Azərbaycan bəstəkarının zəfəri
Şimali
Amerika qitəsindən
xoş xəbər almışıq: gənc
azərbaycanlı bəstəkar,
Bakı Musiqi Akademiyasında SSRİ və
Azərbaycan Xalq artisti Arif Məlikovun
sinfinin məzunu olan Kərəm Əkbərov Kanadada bu ölkənin yüksək tituluna “Niaqara beynəlxalq artisti” adına
layiq görülüb.
Niaqara beynəlxalq musiqi festivalında həmyerlimizin
“Qəbələ” simfonik
əsərinin, Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Qəhrəmanlıq simfoniyası”nın uğuru bu cür qeyd
olunub. Bu əsəri isə belə ilhamla və istedadla Torontonun dünya şöhrətli
“İpək yolu” kamera orkestri artıq çoxdan bəri Kanadada yaşayıb çalışan
və bizim musiqi mədəniyyətimizi
Amerikada layiqincə təmsil edən Azərbaycanın əməkdar
incəsənət xadimi
İsmayıl Hacıyevin
dirijorluğuyla ifa edib.
Bakıdan gəlmiş gənc
bəstəkarın əsərləri
Kanadanın klassik musiqi bilicilərini valeh edərək, Şimali Amerikanın bu ölkəsinin parlaq və yaddaqalan mədəniyyət hadisəsinə
çevrilib. Qürurla
qeyd etməliyik ki, həmyerlimizin yaradıcılığı yalnız
peşəkar musiqiçilər
tərəfindən deyil,
həmçinin musiqini
bütün incəliklərinə
qədər duya bilən digər dinləyicilər, o cümlədən,
Kanada parlamentinin deputatları, Niaqara bölgəsinin qubernatoru,
ölkə ictimaiyyətinin
bir sıra digər nümayəndələri
tərəfindən də
yüksək qiymətini
alıb. Onlar bu əsərlərin
müəllifini təqdir
edib, ona sonsuz təbrik və minnətdarlıq hisslərini ünvanlayıblar.
Azərbaycanın gənc bəstəkarının
əsərlərini dinlədikdən
sonra öz təəssüratlarını bölüşərkən
Beynəlxalq Niaqara musiqi festivalının bədii rəhbəri,
Toronto Kral Konservatoriyasının
professoru Atis Bankasın qeyd etdiyi kimi “Qəbələ”
və “Qəhrəmanlıq
simfoniyası” kimi olduqca dəyərli əsərlərin yaradıcısının
bu parlaq uğuru bütün Azərbaycan bəstəkarlıq
məktəbinin yüksək
səviyyəsindən xəbər
verir və bu yolu keçənlər
öz yaradıcılıqlarında
Qərbi Avropa və Azərbaycan simfonizminin ən yaxşı ənənələrinin
vəhdətini yaratmaqla
heyrətamiz istedad nümayiş etdirirlər”.
Atis Bankas deyir ki, əsasən
də məhz buna görə Kərəm Əkbərovun
bizə təqdim etdiyi bu simfonik
əsər şübhəsiz
ki, Kanada musiqi festivalları çərçivəsində keçiriləcək bütün
konsertlərin ayrılmaz
tərkib hissəsi olacaq...
Kanada parlamentinin deputatı Monte
Kvinter isə Azərbaycan bəstəkarının
zəfərinə heyranlığını
belə ifadə edib: “Mən öz istedadının nümayişi ilə bizim ölkəmizin “Niaqara beynəlxalq artisti” kimi nüfuzlu və şərəfli
tituluna layiq görülmüş gənc
musiqiçinin bu böyük uğurundan dərin məmnunluq hissi keçirirəm. Kərəm Əkbərov
bütün sahələrdə
uğurla inkişaf edən öz doğma Azərbaycanının
mədəniyyətinin gücünü
bir daha təsdiqlədi...”
Həqiqətən də böyük Heydər Əliyevin 90 illiyi şərəfinə Kanadada keçirilən Niaqara musiqi festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan mədəniyyəti və incəsənəti günləri Azərbaycan musiqisinin təntənəsinə çevrildi. Bu günlər bir daha sübut etdi ki, bu gün müasir Azərbaycan və ən başlıcası isə ölkəmizdə həyata keçirilən bütün xoşməramlı tədbirlərin təşəbbüskarları olan Azərbaycan Prezidenti İlham Əliyev və UNESKO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva ulu öndər tərəfindən qoyulmuş ənənəni – Şərq və Qərb mədəniyyətlərinin nadir və misilsiz sərvətlərinin vəhdətini təmin etməklə ölkəmizin hərtərəfli tərəqqisinə nail olmaq ənənəsini öz fəaliyyətləri ilə davam etdirirlər.
Elə indinin özündə biz artıq “Kaspi” qəzetinin də xəbər verdiyi kimi Heydər Əliyev adına I Qitələrarası musiqi festivalının astanasındayıq. Festival çərçivəsində keçirilən konsertlərdə məşhur simfonik orkestrlər, Y.Temirkanov, B.Qeorqiyev, Z.Meta və digərləri kimi böyük dirijorlar və musiqiçilər iştirak edəcəklər, musiqi tədbirləri dünyanın bir sıra şəhərlərində – əsasən Sankt-Peterburq və Moskva, Toronto və Nyu-York və əlbəttə ki, Bakımızda təşkil olunacaq. Axı bu nəhəng musiqi layihəsinin bədii rəhbərlərindən biri bizim Kanadadakı həmyerlimiz, dirijor və bəstəkar İsmayıl Hacıyevdir.
Əminliklə deyə bilərik ki, təşkilatçıların qitələrarası musiqi fesivalının proqramına yekdilliklə daxil etdikləri və artıq hamı tərəfindən təsdiqini almış gənc Azərbaycan bəstəkarı Kərəm Əkbərovun simfonik əsəri bu proqramın bəzəyi olacaq.
Elmira ƏLİYEVA
Əməkdar jurnalist
“Kaspi” qəzeti
525-ci qəzet.- 2013.- 16 noyab.- S.15.