ÇƏKİR
Kəlbəcər gözəlinə
Kövrəlmə çiçəyim,ağlamağı
kəs,
Göz yaşın
gözümün yaşına
çəkir.
Ağlamaq dünyanı kövrəldə
bilməz,
Dünya göz yaşını başına çəkir.
Məni
bu səfərdən saxlama, gülüm,
Nə də qol-qanadım bağlama, gülüm,
Salamat dönməsəm – ağlama,
gülüm,
Görüm bu yollarda başım
nə çəkir?!
Demə
ki, ümidin zərrə qədərdir,
Zərrədən yapışmaq özü hünərdir.
Önümüzdə duran tərs gədələrdir,
Hələ dayıları döşünə
çəkir.
Qoy düşüm bu yolun izinə doğru,
Doğma
Kəlbəcərin özünə
doğru,
Can atıram ömrün yazına doğru,
Zalım həyat isə qışına çəkir.
Çoxdandı gözləyir bizi
o yerlər,
Elə alışaram: yanar, yer mələr.
Bir də görərsiniz uca zirvələr
Qənbəri sürmə tək qaşına çəkir.
Mart, 1996
DÖNDÜ
Bir zaman gözümdə elə ucaldın,
Hər kəlmən,
hər sözün qüdrətə döndü.
Neçə minnət ilə
aldığım busə
Ağzımda bal oldu, şərvətə döndü.
Uzaqdan olsa da, səni
görməsəm,
Ürəyimdə danışmasam, gülməsəm,
Dözməyirdim qonşunuza gəlməsən,
Hər günüm,
saatım həsrətə
döndü.
Əməllərin danışıldı yanımda,
Qənbərəm, yox oldu din-imanım
da.
Məhəbbət alovu söndü
canımda,
Sən üçün
tükənməz nifrətə
döndü.
YENƏ
Fikir məni çulğamışdı,
Xəyalıma gəldin yenə.
Gördüm qara gözlərini,
Xəfif-xəfif güldün yenə.
Baxdım
məxmər yanağına,
Zənəxdanda buxağına.
Nəğmə gəldi dodağına,
Kədərimi sildin yenə.
Deyəsən göydən enmişdin,
Bənövşəyə bürünmüşdün
Necə
gəlib görünmüşdün
Elə də yox oldun yenə.
Həyatın sonu catdırıb,
Ömür xoş günlər
itirib,
Qənbərə nələr yetirib,
Əhvalını bildin yenə.
YUSİF
Təbrizli balabançı Yusifə
Müdam
gözü yaşlı
olubdu Dilqəm,
Sən ona qoşulub ağlama, Yusif!
Ondan əl çəkməyib
heç vaxt dərdi-qəm,
Belə
həzin-həzin çağlama,
Yusif!
Əmrah
sazda tanıtdırdı
barmağı,
Kamanla yayıldı
Habil sorağı.
Kamil də qaboyda söylədi ağı,
Sənsə balabanla dağlama,
Yusif!
Yurd-yuva
həsrəti bizi qocaldıb,
Görüşümüz bir az dərdi
azaldıb.
Kədəri, qüssəni belə
ucaldıb,
Təbriz
yolumuzu bağlama,Yusif!
04.01.2013
DÖNƏSƏN
Yaxşı qızsan, xəta
səni görməsin,
Gedən yerdə zimistandan dönəsən.
Naməhrəm olsaq da diləyim budur:
Neçə-neçə toy-nişandan dönəsən.
Nə müddətdi meyli sənə sarıyam,
Mən də süsən-sünbül xiridarıyam.
Təkcə mənəm səni
gəzib, arıyan,
Üz tutduğun
o virandan dönəsən.
Şaxtadan, çovğundan, borandan
keçib,
Sədaqət uğrunda imandan
keçib,
Hər kəs yaddan çıxa, anandan keçib,
Sən görüşə
həmin yerdən dönəsən.
Bilirəm ki, neçə illər ötsə də,
Aramızda qaratikan bitsə də,
Köç eyləyib bu dünyadan getsə də,
İnanmıram sən Qənbərdən dönəsən.
VARDIR
Dağ kəndlərində mənzərə
Yenə bahar ətri alıb hər yanı,
Qoyunda, quzuda mələşmə vardır.
Günəşdə hərarət artıb, çoxalıb,
Bulaqla çaylarda birləşmə vardır.
Payızda xırdaca olan danalar,
Xeyli böyüyərək olub buğalar.
Göy çəməndən yeyib, dirçəlib onlar,
Hərdən-hərdən isə hölləşmə vardır.
Şaxtadan, borandan qalmayıb əsər,
Kimi bel götürüb, kimi də düsər.
Kimi göy-göyərti, kim bostan əkər,
Torpaq üzərində əlləşmə vardır.
Çıxıb əyinlərdən yun yapıncılar,
Toplaşıb bir yerə igid çobanlar,
Adətdir ki, bəhsə
girir cavanlar,
Göy çəmən
üstündə güləşmə
vardır.
Qar əriyib, yox olubdur – toz kimi,
Qatıq,
ayran qab-qacaqda buz kimi,
Ulaqlar qışqırır paravoz
kimi,
Atlar cana gəlib,
kişnəşmə vardır.
Qənbər
Şəmşiroğ
525-ci
qəzet.- 2013.- 16 noyabr.- S.24.