“Azərbaycan-Qazaxıstan” Dostluq
Cəmiyyəti bir sıra şəxsləri
mükafatlandırıb
Noyabrın 16-da Azərbaycanın
Aktau şəhərindəki Baş konsulluğun təşkilati
dəstəyi ilə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan
dostluq cəmiyyətinin 20 illik fəaliyyəti ilə əlaqədar
olaraq yubiley tədbiri keçirilib.
525.az-ın məlumatına görə, tədbir “Gülüstan” Sarayında cəmiyyət üzvləri, ziyalılar, dövlət və diplomatik korpus nümayəndələri, elm, təhsil və incəsənət xadimlərinin iştirakı ilə baş tutub.
Ulu öndər Heydər Əliyevin adını daşıyan, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində, Azərbaycanın Qazaxıstanda təbliği və yüksək səviyyədə təmsil olunmasında, xüsusi ilə iki ölkənin ictimai elitası arasında əlaqələrin genişlənməsində Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin əvəzolunmaz rolu olub.
Tədbir zamanı cəmiyyətin fəaliyyəti dövründə öz töhvəsini vermiş şəxslərə cəmiyyətin prezidenti Eldar Günaydın tərəfindən müxtəlif fəxri fərmanlar təqdim edilib.
Tədbirdə Qazaxstanın Azərbaycandakı səfirliyinin konsulu Məqsəd Nurmaqambetov çıxış edərək, iki ölkə arasında, xüsusən də, Manqistau vilayəti ilə bağlı fəaliyyətlərinə görə ölkəmizin yeddi nüfüzlu şəxsinin Qaxazstanın Manqistau vilayətinin 40 illik yubileyi ilə əlaqədar təsis olunmuş medallarla təltif olunduğunu bildirib və həmin medalları təqdim edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin sədri Eldar Günaydın, cəmiyyətin vitse-prezidentləri - xalq yazıçısı Çingiz Abdullayev, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov və Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyasının prezidenti Rafat Əliyev qeyd olunan medallarla təltif olunublar.
Tədbir zamanı rəssamlar Nadir Çopuroğlu, Təranə Məmmədova və Ələkbər Məmmədovun əsərləri nümayiş etdirilmiş, rəqs qrupları və vokal ifaçılar çıxış ediblər.
Aqil
525-ci qəzet.-
2013.- 19 noyabr.- S.2.