İsgəndər Muzbeqin
(Kosovo)
İsgəndər Muzbeq 19 dekabr 1947-ci ildə Kosovonun Prizren şəhərində
anadan olub. 1974-cü ildə Priştine Universitetinin Hüquq fakültəsini bitirib.
1969-cu ildən Priştinedə
çıxan "Tan" qəzetində
əmək fəaliyyətinə
başlayıb, daha sonra Prizren şəhər
bələdiyyəsində çalışıb. İlk şeirləri
hələ orta məktəbdə oxuyarkən
Makedoniyanın paytaxtı
Skopye şəhərində
çap olunan "Sevinc" dərgisində
yayımlanıb. Çağdaş Kosovo türk ədəbiyyatını
beynəlxalq poeziya festivallarında layiqincə
təmsil edib. Hazırda o, Prizrendəki
"Doğru Yol"
incəsənət mərkəzində
çalışır.
YALNIZLIQ
Gözlərdə bir az
kədər
Bir az yalnızlıq
və keçən ilin sarı mövsümündən
bir xatirə
içində bir az istək
bir az ümid
və gəlmədi gəlməyəcək kimi
ürəklər daş bağlamış
o ağaç hələ çiçək açmadı
daşa dəydi damarlar
Hələ çox üzüləcək
bu ağacın sahibi
Çox-çox erkən dönür
daş dövrü
daş dövrü bir son kimidir
ölüm örnəyi
kimi
solan günəbaxan çiçəklərinin ardından
görünür.
QORXU
Bu gün sizi savaşa
çağırıram
Bəxtəvərlik savaşına
Qəsdən
Əngəlləri aşmalıyıq bərabər
Türkü ilə başlamalıyıq
səfərə
şam ormanlarını
qaça-qaça keçməliyik
Bələyimizdə biçilsin buğdalar
Düyü tarlaları sulansın
günün günorta
çağı,
Sizi bəxtəvərlik
savaşına çağırıram.
mağaralardan uzaq mağaralar
Çağırır bizi yüzlərcə Ana Vətən
Yanında tək vətən
Mağaralara dönməmək üçün
Bəxtəvərlik savaşına çağırıram
sizi.
Günün günorta çağı.
DAŞ ÜRƏKLİ
daş ürəkli bir adam var
dünyanın dönməsi
ona bağlıdır.
onsuz nə sular axar, nə
Günəş çıxar.
onsuz duzsuz olur yeməklərimiz
daş ürəkli bir adam var
qarışqa
çalışmaq üçün
ondan izn alar
kosmosa gedib-gəlmək
üçün
onsuz dadsız olur içdiklərimiz
o adam hər şeyi
biləndir
söyləsən söz dinləməz
div aynasında
görür özünü
daş ürəkli olduğunu bilməz.
XİROSİMAYA VURUR DƏNİZ
Şərqdən illərdir gəlir səsi
türkünün
ağlaşmanın
Xirosimaya vurur dəniz.
qaça bilirmi kişi topraqdan başqa yerə
ağaclarsız
çiçəklərsiz
Xirosimaya vuru
r dəniz.
bir adam gəldi
əlində alın yazısı
qara günləri
Xirosima qaçdı dənizdən.
BİTMƏYƏN
ŞEİR
bitməyən bir şeirdir alın yazımız
ən gözəl röyaları göstərir
ən acı xatirələri yaşadır bizə
neçə kərə könlümüz dolub-daşar
neçə kərə yalnızlıq türküsünü
söylər dodaqlarımız
Bitməyən bir şirdir alın yazımız
əruz vəznində
heca vəznində
özgürlüyə can atar bu günümüz
unutdurur əski eşqimiz
unudular yarıda qalan son eşqimiz
bitməyən bir şeirdir alın yazımız
yenidən başlar sevinclər başdan
çiçək açar acılarımız
titrəyən bir yarpaqdır alın yazımız
bir qovaq yaprağı son baharda
quru, sarı
qapılırıq axışına
bir dağ çayının
düşürük içinə
ölüm torunun.
Azərbaycan türkcəsinə uyğunlaşdıran
Akif ƏhmƏdgil
525-ci qəzet.- 2013.- 19 noyabr.- S.8.