II Bakı Beynəlxalq Kukla Biennalesi keçirilib

 

2013-cü il noyabr ayının 5-dən 10-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında və Kukla Qalereyasında “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, sərgidə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Nailə Kzımova, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq çox qısa zamanda ölkəmizin qazandığı uğurlardan söz açıb: “Bu qısa müddətdə II Bakı Beynəlxalq Kukla Biennalesi dünyada tanınmağa başlayıb. “FusionDoll” Bakı Beynəlxalq Müəllif Kuklaları Biennalesi birinci dəfə 2011-ci il noyabr ayının 4-dən 10-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Bununla da dünyada ilk dəfə olaraq Müəllif Kuklaları Biennalesinin əsası qoyulub. Bu işdə əziyyyəti keçən azərbaycanlı sənətkarlarla yanaşı xarici mütəxxəsislərə də öz təşəkkürümü bildirirəm. Ölkəmiz bir çox mötəbər tədbirlərin ev sahibi olub. Təbbi ki, bu da Azərbaycanın mədəniyyət sahəsində qazandığı uğurların göstəricisidir”.

Fusiondoll” II Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi - dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafikfolklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Nəzərinizə çatdıraq ki, BiennaleninFusion” adlandırılmasının bir neçə mənası var. Bu, həm qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə şərq və qərb musiqisinin sintezini nəzərdə tutan caz terminidir. Digər mənası, memarlıqda eklektikaya dair istifadə olunur. Beləliklə, özündə dayanıqlı caz ənənələrini və Bakı memarlığının eklektikasını ehtiva edən “Fusion” terminindən klassik, interyer, faşn, konseptual, art obyekt qismində kukla, replikantkukla sənətinin müxtəlif növlərinin nümayiş etdirilməsi üçün daha uyğunu yoxdur. Çünki o, adı çəkilənlərin hamısını bir kukla axını yaradaraq vahid vizual ansambıl şəklində birləşdirir.

Tədbir ölkəmizin müəllif kuklaları ustaları arasında beynəlxalq səviyyədə tanıdılmasına, incəsənətin xüsusi qolu olan müəllif kuklaları sənətimizin təbliğinə xidmət edib. Azərbaycanda bu sənət növünə maraq getdikcə artmaqdadır. Elmira Abbaslı, Tamilla Qurbanova,Pərviz Hüseynovİrina Qundorina, müəllif kuklaları sənətinin inkişafı istiqamətində xeyli işlər görüblər.

Bu sahənin inkişafında ictimaiyyət arasında populyarlaşmasında Bakıda cari ilin aprel ayında açılış mərasimi keçirilib, Cənubi Qafqazda ilk kukla qalereyası olanKukla” Qalereyasının yaradılmasını və rolunu xüsusi qeyd etmək lazımdır. Bakıda belə bir qalereyanın açılışı beynəlxalq səviyyədə tanınan müəllif kuklaları ustalarının, qalereyaçı və kolleksiyaçıların diqqətini çəkmiş və geniş marağa səbəb olmuşdur. Bu hadisə ölkəmizdə müəllif kuklaları sənətinin inkişafına əsaslı təkan verən hadisələrdən olub.

Müəllif kuklaları sənəti təsviri və dekorativ-tətbiqi sənət növləri arasında dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü göstərib. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış, o bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiq yer tutub. Son otuz ildə Rusiya, ABŞ, Almaniya, İtaliya, Litva, Niderland, Fransa, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə mütəmadi olaraq müəllif kuklaları sərgiləri təşkil olunur. Dünyada müəllif kuklaları ustalarının beynəlxalq birlikləri və ya yaradıcılıq ittifaqları, o cümlədən mətbu orqanları,binternet səhifələri mövcuddur. Avropada DABİDA (Belçika, Niderland Kukla Rəssamları İnstitutu) və Amerikada NİADA (Amerika Kukla Rəssamları Milli İnstitutu) ən böyüknüfuzlu təşkilatlar olaraq müəllif kuklaları sənətinin təbliğinə çalışırlar.

FusionDoll” II Bakı beynəlxalq Kukla Biennalesində13 ölkə- Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxstan və İsraildən olan kukla ustaları iştirak ediblər.

Azərbaycanı təmsil edənlər:

* «KUKLA» Art Qalereyası, Qalereyanın rəhbəri Lalə Kazımova, qalereyanın müdiri Liana Vəzirova, Elmira Abbaslı, Tamilla Qurbanova, Pərviz Hüseynovİrina Qundorina,

* “DA ART” studiyasının tələbələri – Fərəh Əliyeva və Nübar Şahbazova

- Elmira Abbaslı – Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycanda peşəkar müəllif kukla sənətinin banisi,1989-cu ildə Krakovda keçirilmiş Beynəlxalq folklor kuklaları Festivalının bürünc, bir çox beynəlxalq sərgi və müsabiqələrin mükafatçısıdır. Əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrin şəxsi kolleksiyalarında nümayiş etdirilir.

- Tamilla Qurbanova – Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Gömrük işinin 200 illiyinə həsr olunmuş beynəlxalq sərginin (Brüssel), “FusionDoll” I Bakı Beynəlxalq Kukla Biennalesinin, “Azərbaycan dekorativ-tətbiqi sənəti” sərgisinin, I və II Dekorativ-tətbiqi sənət festivallarının (2009, 2012) iştirakçısısıdır.

- Pərviz Hüseynov & İrina Qundorina- Azərbaycan Rəssamlar İttifaqının üzvüdürlər. Müasir Azərbaycan İncəsənətində kuklanı art obyekt kimi təqdim edən konseptual kukla sənətinin nümayəndələri. “Səyahət 2” (“Kukla zamanı 3”), “Kukla ustası” jurnalının birinci mükafatına layiq görülmüş. “Vaxtanov Qalereyası”nın xüsusi mükafatları ilə mükafatlandırılıblar.

Rusiyanı təmsil edənlər:

* İrina DeynekoSankt Peterburq, RRYİ-nın (Rusiya Rəssamlarının Yaradıcı İttifaqı) üzvü, Sankt Peterburqda Müəllif Kuklası Məktəbinin müəllimi

* Gulya Alekseyeva – Sankt Peterburq, “Dollart.ru” (2011) müsabiqəsinin qalibi, “Brilyant alma”. RRYİ tərəfindən rus mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə bürünc gümüş medallarla təltif olunmuşdur. - Svetlana PçelnikovaMoskva, BKMB (Beynəlxalq Kukla Müəllifləri Birliyi), (“Kukla dünyasıjurnalı kukla sənəti barədə silsilə kitab) naşir, hər il Moskvanın Tişinka Ticarət-Sərgi Kompleksində keçirilən Müəllif kuklaları Salonunun təşkilatçısı.

* Denis XlıbovMoskva, kolleksiyaçı, rejissor, “TALANT” (“İSTEDAD”) jurnalının naşiri, “Kuklalar məkanıqalereyasında “KOTOLETO” Nağılvari Yaponiyalayihələrinin kuratoru.

Ukraynanı təmsil edənlər:

* Oksana VoropayKiyev, Ukrayna Əl Yaradıcılıq Ustaları Assosiasiyasının prezidenti

* Valentina YakovlevaXarkov, “Heykəltəraşlıqnominasiyasında “DEL ARTE” Beynəlxalq Müsabiqənin nominantı, “Dəbli kuklasərgisindəHeykəltəraşlıq kuklasınominasiyasında müsabiqə qalibi (Kiyev)

İtaliyanı təmsil edənlər:

* Laura ScattoliniMantova şəhəri, «DOLLS MAGAZINE» jurnalından “DOOLS AWARD” Mükafatının laureatı, Walt Disney-dən COLLECTOR'S CHOICE AWARDS (Kolleksiyaçıların seçimi) mükafatınal ayiq görülüb

* Eliza Gallea – Palermo şəhəri, “Kukla kamilliyinominasiyasında mükafat (ABŞ 2007), “COLLIII” nominasiyasında mükafat (Almaniya 2010)

* KaterinaVeştak – Navarra şəhəri, Mükafatları 2006 Milli QrafikaTrennalesi, Üçüncü MükafatKiyev (Ukrayna 2004), “ŞRİFT” Ümumukrayna sərgisi (Gümüş diplom) Mərkəzi Rəssam Evi (KiyevUkrayna), 2003 Zaretskiadınamüsabiqə, Üçüncümükafat (Kiyev, Ukrayna)

Latviyanı təmsil edənlər:

* Yelena MixaylovaPreyli şəhəri, “Baltika kuklaçı-rəssamlar gildiyası”nın üzvü, “Bizim uşaqlıq nağılımızKuklaantistrerss” (2009) nominasiyalarında mükafatlandırılıb

Gürcüstanı təmsil edənlər:

* Nana Okruaşvili – Tbilisi, Tinatin Tumanişvili adına Tbilisi Kukla Muzeyinin direktoru

Belarusu təmsil edənlər:

* Qalina Dmitruk – Minsk, fərdi sərgilər müəllifi: “PANNA DOLL/MənMaksim Boqdanoviç adına Ədəbiyyat Muzeyi (Minsk, 2009), “LUX INTERIOR” (Müasir təsviri sənət muzeyi, Minsk, “U MaystraQalereyası)

Belçikanı təmsil edənlər:

- Kristin Polis – animator rəssam, Belçika televiziyası qısametrajlı film proqramları üçün kuklaların yaradıcısı Çexiyanı təmsil edənlər:

- Yelena İlyinaPraqa, BZDA (Beynəlxalq Zərgər Dizaynerlər Assosiasiyasının) üzvü, “DOLL PRAGUE” I Beynəlxalq kukla sərgisinin Art direktoru Estoniyanı təmsil edənlər:

- Tarvi Pink – Tallin, Eston Kukla Evinin direktoru Almaniyanı təmsil edənlər:

Siu Ling Cornelia Wang – səhnə rəssamı işləmişdir. Alman kino televiziyası üçün kostyumların yaradıcısı. Kukla sənəti ilə 27 ildir ki, məşğul olur.

Qazaxstanı təmsil edənlər:

Natalıya Lepixina – Alma-Ata. “Oğlan kuklaMücəssəmənominasiyalarında Sankt PeterburqdaKukla zamanısərgisi çərçivəsində keçənİlin kuklası 2011” , “STOP-STANDART” nominasiyasındaİlin kuklası 2012” müsabiqələrnin qalibi

İsraili təmsil edənlər:

- Yelena Kunina - Xolon şəhəri. Polimer gildən düzəlmiş ən yaxşı Avropa kuklası «EBERHARD FABER» uğrunda (Moskvadakı Birinci Beynəlxalq kukla salonunun) “Ən yaxşı tematik kolleksiya”sının Qızıl Kubokunun ikiqat mükafatçısı.

II Bakı Beynəlxalq Kukla Biennalesinin təşkilatçıları:

Qeyd edək ki, “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesinin sonunda mükafatlandırma mərasimi keçirilib. Ardınca isə sərgi tamaşaçıların ziyarəti ilə davam edib.

 

S.Abdullayeva

525-ci qəzet.- 2013.- 7 noyabr.- S.7.