Efir dalğalarında milli sədalar
İCTİMAİ
RADİONUN YAYIM SİYASƏTİ VƏ PROQRAMLARI HAQQINDA
TƏƏSSÜRAT
Bəziləri elə düşünür ki,
televiziya olan yerdə radio artıq radio media vasitəsi olmaqdan çıxıb,
evlərdə heç məişət cihazı
kimi də
yer tutmur və onu yalnız maşınlarda dinləyirlər. Bu yanaşmada, bəlkə də müəyyən həqiqət
var, amma statistika başqa şey deyir: hazırda dünyada 2 milyarda yaxın radioqəbuledici var və bu göstərici
televizor cihazlarının
sayından təxminən
2,5 dəfə çoxdur. ABŞ-da və Avropanın bir çox ölkələrində hər
il yeni
radiostansiyalar işə
düşür, yeni nəsil diceylər meydana çıxır.
İnsan nitqi də daxil
olmaqla səslər dünyası ilə elektromaqnit dalğalarının
birləşməsi radionun
kəşfinə (M.Maklüen)
gətirib çıxartdı. 19-cu əsrin sonlarına yaxın "elektrik möcüzələri"ndən faydalanan Q.Markoni fəza dalğalarının
fatehinə çevrildi.
Boloniyalı (İtalya)
20 yaşlı mühəndis
1894-cü ildə tarixə
radionun banisi kimi düşdü, onunla təxminən eyni vaxtda rus
mühəndisi A.Popov
da ordu zabitləri
qarşısında radio ixtirasını nümayiş
etdirdi. Lakin Rusiya bu kəşfi bir müddət hərbi sirr kimi saxladığından
Avropa Markoninin radio sınaqlarına geniş qucaq açdı.
Radio ilk dövrlərdə insanlar üçün hər şey idi, ona bir
möcüzə kimi baxır, heyrətlənir,
yanından əl çəkmirdilər. Radio çox böyük auditoriyaları fəth edirdi, onun verilişlərinə
görə ABŞ-da və Avropa ölkələrində, hətta
kilsələr moizənin
vaxtın dəyişirdilər.
Təbii
ki, bu gün
radio həmin gücdə
deyil. Onun əvvəlcə kino, sonra televiziya,
bu günlərdə isə internet kimi rəqibləri meydana çıxmışdır. Bütün bunlara baxmayaraq, radio yenə də ona könül vermiş insanların qəlbində öz yerini və sehrini saxlayır. Bu gün də
radionun öz sədaqətli dinləyiciləri,
daimi auditoriyası, əks-səda yaradan verilişləri vardır.
Mən buna neçə vaxtdan bəri davamlı izlədiyim İctimai radionun proqramlarını dinləyərkən
bir daha əmin oldum.
lll
İctimai radio 8 ilə yaxındır ki, fəaliyyət göstərir, çox mürəkkəb formalaşma
dövrü yaşayıb,
bir müddət ənənəvi, Qərb
klassik radioları və üstəgəl ictimai yayım prinsiplərinə istinad edən radio tipləri arasında ləngər vurub, nəhayət bu gün çox
aydın yayım siyasəti və maraqlı proqramları ilə ortadadır. İndi bu radio FM diapazonunda həm Azərbaycan milli efirinin ən yaxşı ənənələrini
yaşadan, həm dünya ictimai radiosunun yerli şəraitdə mümkün
olan formatlarından uğurla bəhrələnmiş,
həm də Avropa efir məkanının
"informasiya üstəgəl
musiqi" prinsipinə
səriştə ilə
yiyələnmiş ən
yaxşı media qurumdur.
Yaxşı xatırlayıram ki,
5-6 il əvvəl
aparılan monitorinqində
bu radio reytinqinə görə ən aşağı pillələrdən
birində dayanırdı.
Bu gün isə birmənalı şəkildə
demək olar ki, İctimai radio dəqiq və ağıllı qurulmuş
proqram strategiyası, materialların efir düzümü, peşəkarlıq
baxımından diqqəti
cəlb edən verilişləri, maraqlı
kompozisiyası və dəyişməz elementləri
olan veriliş formatları, dinləyicini
yormayan, efiri yaxşı duyan səviyyəli aparıcıları
ilə öndə dayanır. Bu radio "Yeni
gün", "Xəbərdar",
"Qorqud ata",
"Axşam oldu",
"Gecənin aydınlığı",
"Əyləncə saatı",
"Həmişə istirahətdə",
"Ədəbi fraqmentlər"
və s. proqramları
ilə qocaman Azərbaycan radiosuyla ciddi rəqabət aparır, hətta bəzi hallarda və bir sıra
cəhətləri ilə
onu üstələyir.
Əslində mənim İctimai
radio haqqında
bu qənaətlərim,
demək olar ki, hər gün
qulaq asdığım
"Qorqud ata" verilişinin təsiri altında formalaşıb,
sonra radionu davamlı dinlədikcə
efirdəki bir çox proqramların da auditoriya üçün ciddi məlumat və mənəvi zövq mənbəyi olması fikrinə gəlmişəm. Bu gün bütövlükdə
solğunluq dövrünü
yaşayan teleradio məkanımızda mənəvi
oriyentirlərə istinadı
və üstəgəl
bunu həm də müəyyən peşəkar səviyyədə
gerçəkləşdirməyi təkcə ciddi publisistika hadisəsi yox, həm də
müəyyən mənada
peşə fədakarlığı
hesab etmək olar.
İctimai radionun TRT ilə
birgə uğurlu layihəsi olan "Qorqud ata" verilişi, məhz Azərbaycan dinləyicisinin həsrətini
çəkdiyi faydalı
bilgi və mənəvi zövq ehtiyacını ödədiyinə
görə populyarlıq
qazanıb. Bir az ləngərli tempi, xüsusi aurası, özünü doğruldan
ayrıca efir arxitektonikası, çox cazibədar mövzuları
olan "Qorqud ata" dinləyicilərdə
təkcə etnik birlik duyğusu yaratmır, həm də onların qarşısında əsrarəngiz
bilik və milli özünüdərkə
xidmət edən bir duyğu dünyası açır.
Bu dünyada tarix
də, mədəniyyət
də, şəxsiyyətlər
də, türk-Oğuz
elləri də, onların yaratdığı
mənəvi abidələr
də, hətta Qarabağ probleminin özü də bizlərə fərqli çalarlarda və həm də dupduru görünür. Verilişin dəyərli cəhəti,
təkcə eyni kökdən olan türk xalqlarının tarixinə işıq salması deyil, həm də onların qədim mədəniyyətlərinin təbliği,
parlaq şəxsiyyətlərinin
tanıdılması, siyasət,
sənət və fikir adamları haqqında dərin bilgi verilməsi, bu gün bütün
türk dünyasında
gedən mürəkkəb
və dinamik proseslərin sistemli şəkildə işıqlandırılmasıdır.
Həftə boyu efirə gedən "Xəbərdar"
proqramı 2-3 saat ərzində günün
sosial-iqtisadi mənzərəsini
yaratmağa çalışır. Düzdür, burada iqtisadiyyat, maliyyə və birja xəbərlərinin
yükü hədsiz çox görünür,
amma yaxşı cəhət odur ki, ən aktual
məsələlər diqqətdə
saxlanılır. Avrasiya
bölgəsi və türk dünyasından xəbərlər, Azərbaycanın
hərb tarixi, sirli salnamələr, milli problemlər və başqa radiolarda az-az toxunulan mövzulardan bəhs etməsi proqrama geniş dinləyici kütləsi qazandırır. Amma arzu olunardı ki, bu verilişin
yollar, tıxaclarla bağlı olan hissəsi ayrıca ekspress-informasiya buraxılışı,
yaxud bələdçi
kimi "Xəbərdar"dan
ayrılsın, çünki
bu mövzu,
onun çatdırılma
tərzi, seçilmiş
forma və ünsiyyət
elementləri, bütövlükdə
sanballı proqram təsiri bağışlayan
"Xəbərdar"ı, sanki yuxarıdan aşağı dartır,
onu səviyyə və miqyasca daraldır.
"Axşam oldu" proqramı İctimai radionun son illərdə ortaya çıxardığı ən uğurlu formatlardan biridir. Əvvəla, verilişin forması, mövzu düzümü və vaxtı uğurlu seçilib, ikincisi auditoriyaya təsirin dinamikası düz hesablanıb, üçüncüsü ümumu temporitm dəqiq müəyyənləşdirilib və nəhayət yaxşı aparıcılar tapılıb. Müasir estrada və xalq musiqisinin təqdimatı ilə başlayan veriliş, aşıq musiqisi ilə (bir neçə gündür "Telli saz" adı altında) meydanı genişləndirir və nəhayət, yaradıcı adamlarla olan maraqlı söhbət və efir görüşlərilə davam etdirilir. Proqram boyu bir-birini əvəzləyən aparıcılar verilişə xüsusi ahəng qatır, ciddi hazırlıqları və mövzuya dərindən bələd olmaları ilə dinləyici auditoriyasında rəğbət yarada bilirlər. Ümumiyyətlə, bu radio aparıcı işi baxımından başqa radiolardan yaxşı mənada fərqlənir. Və bu barədə ayrıca danışmaq lazım gəlir.
Televiziyadan fərqli olaraq, radio aparıcısının auditoriyanı cəlb etmək imkanları azdır. O, Tanrının verdiyi səsə, efirin tələb etdiyi qaydalara, bir də özünün qazandığı intellektə və danışıq qabiliyyətinə əsaslanmalıdır. Bu baxımdan radionun fərqlənən aparıcıları az deyildir. Məsələn, "Yeni gün"ün aparıcıları - Pərvanə Nadirqızı və Fərəh İsmayılova günü başlayarkən dinləyicilərdə yaxşı ovqat yarada bilirlər. Günün müxtəlif vaxtlarında efirə çıxan informasiya buraxılışlarında səsləri eşidilən Xuraman Məmmədova və Nigar Sabirqızının xəbər oxuma tərzi ürəyəyatandır, çünki onlar təkcə xəbəri inamla oxumur, həm də ritmi, intonasiyanı və məntiqi vurğunu dəqiq müəyyənləşdirə bilirlər. Fikrimcə, "Telli saz" həm də Qorxmaz Tofiqoğlunun aparıcılığı sayəsində bu qədər populyarlıq qazana bilib, çünki bir aparıcı kimi aşıq sənətinə dərindən bələddir və odur ki, hər addımda maraqlı improvizasiyalar edə bilir. Eyni sözləri dinləyicinin elmi-bədii dünyagörüşünü genişləndirməyə xidmət edən "Ədəbi fraqmentlər" verilişinin aparıcısı ustad jurnalist-yazıçı İmir Məmmədli haqqında da demək olar. Qayəsi elm, mədəniyyət və incəsənət sahəsində çalışan insanları tanıtmaq və bizi onların həyat, yaradıcılıq və ictimai baxışları ilə tanış etmək olan "Həmsöhbət" proqramının aparıcısı Kamil Məhərrəmoğlu da maraqlı aparıcılar sırasındadır.
lll
Bütövlükdə İctimai radioda diqqətimizi cəlb edən əsas müsbət meylləri belə ümumiləşdirmək olar: informasiya yayımı forma və məzmunca dəyişir. Xəbər verilişlərinin tipoloji spektri genişlənir. Mədəniyyət, maarifçi və öyrədici mövzular ön plana çıxıb və bu mövzudakı proqramların söhbət, müsahibə və reportajların analitik səviyyəsi yüksəlir. Auditoriya ilə fəal əməkdaşlıq istəyi daha çox nəzərə çarpır. Təkcə musiqi mövzusunda deyil, ictimai-siyasi proqramlarda da interaktivlik artıb. Nəhayət, onu qeyd edək ki, ənənəvi janrlar üzərində qurulan proqramlarda müəllifin rolu və onun fəal iştirakı artıb. Eyni zamanda efirdə aparıcıların rolu xeyli yüksəlib. İctimai radio, bəlkə də yeganə audiokanaldır ki, burada aparıcılar proqramın əsl sahibinə çevrilərək həm efir vaxtından səmərəli istifadə edir, həm də auditoriya ilə əlaqəni uğurla tənzimləyirlər.
Deməli, bu gün radionu dəfn etməkdən yox, onun sürətlə texnoloji şəraitə uyğunlaşmasından danışmaq lazım gəlir. Digər tərəfdən, radioya nə qədər "musiqi qutusu" kimi yanaşılsa belə, bu gün onun insanları məlumatlandırmaq kimi tarixi missiyası öz gücündə qalır.
Qulu Məhərrəmli
filologiya elmlər doktoru,
professor
525-ci qəzet.-
2013.- 6 noyabr.- S.7.