İnsan alverinin
qurbanları: səbəb və nəticələr
Qloballaşan dünyanın dəhşətli
problemlərindən biri
də insan alveri ilə bağlıdır. Sahə gəlirli olduğundan
bu yolla pul qazananların sayı da getdikcə
çoxalır. Heç
təsadüfi deyil ki , bu gün dünyada
insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur. Bəs
insan alveri nə deməkdir ? Traffiking (insan
alveri ,
ingiliscə: Trafficking in human beings , almanca: Menschenhandel) – Eksplantasiya məqsədi ilə insan alveri , o cümlədən
insanların satın alınması və ya satılması , oğurlanması , girov götürülməsi , bu
məqsədə xidmət
edən və ya digər cinayət
nəzərdə tutulur.
Bu məqsədlərə qadın
alveri ,
insan orqanlarının
alveri , cinayət dəstələrinin yaradılması
və s. aid edilə bilər. İnsan alverinə məruz qalanlar arasında qadınlar ,
kişilər və uşaqlar da olduğundan bu problem demək olar ki , cəmiyyətin bütün fərdlərinin
problemidir və çözümü də
hərtərəfli yanaşma
, daha çox ictimaiyyətin maarifləndirilməsi
kimi yanaşmalar tələb edir.Hazırda
bu bəladan bütün dünya əziyyət çəkir. İnsan alverinin qurbanları
dəfələrlə cinsi
və fiziki əməyin istismarına
məruz qalır.
BMT-nin hesablamalarına
görə bu gün dünyada 27 milyon insan qul
vəziyyətindədir. ABŞ-ın
Federal Təhqiqat Bürosu
isə insan alverinin hər il 9.5 milyard
gəlir gətirən
kriminal sahə olduğunu vurğulayır.
ABŞ-ın “İnsan alveri 2005” adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan,
Ermənistan, Türkmənistan
kimi MDB ölkələri
göstərilir.
Bu gün məlumatını televiziya , radio və ya hansısa
digər informasiya vasitəsindən öyrəndiyimiz
, bəzən filmlərdə
şahidi olduğumuz hadisələr əslində
həyatın içində,
bəlkə də diqqətli olsaq, elə gözümüzün
önündə baş
verir. İnsan alverçiləri öz ovlarının necə və hardan seçəcəklərini
də yaxşı bilir. Araşdırmalar
göstərir ki , insan
alverinin qurbanına çevrilən xanımların
yaş həddi əsasən 20-35 yaş arasında olur. İnsan alverçiləri bu yaşda olan qızları öz işlərinə daha çox cəlb edirlər. Kişilər arasında da
bu yaşda olanlar insan alverinin
qurbanına çevrilir.
Belə ki, adətən, 25-40 yaş arasında olan kişilər daha güclü olduğundan insan alverçiləri onları
istismar edirlər.
Çox təəssüflər
olsun ki , bu gün Azərbaycanda da bu problem mövcuddur.
Məsələnin ən acınacaqlı
tərəfi isə bu qurbanlar arasında
azyaşlı uşaqların
olmasıdır. Azərbaycanda insan alverinin qurbanına çevrilən
uşaqlar isə bu işə adətən 7-8 yaş qruplarında cəlb olunur. Bu yaşda
olan uşaqlar dilənçilik etməklə
daha çox gəlir gətirən hesab olunur. Bu gün ictimai
nəqliyyatdan istifadə
edən hər kəs gündəlik bu uşaqlarla rastlaşır, hətta özlərini o uşaqların
valideyni kimi göstərənlərin körpələrlə
necə rəftar etdiyinin də şahidi olur. Bu, çox ürəkağrıdıcı
bir haldır.
Əslində insan alverinin bir neçə növü var. İnsanların
məcburi əməyə
cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların
satılması və
sair. İnsan alverinin ən
çirkin üsullarından
biri isə qadın alveridir. Bəli, bu bəla artıq
bütün dünyanı
cənginə alıb.
Bu ağır cinayət
hadisələri Azərbaycanda
da az
deyil. Artıq demək olar
ki, günaşırı
aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır.
Azərbaycanda insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına
baxmayaraq, bu problem hər il
azalmaq əvəzinə
artmaqdadır.
Azərbaycanda qadın alveri
qadınları başqa
ölkələrə daşımaqla,
cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün ölkə daxilində də qadın alverçiləri kifayət
qədərdir. Özləri əxlaqsızlıq edənlərlə
insan alverinin qurbanlarını qarışdırmaq
olmaz. Bir sıra insanlar var ki, onlara
hansısa iş təklif olunanda özləri bu işin sonunun riskli olduğunu, əldə etdikləri qazancın normal yolla əldə olunmadığını
bilirlər. Buna baxmayaraq, imkansızlıq
üzündən bu yola getdiklərini bildirirlər. Hətta
bu yolu dəbdəbəli
həyat yaşamaq xatirinə seçənlər
də az
deyil. Bir çox qadınlar
isə müxtəlif
zorakılığa məruz
qaldıqlarından bu
yola düşürlər.
Bəziləri
xarici ölkədə
işləyəndə daha
çox qazanacaqlarını
, gedəcəyi ölkədə
onu tanımayacaqlarını və orada daha rahat
olacaqlarını düşünüb
yaxşı pul qazanmağı, qayıdıb
Bakıda ev almağı, bəzən
ümumiyyətlə bir
müddətdən sonra
bu işi atacağını düşünürlər.
Amma necə deyərlər-”sən saydığını say,
gör fələk nə sayır”. Həmin qadınlar xarici ölkədə bir müddət işlədikdən
sonra müəyyən
problemlər ortaya çıxır. İş verən
tərəfindən qarşılarına
şərt qoyulur ki, sizin borcunuz
var. Sənədlər götürülür,
qarşılarına müəyyən
miqdarda pul ödənilməsi kimi tələb qoyulur və onların ölkəyə qayıtmasına
imkan verilmir. Elə bir şərait yaranır ki, Azərbaycanda əxlaqsızlıqla
məşğul olan və könüllü surətdə, xaricdə nə işlə məşğul olacağını
bilə-bilə o ölkəyə
gedən insan artıq könüllülükdən
çıxır və
insan alverinin qurbanına çevrilir.
Nə deməkdir insan alverinin qurbanı? Əgər orda işləməyə
gedən qadın həmin yerdən qaça bilərsə, kiminləsə əlaqə
yarada-səfirliyə gedə,
hansısa bir tanışına müraciət
edə bilərsə,
işindən imtina edərsə, artıq həmin qadın insan alverinin qurbanı yox, əxlaqsızlıqla məşğul
olan qadındır.
Yox, əgər həmin qadının sənədlərini
götürüb, özünü
də bağlı yerdə saxlayır və heç kimlə əlaqə yaratmasına imkan vermirlərsə, qadın
döyülür, şantaj
edilirsə, artıq həmin qadın insan alverinin qurbanıdır.
Əgər insan alverinin qurbanı Azərbaycana qayıda bilibsə, bu, böyük möcüzədir. İnsan alverinin qurbanına
çevrilən qadınların
Azərbaycana, öz ölkəsinə qayıtması
çox çətindir.
Yuxarda qeyd etdiyim kimi , bəzi qadınlar bu addımı onlara qarşı zorakılıq olunduğu, həyatlarından bezdikləri və bunu çıxış yolu kimi gördükləri üçün atırlar. Təbii ki , bununla kimsə özünə haqq qazandıra bilməz, lakin qadınlara qarşı zorakılıq halları günümüzün aktual problemidir. Bildiyimiz kimi,qadın cəmiyyətin ən əsas qüvvələrindən biridir. Lakin çox təəssüf ki, cəmiyyətdə bir çox insanlar, demək olar ki,əksərriyət qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif təzyiqlər göstərirlər.Çox acınacaqlı haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır. Qadınların hüquqlarının tapdalanması,onların şəxsiyyətinin alçaldılması,cəmiyyətdə hökm sürən avamlıq, insanlara laqeyd yanaşma pis nəticələrə gətirib çıxarır. Bunlardan biri də elə gender bərabərsizliyidir. Artıq cəmiyyətdə tez-tez rast gəldiyimiz bu problemləri həll etmək üçün müxtəlif təşkilatlar,qadın birlikləri fəaliyyətdədir.Lakin buna baxmayaraq, yenə də qadın zorakılığının sayı artmaqdadır. Azərbaycanda zorakılığa məruz qalan qadınlarla bağlı sığınacaq yoxdur, baxmayaraq ki , beynəlxalq öhdəlik qəbul edilib. Qadınlarımız müxtəlif formalarda təzyiqlərə məruz qalırlar. Kriminal xəbərləri izləsək, elə burada nə qədər ictimailəşmiş fakt var. Amma sığınacaq yaradılmır, nəticədə zorakılığa məruz qalan qadınların həyatı təhlükədə olur , hər hansı səhv addım atırlar .
Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə də qadınlara qarşı zorakılıq hələ də mövcuddur. Qadına qarşı zorakılığı “ailə” və ya “şəxsi” məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qəbul etmək yolverilməzdir. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur.
Qeyd edim ki, məişət zorakılığı qurbanları da potensial insan alveri qurbanlarıdır. İstər məişət zorakılığından, istərsə də insan alverindən zərərçəkən şəxslərin bu problemlə qarşılaşmasının başlıca səbəbi iqtisadi problemlərdir. Məişət zorakılığından zərərçəkənlərin əksəriyyəti iqtisadi baxımdan həyat yoldaşından asılı olur, qadın təhsilsiz olduqda və bir də uşaqları olduqda vəziyyət daha da qəlizləşir. İqtisadi baxımdan asılı olan qadın status baxımından da ikinci dərəcəli olur. Bu isə onun zorakılığa məruz qalmasına gətirib çıxara bilir. Boşanan qadını ailə və cəmiyyət bir çox hallarda qəbul etmədiyindən qadın zorakılığa boyun əyir. İnsan alverini yaradan əsas səbəblərdən biri də məhz elə iqtisadi amillərdir. İqtisadi durumun dözülməz olması bəzən zərərçəkənləri insan alverçilərinin toruna asanlıqla salır. İnsan alverçiləri isə öz qurbanlarını hardan və hansı üsullarla cəlb edəcəklərini yaxşı bilirlər. Lakin bir nüansı da qeyd edim ki, insan alverçiləri bəzən bizim ən güvəndiyimiz, yaxınlarımız da ola bilər – bəzən valideyn, bəzən həyat yoldaşı və s. Bütün bunlardan heç kəs sığortalanmayıb. Lakin maariflənməklə həm məişət zorakılığı, həm insan alveri ilə mübarizə aparmaq olar. Gəlin qadınlarımızı və deməli, həm də özümüzü qoruyaq.
Samirə QULİYEVA
525-ci qəzet.- 2013.- 16 noyabr.- S.12.