Mərdliyin profilləri-
Con F.Kennedi
İngiliscədən
Telman Orucov tərcümə edib
Ön
söz
Mərdlik Prezident Kennedinin daha çox valeh olduğu bir
ləyaqət idi. O, elə adamları axtarırdı ki, onlar hansısa
yolla, istər bu döyüş cəbhəsində
iştirak, ya da beysbol almazı olsun, nitq söyləməkdə
və ya hansısa səbəbə görə vuruşda
olsun, igidliyə malik olduqlarını nümayiş etdirirdilər,
onlar hökmən ayağa qalxacaqdır, onlara arxa çevirmək
mümkün olacaqdır.
Odur ki, bu kitab onun şəxsiyyətinə, inamlarına
olduqca uyğundur. Bu elə adamların həyatının
öyrənilməsidir ki, onlar özləri ilə, öz gələcəkləri
ilə, hətta öz uşaqlarının maddi rifahı ilə
risq etdilər, olduqca tez bir qaydada öz prinsiplərinin
müdafiəsi üzərində dayandılar. Bu, onun öz həyatını modelləşdirdiyi
ideala istiqamətlənmişdi. Və bu,
başqalarına öz ürəyini vermək dövründə
idi.
Endryü
Ceksonun dediyi kimi, “Bir mərd adam
çoxluğu əmələ gətirir”. Bu,
Prezident Kennedinin başqalarına göstərdiyi təsir idi.
Prezident Kennedinin 1964-cü ilin martında qırx yeddi
yaşı tamam olmalı idi. Onun yer üzərində
keçirdiyi günlərin ən azı yarısı intensiv
fiziki ağrılar günlərinə düşürdü.
O, hələ çox gənc olanda skarlatina ilə xəstələnmişdi
və artıq yaşlı olanda kürəyində ciddi
ağrılar var idi. Arada o, demək olar ki,
ağıla gələ bilən hər bir tibbi müalicə
alırdı. Biz bir yerdə böyüyəndə
Con Kennedinin sancan ağcaqanadın böyük risq etdiyini deyib
gülürdük – onun azacıq qanı demək olar ki,
ağcaqanadı hökmən öldürərdi. O,
müharibədən sonra xeyli müddət Çelsi dəniz
hospitalında müalicə olunmuşdu, 1955-ci ildə kürəyində
böyük və çox ağrılı cərrahiyyə əməliyyatlarına
məruz qalmışdı, 1958-ci ildə isə qoltuq
ağacları ilə hərəkət etməyə məcbur
olmuşdu. 1951-ci ildə dünya ətrafına
səyahət vaxtı o, bir xəstə adama çevrildi.
Biz Okinavadakı (Yaponiyada ABŞ hərbi
bazası yerləşən ada- tərcüməçi) hərbi
hospitala uçduq və onun hərarəti 106 dərəcədən
(bu, Faringeyt şkalası üzrə idi. Selsi
şkalasına görə 41,10 edir – tərcüməçi)
yuxarı idi. Onlar xəstənin
sağalacağına inanmırdılar.
Lakin bütün bu vaxt ərzində mən heç vaxt
onun şikayətləndiyini eşitməmişdim. Mən heç vaxt eşitməmişdim
ki, o, özünü necə hiss etməsi barədə nəsə
desin. Allah ona qarşı ədalətsiz iş
görmüşdü. Onu tanıyanlar yalnız sifətinin
bir az daha solğun olduğuna görə
onun əzab çəkdiyindən hali olurdular. Onun
gözləri ətrafındakı xəttlər bir qədər
dərin idi, sözləri isə bir qədər kəskin
olurdu. Onu tanımayanlar heç nəyi
lazımınca ayırd edə bilmirdilər. O, öz
problemləri barədə şikayət etmirdi, ona görə
də mən öz vəziyyətim barədə şikayətlənmək
istəyəndə – bunu o, həmişə hiss edirdi.
O, xəstəliyə
qarşı mübarizə aparanda, müharibədə
vuruşanda, Senata seçilməyə başlayanda,
Massaçusetsdə Müqəddəs Lourens dəmir yoluna
görə qüdrətli adamların mənafeyinə
qarşı duranda, 1959-cu il Əmək İslahatı Aktı
uğrunda mübarizə aparanda, 1960-cı ildə Qərbi
Virciniya praymerizinə (partiya daxili ilkin seçkilərə –
tərcüməçi) daxil olanda, Los-Ancelesdə Demokratik
partiyanın qurultayında heç bir hücuma yol vermədən
Lindon Consonla debat aparanda, Donuzlar körfəzindəki
uğursuzluğa görə (1961-ci ildə Kubaya müdaxilənin
biabırçı surətdə baş tutmaması – tərcüməçi),
polad şirkətləri ilə mübarizə aparanda, 1961-ci
ildə Berlində (Qərbi Berlində – tərcüməçi)
xalq qarşısına çıxanda, 1962-ci ildə yenidən
həmin şəhərin azad olmasını tələb edəndə,
Sovet raketlərini Kubadan geri qaytarmağa məcbur edəndə,
bütün vətəndaşlar üçün bərabər
hüquqlar barədə danışanda, mübarizə aparanda
və yüzlərlə digər böyük ya kiçik
işlərdə o, bəşər məxluqunun necə ən
yaxşı olduğunu ifadə edirdi.
O,
inamını, mərdliyini, köməyə ehtiyacı
olanlara yardım etmək istəyini, həm də öz
ölkəsinə həqiqi və əsl məhəbbət
nümayiş etdirmişdi.
Onun cəhdləri
hesabına əqli cəhətdən geridə qalanlar və əqli
xəstələr daha yaxşı şansa malik olacaqdılar,
gənc adam təhsil almaq üçün
daha böyük imkana malik olacaq, ləyaqətlə və
özünə hörmət bəsləmək şəraitində
yaşayacaqdı, buna görə xəstələr
sağalmalı, dünya isə sülh şəraitində
yaşamalıdır.
Prezident Kennedi Ağ Evdə üç min gün əvəzinə
yalnız min gün oldu, həm də o qədər çox
sayda işlər görə bildi. Bu qədər
çox işin görülməsinə hələ indiyədək
ehtiyac vardır.
Bu kitab öz dövründə nə etmək lazım
olduğunu bilən və onu həyata keçirən
adamların əhvalatlarından danışır. Prezident Kennedi
Dantenin “Cəhənnəmin ən isti guşələrində
o adamlara yer saxlanmışdır ki, onlar böyük mənəvi
böhran dövründə öz neytrallığını
qoruyub saxlayırlar” sözlərini sitat gətirməyi
sevirdi.
Con
Kennedinin bu kitabda təsvir etdiyi adamların həyatından dərs
almaq mümkündürsə, əgər bu, onların həyatından
və ömründən gələn dərs idisə, bu o, deməkdir
ki, bizdən heç kəs bu dünyada özünə
seyrçi rolunu götürə bilməz, tənqid heç
də kənarda dayanmamalıdır.
Tomas
Karleyl yazırdı: “Bizim arzuladığımız və
qiymətləndirdiyimiz igidlik, heç də ləyaqətli
ölmək igidliyi deyildir, ancaq insan kimi yaşamaqdır”.
Ölümündən bir gün əvvəlki səhərdə
Prezident Kennedi keçmiş Vitse-Prezident Con Nensi Qarnerə
ehtiramını bildirmək üçün onu öz
yanına dəvət etmişdi. Mister Qarnerin doxsan beş
yaşı tamam olan ad günü idi. Mister Qarner ilk dəfə
Vaşinqtona gələndə ümumi federal büdcə 500
milyon dollardan az idi. Prezident Kennedi isə
100 milyard dollardan bir qədər az olan
büdcənin icra edilməsinə başçılıq
edirdi.
Prezident Kennedi öldürüləndə onun nənəsi
Bostonda yaşayırdı. Prezident Linkoln güllə
atəşi ilə vurulan ildə də bu qadın sağ idi.
Biz gənc ölkəyik. Bu planetin bizi
saxlamağa qadir olduğunu aydınlaşdıranadək, biz
böyüyür və genişlənirik. Biz elə
problemlərə malikik ki, indi əlli yaşında olan adam, hətta on il bundan əvvəl onlarla
üzləşməyi heç xəyalına da gətirə
bilməzdi.
Bizim hamımızın enerjisi və istedadı, çağırışları
– şəhərlərimizin, fermalarımızın,
özümüzün daxili
çağırışlarımızı, –
qarşılamağa ehtiyac duyur ki, bütün yer kürəsində
azadlıq uğrunda mübarizədə,
savadsızlığa, aclığa və xəstəliyə
qarşı döyüşlərdə uğurlu olaq. Əylənmələr,
özündən razılıq qabiliyyətsizliyi bizə pis
xidmət göstərəcəkdir.
Prezidentin
sevimli müəllimlərindən biri olan Lord Tvidsmuir öz tərcümeyi-halında
yazırdı: “İctimai həyat karyeranın tacıdır və
gənc adamlar üçün bu, ləyaqət
ambitsiyasıdır. Siyasət hələ də
ən böyük və daha şərəfli macəradır”.Çox
yerdə dəbdə olan o idi ki, siyasətçilərə,
hökumətdə olanlara yuxarıdan aşağı
baxılsın. Mən güman edirəm
ki, Prezident Kennedi bunu dəyişdi və hökumətin
ictimai konsepsiyasını başqalaşdırdı. O, yəqin ki, bunu siyasətdə
iştirak edən adamlar üçün edirdi. Lakin
həm də biz bunu siyasət barədə, qərarların qəbul
edildiyi hökumət meydanı barədə hiss edirik. Bu qərarlar təkcə bizim hamımızın
taleyinə deyil, həm də bizim doğulmuş və hələ
doğulmamış uşaqların gələcəyinə təsir
göstərəcəkdir.
Kuba Raket Böhranının son ilində biz müharibənin,
bir-biri ilə nüvə bombardmanları mübadiləsinin
mümkünlüyünü müzakirə edirdik və bu
vaxt həlak olacaq adamlar barədə danışırdıq
– həmin vaxt axırıncı olduqca əhəmiyyətsiz,
demək olar ki, boş bir şey kimi görünürdü. Onu bir məsələ
real olaraq qayğılandırır, həqiqətən belə
məna kəsb edirdi və həmin vaxt daha qorxulu idi ki, əks
halda bizim ölkənin və dünyanın
uşaqlarının ölümü spektri –
qarşıdurmada iştirakı olmayan və heç nə
bilməyən gənc insanların həyatı
başqaları kimi şam üzərindəki hisə
çevrilə bilər – meydana gələcəkdir. Onlara heç vaxt qərar vermək, seçkilərdə
səs vermək, vəzifə tutmaq, inqilab etmək, öz
talelərini müəyyən etmək şansı verilməyəcəkdir.
Biz, bizim nəsil buna malik idi. Və biz səhvə
yol versək, özü də təkcə özümüzə,
öz gələcəyimizə, öz evlərimizə, öz
ölkəmizə görə deyil, heç vaxt hansısa bir
rol oynamaq, “hə” ya “yox” seçimi etmək; özünü
hiss etdiyi kimi etmək imkanı verilməyənlərin həyatları,
gələcəkləri, evləri və ölkələri
barədə səhv etmiş olsaydıq, bu, böyük faciə
olardı.
Bonar Lou
demişdir: “Burada labüd müharibə üçün elə
bir şey yoxdur. Əgər müharibə
başlansa, bu, bəşər müdrikliyinin
çatışmamasından irəli gələcəkdir”.
Bu həqiqətdir. Bəşər müdrikliyinə təkcə bir tərəfdən deyil, bütün tərəflərdən ehtiyac duyulur. Mən bunu əlavə edə bilərəm ki, əgər Amerikan Prezidenti və həmçinin Baş nazir Xruşşov tərəfindən müdriklik nümayiş etdirilməsəydi, onda bizim bildiyimiz kimi, dünya dağıla bilərdi. Lakin sonralar gələcək Kubalar da ola bilər. Gələcək böhranlar da ola bilər. Biz aclıq, laqeydlik, yoxsulluq və əzilənlər problemlərinə malikik. Onlar daha çox kömək almalıdırlar. 1962-ci ilin oktyabrında artıq qərar tapılmalı olanda, indiyədək üzləşdiyimiz digər problemlərin də cavabı hökmən tapılmalıdır. Beləliklə, həmin müdrikliyə indiyədək ehtiyac duyulur.
Con Kvinsi
Adams, Deniel Uebster, Sem Hyuston, Tomas Hart Benton,
Edmund T.Ross, Lutsius Kvintus Tsintsinnatus Lamar, Corc Norris və Robert
Taft bizi öz irsləri ilə
mükafatlandırmışlar. Onlar gəldilər, öz əlamətlərini
bizə miras qoydular və bu ölkə artıq o adamların
yaşadıqları həmin ölkə deyildir, onların
bizim üçün etdikləri işlər çox
yaxşı olmalarına görə əzizlənir,
qidalanır və bəyənilir, çünki onlar ölkənin
və bizim hamımızın nəfinə bu qədər
çox şeylər etmişlər.
Və bu, həmçinin Con F.Kennedi üçün də
belə idi.
Digərlərinə belə bənzər qaydada, onun həyatı
da böyük əhəmiyyətə malik idi, o, sağ olan
vaxt ölkə üçün hansısa bir məna kəsb
edirdi, ən əhəmiyyətlisi isə o idi ki, onun qoyub
getdikləri, onun başladıqları işlərlə indi
biz necə davranırıq. Bu belə bir inam idi
ki, Platonun dediyi kimi, demokratiyada vətəndaşlıq
definitsiyası hökumətdə iştirak etməkdir və
Frensis Bekonun yazdığı kimi, buna “müşahidəçi
olmaq vəzifəsi yalnız Allaha və mələklərə
qoyulub gedilmişdir”. Bu belə bir
inamdır ki, demokratiya öz xalqının səyi ilə
öz problemləri ilə üzləşməlidir və
üzləşə bilər, səbirlilik, təmkinlilik,
ehtiras, həmçinin həlli nadir hallarda asan tapılan qərarlar
üçün mübarizədə müdriklik, qüvvə
və igidlik göstərməlidir.
Bu onun inamı idi ki, biz uğurla hərəkət etməliyik,
çünki amerikanların indiki nəslinin mövcud
olduğu bu torpaqda bizdən əvvəl həmin adamların
igidliyi baş vermişdir.
“Biz bu gün həmin birinci inqilabın varisləri olduğumuzu unutmağa cürət etməməliyik. Qoy dünya zaman və məkanda, dost üçün də, düşmən üçün də eyni qaydada irəli getsin, həmin məşəl amerikanların yeni nəslinin – bu əsrdə doğulanlara, müharibə tərəfindən mülayimləşənlərin, çətin və acı sülhlə intizama gətirilənlərin, bizim qədim irsdən iftixar duyanların – və həmin insan haqlarını yavaş-yavaş pozanlara və ya ona icazə verənlərə şahidlik etməyə meyli olmayanların əlinə keçsin, – buna millət daim məruz qalmışdır və buna bu gün biz vətəndə və dünyanın hər yerində məruz qalırıq”.
Bu kitab təkcə keçmişin əhvalatlarının təsviri deyildir, lakin həm də ümid və gələcəyə inam kitabıdır. Ölkənin, dünyanın başına nə gələcəkdir, bu, hökmən başqalarının bizə qoyub getdikləri ilə nə etdiyimizdən asılı olacaqdır.
Robert F.Kennedi
18 dekabr 1963-cü il
525-ci qəzet.-
2013.- 16 noyabr.- S.14.