İstanbulda 32-ci beynəlxalq kitab sərgisi çərçivəsində
tədbirlər keçirilib
Xəbər verdiyimiz kimi, İstanbulda TÜYAP sərgi
və konqres mərkəzində Türkiyədən
və dünyanın bir çox ölkəsindən 700 nəşriyyatın
iştirakı ilə
32-ci beynəlxalq kitab
sərgisi keçirilir. Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi ilə ölkəmizin İstanbuldakı baş konsulluğunun təşkil
etdikləri və ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan bəhs edən kitablar, klassiklərimizin, müasir yazıçı
və şairlərimizin
245 əsərinin təqdim
olunduğu stend sərgiyə gələnlərin
böyük marağına
səbəb olub.
Sərgi çərçivəsində Azərbaycan ədibləri
və ədəbiyyat
tənqidçilərinin iştirakı
ilə "Sözün
iki qanadı-Məhsəti
Gəncəvi, Nigar Rəfibəyli" mövzusunda
konfrans keçirilibr. Çıxış
edən Xalq yazıçısı Anar,
AMEA-nın müxbir üzvü Rafael Hüseynov
və Milli Məclisin deputatı Qənirə Paşayeva
XII əsrdə yaşamış
görkəmli Azərbaycan
şairəsi Məhsəti
Gəncəvidən XX əsr
poeziyamızın tanınmış
nümayəndəsi Nigar
Rəfibəyliyə qədər
olan dövrdə qadın nəzminin keçdiyi yoldan bəhs ediblər. Qeyd olunub ki,
2013-cü ildə UNESCO Baş
Konfransının 36-cı sessiyasında
Məhsəti Gəncəvinin
900 illik yubileyinin dünya səviyyəsində
qeyd edilməsi haqqında qərar qəbul edilib. Doqquz əsrlik fərqlə yaşayıb-yaratmış hər
iki şairənin əsərlərində qadın
ləyaqəti və hüquqları da geniş yer alıb.
Konfransdan sonra muğam üçlüyünün konserti
olub.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Azərbaycan mədəniyyət
və turizm nazirinin müavini Vaqif Əliyev tədbirlərdə iştirak
ediblər.
525-ci qəzet.-
2013.- 7 noyabr.- S.7.