilər) adlanan bir qrup təşkil etmiş, ardından da müxtəlif alt qruplara bölünmüşdür. Əməvilər dövründə böyük günah işləyənləri təkfir edən (allahsızlıqda günahlandırma) xaricilərə müqabil Səid ibn Cubeyr Səid ibn Kutnə böyük günah işləmənin insanı dindən çıxarmadığını, hətta imana zərər vermədiyini irəli sürərəkmürciəkimi tanınan yeni bir firqənin liderliyini etmişdirlər. İlk dəfə Əbu Yunis əl-Əsvari, Məbəd əl-Cühəni Ata ibn Yəsar əməvi idarəçiləri tərəfindən yayılan cəbr inancını rədd edərək insanın hərəkətlərini öz iradəsi ilə etdiyi insanı fəaliyyətə məcbur edən bir qədərin olmadığı fikrini irəli sürmüşdürlər. Buna müqabil Cad ibn Dirhəm cəbr fikrini qəbul etməklə yanaşı Quranın məxluq olması, ilahi sifətlərin nəfyi, maddənin hadis olan mahiyyət əlamətlərdən meydana gəlməsi fikrini ortaya atmışdır. Cəhmiyyənin qurucusu Cəhm ibn Safvan ağlı naslardan önə keçirərək onları ağlın işığında yorumlamışdır. O, formalaşdırdığı bu metoda bağlı olaraq üluhiyyət, axirət başqa mövzularda yeni etiqadi görüşlər irəli sürdü kəlam metodunu işlədən ilk alim oldu. O bu metodu daha əhatəli bir şəkildə tətbiq edən mötəzilənin doğuşuna da zəmin hazırladı. Bəsrədə Həsən-i Bəsrinin şagirdlərindən olan Vasil ibn Ata böyük günah işləyənin imanla inkar arasında bir yerdə (əl-mənzilə beynə-l-mənziləteyn) durduğunu söyləmək bu mövzudakı nasları ağlın işığında təfsir etməklə mötəzilənin əsasını qoydu. Kəlama dair ilk əsəri İbn Ata yazmışdır. Mötəzilə qaynaqlarında Vasil ibn Atanın görüşlərini Əbu Haşim Abdullah ibn Mühəmməd ibn Hənəfiyyə vasitəsilə Əli ibn Əbu Talibə dayandıran rəvayətlər olsa da, bunu təsdiqləyən digər məlumatlar mövcud deyildir. 100-120-ci (718-738 miladi) illərdə ortaya çıxan bu hərəkat Amr ibn Ubeyd, İbn Keysan əl-Əsam, Dirar ibn Amr, Əbul Xuzeyl əl-Əllaf, Nazzam, Cahiz, Bişr ibn Mutəmir, Cəfər ibn Harb, Cəfər ibn Mübəşşir, Əbul Hüseyn əl-Hayyat, Əbu Ali əl-Cübbai, Kəbi, Qazi Əbdülcabbar, Əbu Rəşid ən-Nişapuri kimi alimlərlə formalaşıb önəmli bir kəlam məktəbi halına gəlmişdir. Bəsrə Bağdad kəlamçıları olmaqla iki qrupa bölünən mötəzilə alimləri detallarda fərqli görüşlərə malik olsalar da nasların ağıl müstəvisində izah olunması məsələsində ortaq rəyə gəlmişdirlər. Ayrıca Allahın varlığını, zatından ayrı olaraq düşünülən sifətlərin nəfyi əsasından hərəkət edən birliyini insanların hərəkətlərində azad olduğu fikrinə dayanan ədalətini əqli dəlillərlə əsaslandırmaq, yaxşı pisin müəyyənləşdirilməsində ağlın yetkinliyini qəbul etmək, böyük günah işləyən kəsin imandan çıxıb küfrə girmədiyinə hökm etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi başlıca prinsiplərdə razılığa gəlmişdirlər.

Cəhmiyyə və mötəzilənin ardınca sələfiyyə, sünni kəlam məktəbləri və imamiyyə-isnə aşəriyyə kəlamı da təşəkkül etmişdir. Şiə alimləri kəlamı başda Hz.Əli və imam Cəfər Sadiq olmaq üzrə əhli-beytə mənsub imamlarla başlayır və Şeyx Saduqun “İtiqadatu-l-imamiyyə” və Şeyx MüfridinTashihu-l-itiqad” əsərlərini bu mövzuda yetərli bir dəlil olaraq irəli sürürlər. Bununla yanaşı ədəbiyyatda şiəyə nisbət edilən ilk kəlamçı Hişam ibn Hakəmdir. Şiə kəlamı daha çox imamət mərkəzli bir məktəbdir. Mötəzilədən ilhamlanan bu məktəbin ondan yeganə fərqi imamətlə bağlıdır.

Kəlam məktəblərinin ortaya çıxmasından başlayaraq əksəriyyətini hədisçilərin təşkil etdiyi mühafizəkar alimlər kəlam hərəkatına təzyiq göstərərək Quran və Sünnəyə bağlı qalmağın zəruriliyini vurğulamış, dinin ana prinsiplərini ağlın, yaxud siyasi tərcihlərin işığında izah etməyə qarşı çıxmışdırlar. IX əsrdə bariz şəkildə məktəbləşən əhli-sünnə iki qrupa ayrılaraq inkişaf etmişdir. Bunların ilki Əhməd ibn Hənbəlin rəhbərliyində, xüsusilə, Buxari, Əbu Davud, Nəsai, Tirmizi, İbn Kuteybə, Əbu Said əd-Darimi kimi hədisçilərin də iştirakı ilə inkişaf edib formalaşan Sələfiyyədir. Bu məktəb naslarla yetinib əqli bilgilərə müraciət etməyi rədd etmiş, getdikcə mənsubları azalmaqla yanaşı hər əsrdə müxtəlif alimlər tərəfindən təmsil edilərək və azacıq rasionalizmə yer verərək davam etmiş, təbiət fəlsəfəsi, üluhiyyət və iman mövzularında əsas görüşlərini qoruyub fərqli bir sünni məktəb olma xarakterini davam etdirmişdir. Əhli-sünnənin ikinci və ən böyük qrupunu əşariyyə və maturidiyyədən ibarət sünni kəlam məktəbi təşkil etmişdir. Nasları hərəkət nöqtəsi etməklə yanaşı dini prinsipləri əqli bilgilər və dil qanun-qaydalarına söykənən izahlarla təməlləndirmə metodunu mənimsəyən sünni kəlam hərəkatının IX əsrin ilk yarısında Haris əl-Mühasibi, İbn Küllab əl-Bəsri və Əbdüləziz əl-Məkkinin çalışmaları ilə başlandığını söyləmək mümkündür. Sünni kəlamın o dövrlərdə İslam dünyasının ən önəmli mədəniyyət hövzəsini təşkil edən Orta Şərqdəki əsl qurucusu Əbülhəsən əl-Əşari olmuşdur. Mötəzilənin önəmli alimlərindən Əbu Əli əl-Cübbaidən kəlam dərsləri alan və qırx yaşına qədər mötəzilə düşüncəsini müdafiə edən Əşari, başdavücub aləllah” prinsipi olmaqla mötəzilənin görüşlərini naslarla yanaşı əqli bilgilərə zidd qəbul edərək bu məktəbdən ayrıldığını və əhli-sünnəyə keçdiyini açıqlamışdır. Əşari əqaid mövzularında hədislərin dəlil kimi işlədilməsini qəbul etmiş, əs-sıfətü-l-məanini isbat etmiş, insanların hərəkətləri də daxil olmaqla hər şeyin qədərin əhatəsinə girdiyini və insanların kəsb yolu ilə təsir etdiyi əməllərinin Allah tərəfindən yaradıldığını qəbul etmiş, röyatullahın, naslarda açıqlanan digər axirət hallarının ağıl nöqteyi-nəzərindən mümkün olub mütləq baş verəcəyi fikrini müdafiə etmiş, böyük günah işləyənlərin imandan çıxmadığını söyləmiş və Raşidi xəlifələrinin qanuniliyini təsdiqləmişdir. Əşari mötəzilə tərəfindən rədd edilən bu görüşlərini əqli bilgilərlə təməlləndirməyə çalışmışdır. O, atomçuluğa dayanan təbiət fəlsəfəsini əhli-sünnəyə nəql etmişdir.

Çox ehtimal ki, Əşaridən də öncə sünni kəlam məktəbini Mavəraünnəhr civarında quran digər bir alim Əbu Mənsur əl-Maturidi olmuşdur. Əbu Hənifənin elm ənənəsinə mənsub olan Maturidi Əşariyə nisbətən kəlamda daha rasionalist bir metod formalaşdırıb tətbiq etmiş sünni inanclarını daha dolğun bir mahiyyətlə təməlləndirməyə çalışmış, bu üzdən qurduğu məktəb əşariyyə ilə mötəzilə arasında, amma rasionallıqda mötəziləyə daha yaxın qəbul edilmiş və Əbu Hənifənin fiqh məzhəbi ilə birləşərək təkbaşına müsəlman əksəriyyəti özünə bağlamağa nail olmuşdur. Maturidi bilgi problemi, isbat-i vacib, ilahi feillərin hikmətliliyi, insanın öz əməllərinin faili olması, nübüvvətin gərəkliliyi və imanın dindəki yerinin önəmi kimi mövzulara ağırlıq verib mötəzilə kəlamını tənqid etmişdir. Maturidinin istidlal formaları, istifadə etdiyi müxtəlif örnəklər sonrakı sünni kəlam əsərləri üçün model təşkil etmişdir.

 

(Ardı var)

İdris ABBASOV

525-ci qəzet.- 2013.- 5 noyabr.- S.6.