“Rəfiqəmə dedim, o uşaq kimdirsə
mənə baxır...”- Məşhurların xanımları
“Beləcə, bu bir baxışın sonu evliliklə bitdi”
Öz
yaşından olduqca cavan görünən,” tələsə
–tələsə”
gəlib 70 yaşını adlayan Tofiq Abdin
yaradıcılığının arxa cəbhəsinin fəal
nümayəndəsi Gülnaz
xanım bərabər yaşadıqları ömrü
bizimlə söhbətdə belə nəql etdi...
–Gəlin
bu dəfə də ənənədən kənara
çıxmayaq: özünüz haqqında
danışardız, Tofiq Abdinlə tanışlıqdan əvvəlki
həyatınız haqqında...
–Mən Zəngilanda
çoxuşaqlı, kasıb bir ailədə anadan
olmuşam. Anam atamın ikinci həyat
yoldaşı olub. Amma əvvəlki həyat
yoldaşından olan uşaqlarla birlikdə
yaşamışıq. Qardaş-
bacılar arasında qan bağı cəhətdən fərqlilik
olsa da, heç vaxt aramızda ögey-doğmalıq hiss etməmişik.
Ali təhsil almağı çox istəsəm də buna nail ola bilmədim. Məktəbi
bitirəndən sonra Bakıya böyük
qardaşımın yanına gəldim, fabrikdə işə
başladım. On doqquz yaşımda Tofiq Abdinlə ailə
həyatı qurduq, iki uşağımız var
: oğlumuz Mətin və qızımız Günel.
–Tofiq
Abdinlə aranızda elə də az olmayan
yaş fərqi var, necə oldu ki, o sizi bu evliliyə razı
salmağı bacardı?
–Mənim
işə gedib gəldiyim yol, Tofiqin qaldığı evin
qabağından keçirdi. Amma heç vaxt bilməmişəm
ki, bu evdə kim yaşayır. Mən işdən gələndə qaranlıq
olurdu, qardaşımgilin qonşuluğunda yaşayan yaxın
rəfiqələrim, qaranlıqdan qorxmayım deyə
qabağıma çıxırdılar. Bir
gün yenə dayanacaqda rəfiqəm Nəcibəni gözləyirdim.
O gələnə qədər gördüm ki,
tanımadığım bir oğlan, çox diqqətlə kənardan
mənə baxır. Qızlar gələndə “ Rəfiqəmə
dedim, o uşaq kimdirsə mənə yaman baxır...”. Qızların arasına gülüşmə
düşdü. Rəfiqəm Nəcibə xanım “O
uşaq deyil, yekə kişidi” dedi .Beləcə, bu bir
baxışın sonu evliliklə bitdi. Yaşının
çoxluğu xarici görünüşündən hiss
olunmurdu. Qardaşımın razılğı
ilə ailə qurduq. Qabağından
keçib-getdiyim evə köçdük. Tofiqin kobudluğu, sərtliyi yoxdu, çox
mülayim xasiyyəti var. Bir gün nə dedimsə, dəqiq
yadımda deyil, Tofiq məndən incidi, üç gün məni
danışdırmadı. Atamdan anamdan ayrı,
bütün günü evdə tək qalırdım, Tofiq də gələndə
məni dindirmirdi. Üçüncü gün
gəldi evə yenə bir kəlmə dinib-
danışmadı. Özümü o qədər qərib,
kimsəsiz hiss etdim ki, oturub ağladım... Bu
göz yaşları bizi barışdırdı. Sonra özüm üçün müəyyən
etdim ki, Tofiqə nəyi demək olar, nəyi yox.Bir-birimizdən
ayrı qaldığımız vaxt olmayıb. Hara
getmişiksə bərabər getmişik... Mənim
atam Tofiqi evliliyimizdən sonra gördü. Toyumuz Bakıda oldu, atam da xəstə olduğundan
toyda iştirak edə bilmədi. Toydan bir
müddət sonra Zəngilana atamın ziyarətinə getdik.
Mənim qardaşlarım da, atam da boylu- buxunlu
adamlar idi. Atam Tofiqə baxdı, baxdı, “mən də
elə bilirəm, kürəkənim, enlikürək,
hündürboy birisidi” dedi. (gülür)
Atamla ilk görüş, bu ifadəylə yadımızda
qaldı...
–
Gülnaz xanım, səkkiz il vətəndən
ayrı, Türkiyədə yaşamağınızın səbəbi
nə idi?
–Ailə
qurandan sonra işdən çıxdım. Ta ki, uşaqlar
böyüyənə qədər... Bir gün
Tofiqin dostlarından biri bizə gəlmişdi. Mən də evdar xanımlıqdan şikayətlənmişəm
yəqin. Sabahısı gün zəng
edib, məni Türkiyə konsulluğundan işə
çağırdılar. Bir müddət
orda işləyəndən sonra müqavilə ilə bizi
Türkiyəyə göndərdilər. Uşaqları
da götürüb Türkiyəyə getdik. İki il yarım işlədik. Sonra
uşaqların təhsilinin bitməyini gözlədik, sonra
yenidən vətənə qayıtdıq.
–Türkiyədə
olanda Tofiq Abdinin yazılarına görə sizə hədələr,
təhdidlər olub. Səs- küyə səbəb
olan yazısı hansı idi?
–Tofiqin
dostlarının sayı həmişə çox olub, o elə
insandır ki, heç vaxt düşməni ola
bilməz. Həmişə evimiz qonaqlı
–qaralı olub. Məsələn, onun ən
etibarlı dostlarından biri, evləndiyimiz günlərdən
bəri, ailəmizlə daima təmasda olan Səmaya
xanımın ailəsidir. Amma
yazdığı yazılar bəzən ona
qanqaraçılıq da gətirə bilirdi. Adi sözlərə görə evə zənglər,
təhdidlər olurdu. Türkiyədə
yaşadığımız müddətdə Tofiqin bir
yazısı çıxmışdı. Bir
azərbaycanlı haqqında yazı yazmış, yazıda
onun adını çəkmişdi. Amma
bu yazıya görə bizə basqı edən azərbaycanlılar
deyildi. Bu yazı
türkiyəlilərdən bir neçəsinin
xoşuna gəlməmişdi. Bütün bu
basqılar həmin səbəbdən irəli gəlirdi.
–Evlilikdən
əvvəl Tofiq müəllimin erməni qızını dəlicəsinə
sevməsindən, bundan əlavə bir dəfə
nişanlı olub ayrılmasından xəbəriniz var idi?
–Yox
qızım, mən bütün bunların hamısını
evlilikdən sonra eşitmişəm. Nişanlanmazdan əvvəl
bilirdim ki, Gəncədə yaşayan bir qızla ailə
qurmaq ərəfəsində imiş, amma tale elə gətirib
ki, baş
tutmayıb. Tofiqin dediyinə görə məni
görəndən sonra bir könüldən, min könülə
aşiq olub və o qızla ailə qurmaq planından
daşınıb. Erməni qızı ilə
olan münasibətini də heç Tofiqin dilindən eşitməmişəm.
Böyük baldızımda həmin qızla
Tofiqin birlikdə olan şəkillərini görəndən
sonra bundan xəbərim oldu. Bu xatirələr
heç vaxt mənim məyusluğuma,
qısqanclığıma səbəb olmayıb,
çünki bunlar hamısı mənim varlığımdan
əvvəl baş vermiş hadisələrdir.
–Ölüm
məfhumu Tofiq Abdin yaradıcılığının ən
fəal ünsürlərindən biridir. Nə
səbəbdən bütün yazılarında ölmək
arzusunu dilə gətirir?
–Tofiqdə
qəribə bir xasiyyət var. Yazılarını başqa
ruhda yazır, özü isə tamam başqa cür fikirləşir.
Hansı şeirini oxusanız, ələmdən,
kədərdən bəhs etdiyini, ölüm
arzuladığını görərsiniz. Amma Tofiq elə ən çox ölümün
özündən qorxur. Hərdən elə
olur ki, hansısa dostu rəhmətə gedir. Onun ölümü Tofiq müəllimi çox
sarsıdır. Fikir verirəm ki, öz-özünə
danışır:
“-Çox
cavan idi, hələ onun ölmək vaxtı deyildi...yox o
ölməməli idi...
–Neçə
yaşı var idi, ay Tofiq?
–lap cavan
idi, 69 yaşında getdi, bədbaxt”.Belə-belə sözlər.
Yəni demək istədiyim odur ki, belə yazılar
yazsa da, heç qocaldığını, yaşını
boynuna almır, nəinki bu həyatdan köçmək
fikrini. Tofiq ömrünün ahıl vaxtlarında, elə
bu ölümün ucbatından, çox ağır depressiya
keçirib. Ailə üzvlərimizin ard
–arda həyatdan köçməsi, sarsıntılar ona dəhşətli
ağrılar gətirmişdi. Yatdığı
otaqdan çıxmır, dostları ilə
görüşmür, heç kimlə
danışmırdı. Elə hey nə
haqdasa düşünür, ölümün
qarşısını alacaq nələrisə kəşf etməyə
çalışırdı. Amma Tofiqin güclü xarakteri var. Elə bu səbəbdən
də o stressin, o çətinliyin
öhdəsindən gəlməyi bacardı.
–Gülnaz
xanım, siz ailə qurduğunuz vaxtlarda əksər qələm
əhli həyat yoldaşını özü ilə məclislərə
aparmırdı. Sizin
ailənizdə bu cür qısqanclıqlar var
idimi?
–Evləndiyimiz
gündən etibarən, münasib bildiyi toylara məni də
aparıb. Mənim heç xəbərim yox idi ki, sən demə
şairlərin, yazıçıların əksəriyyəti
həyat yoldaşlarını özləri ilə heç yana aparmır və bunu o qədər də
yaxşı qarşılamırdılar. Mən
bunu çox sonralar öyrənmişəm. Əvvəllər Tofiqlə tez –tez məclislərə
gedərdik. Amma indi çox təsadüfi
hallarda birlikdə hansısa yığıncaqda iştirak
edirik. Tofiq indi çox səbrsiz olub, toy
evindən içəri girən kimi, “durun getdik” deyir.
Ailəliyimiz boyunca heç vaxt bu adam
axşam saat yeddidən sonra gəzmək adı ilə heç
yana çıxmayıb-nə bir qohum evinə, nə bir
qonşu qapısına. Təbii ki işlə
bağlı evə gec gəldiyi olurdu. Amma
evdən gec saatlarda çıxdığı yadıma gəlmir.
–Daha
çox öz iç dünyasında olmağı ailəsinə qarşı
laqeydliyə səbəb olmurdu ki?
– Mən
heç vaxt şairlə ailə qurduğuma görə
peşiman olmamışam. Amma ən narazı
qaldığım cəhətlərindən biri o idi ki,
heç vaxt oturub birlikdə məsləhətləşməmişik.
Bərabər hansısa addımı
atacağımızı qabaqcadan
planlaşdırmamışıq.Məsələn, Türkiyədə
yaşadığımız vaxtlarda, uşaqlar imtahan vermək
ərəfəsində idi. İmtahanlar isə
bizim yaşadığımız şəhərdə deyildi.
Tofiq heç maraqlanmadı da. Soruşa –
soruşa birtəhər imtahan olan yeri tapdıq və
Tofiq bizim yanımızda deyildi... Ay qızım, gəlin sizə
balalarımızın toy günündən
danışım. Bir atanın, bir ananın ən sevincli
anlarından... Tofiq hər ikisinin toyunda bizə ancaq pul verdi... Əvvəllər bu hərəkətləri
məni çox incidirdi. Sonra bir gün məni
yanına çağırdı, “sən elə bilmə ki, mən
sizə qarşı laqeyd yanaşıram. Əslində
mənim istəyim, balalarımı, ən çox da səni
mənsizliyə öyrətməkdir. İstəmirəm
ki, mən bu həyatda olmayanda, sən boynu bükük, yetim
uşaq kimi qalasan. Mən səni sınaqdan keçirirəm
ki, həyatın bərkinə-boşuna,
amansızlığına öyrəşəsən” dedi. Bu sözlərdən çox təsirləndim və
o gündən Tofiqi günahlandırmaqdan əl çəkdim.
–Tofiq
müəllimin həyat yoldaşısız, bəs siz ona
oxucu ola bilmisinizmi?
–İki kompyuteri var, onlardan biri mətbəxdədir, biri
də yataq otağında. Biz yatanda yazır, biz yemək yeyəndə də,
yazdıqlarını köçürür. Mətbəxt
onun evdə ən çox sevdiyi yerlərdən biridir.
Amma ora yemək
yox, yazı yazmaq üçün gedir.
Yazılarını əvvəllər çox
oxuyardım... Uşaqlar
dünyaya gəldikcə, başım qarışdı,
qayğılar artdı , kifayət qədər
vaxt ayıra bilmədim. Düzünü desəm
mən Tofiqin yazdığı bir hərfi belə oxuya bilmirəm,
çox pis xətti var. (gülür). Onun
yazılarını anlamaq, nə demək istədiyini qavramaq
asan iş deyil. Mən Tofiqin yazdıqlarını başa
düşə bilmirəm... Tofiq özü də
yazılarını mənə göstərməyi adət
etməyib. Yəni mən onun həyat yoldaşı olsam
da, oxucusu ola bilməmişəm...
Məhəbbət
HACIYEVA
Firəngiz
AĞALAR
525-ci qəzet.-
2013.- 9 noyabr.- S.20.