Minskdəki yaradıcılıq festivalında Azərbaycan da təmsil olunur

 

 

Minsk şəhər ratuşasında xarici tələbələrin "Fest-ART.by" X Respublika yaradıcılıq festivalının təntənəli açılışı olub. Festival Belarus Respublikasının Təhsil Nazirliyi, Uşaq Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub. Festivalın devizi belədir: "Dünya gəncləri: yaradıcılq təhsil vasitəsilə ünsiyyət".

Belarus Azərbaycan İcmaları Konqresinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində Belarus Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Belarus Respublikasındakı səfirlər diplomatik missiyaların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları dekanları, həmçinin Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin nümayəndələri iştirak ediblər. Belarus Respublikası təhsil nazirinin müavini Viktor Yakjık və MDB iştirakçısı olan dövlətlərin Gənclərin işləri üzrə şurasının sədri, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirakçıları salamlayıb. Belarus Respublikasının Azərbaycan İcmaları Konqresininonun gənclər şöbəsinin dəstəyi ilə Belarus Dövlət İqtisad Universitetinin azərbaycanlı tələbələri festivalın açılışında xalq çalğı alətlərini, milli geyimləri, Azərbaycan xalçaçılığının miniatür nümunələrini, qədim qabları və Azərbaycan şirniyyatını nümayiş etdiriblər.

Milli sənət nümunələri sərgisindən sonra bayram konserti olub. Konsertin hər bir iştirakçısı mahnı və rəqslərdə, rus dilində söylədiyi monoloqda öz ölkəsinin mədəni koloritini təqdim edib. Belarus, Çin və Azərbaycandan olan tələbə və məzunlardan ibarət aparıcılar kvarteti də beynəlmiləl xarakter daşıyıb. Azərbaycanı öz milli geyimində Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsinin sədri Elvira İmanova təmsil edib.

Mədəni mübadilə bir ay ərzində kulinariya sənəti və xalq rəqsləri üzrə ustad dərsləri zamanı davam etdiriləcək. Forumda Belarusun ali məktəblərində təhsil alan solo ifaçılar və yaradıcılıq kollektivləri - Azərbaycan, Venesuela, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Çin, Nigeriya, Rusiya, Türkmənistan, Türkiyə və Ukraynadan olan tələbələr iştirak edəcəklər.

Festival çərçivəsində "Yüz sima - gənclər tarix və mədəniyyətdə" fotosərgi müsabiqəsinin, "Planetin insanları: dialoqlar" videomüsahibə müsabiqəsinin, "Yaradıcılıq prizması" maarifləndirici videolayihə müsabiqəsinin, "Zəmanəmiz - təşəbbüs" innovasiya layihələri və informasiya - metodiki materiallar müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. "F-ART.by" respublika festivalının regional mərhələsi kimi Qrodno Universitetində də xarici tələbələrin yaradıcılıq festivalı başlanacaqdır. Üç həftə ərzində müxtəlif xalqların mədəniyyət günləri keçiriləcəkdir.

Hazırda Belarus Respublikasının ali məktəblərində 95 ölkədən 14 min nəfərdən çox gənc təhsil alır. Dekabrın 17-də Belarus Milli Kitabxanasında festivalın təntənəli bağlanışı olacaq, ona yekun vurulacaqlaureatlar, habelə festivalın fəal iştirakçıları mükafatlandırılacaqlar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 19 noyabr.- S.7.