AMEA Folklor İnstitutu Ağcabədidə elmi konfrans keçirib

 

AMEA Folklor İnstitutu Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 15-də Ağcabədi şəhərində "Qarabağ folkloru: problemlər, perspektivlər" mövzusunda II respublika elmi konfransı keçirilib. Konfransın məqsədini Qarabağın qeyri-maddi mədəni irsinin mühafizə imkanları, onun toplanması, tədqiqi nəşri, eləcə dünyaya tanıdılması prosesindəki problemlərin müzakirəsi bu sahədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi təşkil edib.

Plenar iclasda Folklor İnstitutunun direktroru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov konfransın məqsədindən, onun 2012-2013-cü illərdə həyata keçirilmiş "Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi dəyərləndirilməsi" layihəsinin tərkib hissəsi olmasından, qeyri-maddi mədəni irsin, o cümlədən milli-mənəvi dəyərlərin qorunması təbliği istiqamətində əhəmiyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib. Məruzədə o da vurğulanıb ki, Qarabağa həsr olunmuş I konfransda olduğu kimi, II konfransda da Folklor İnstitutunun toplama, tərtib nəşr sahəsindəki uğurlu işlərindən biri sayılan 6 cildlik "Qarabağ: folklor da bir tarixdir" toplusu dəyərləndirmənin başlıca obyektlərindən biri kimi götürülüb. M.İmanov bildirib ki, Folklor İnstitutu, bundan əlavə, Qarabağ musiqisindən xalq oyunlarından ibarət üç disk buraxıb. Layihə çərçivəsində çap olunmuş kitablarda 200-dən artıq mifoloji mətn, 1000-ə yaxın əfsanə rəvayət, 300-dən artıq nağıl, 360 lətifə, 607 atalar sözü məsəl, 2000-ə yaxın bayatı, bunlardan əlavə, laylalar, oxşamalar, uşaq folkloruna dair nümunələr, bölgədə yaşayan tayfaların məişətinə, tarixin dair maraqlı məlumatlar toplanıb, oxuculara təqdim edilib. Bu layihə sayəsində bir çox folklor personajları süjetlər haqqında təsəvvürlər dolğunlaşıb, həmçinin yeni süjet variantlar hesabına Azərbaycan folkloru daha da zənginləşib. Müəyyən edilib ki, çap olunmuş 300-ə yaxın nağıl içərisində 50-dən çoxunun başqa xalqlarda qarşılığı yoxdur onlar Beynəlxalq Nağıl Göstəricisinə düşməyib. Bu layihə sayəsində Abdal Qasım, Aşıq Abbas, Bic Paşa, Lotu Əmirqulu kimi hazırcavab adamlar haqqında maraqlı lətifələr yazıya alınaraq Azərbaycan folkloruna yeni lətifə personajları qazandırılıb. Layihənin icrası zamanı bölgənin folklor örnəkləri toplanılmaqla yanaşı, həm burada yaşayan tayfalar, nəsillər, onların tarixi, məişəti, etnoqrafiyası haqqında zəngin məlumatlar da yazıya alınıb. Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynaq təşkil edəcəkdir. M.İmanov çıxışında bildirib ki, İnstitutun əməkdaşları Əylanlı qaçaqları, Sarıtel Aslan, Qaçaq Süleyman, Qaçaq Camal, Xanalı, Kürdoğlu Məhəmməd, Qaçaq Səfo digər qaçaqların fəaliyyəti, taleyi haqqında şifahı ifadan onlarla rəvayət xatirə qeydə almış ilk dəfə üzə çıxarılan bu materiallar bölgədəki qaçaqçılıq hərəkatının öyrənilməsində əhəmiyyətli mənbə olacaq. Məruzədə qeyd olunub ki, layihə çərçivəsində görülən işlərin mühüm nəticələrindən biri Əli Süleymanov (Ağdamın Ətyeməzli kəndi), Musa Bayramov (Bərdənin Seyid Yusifli kəndi), Narış Bayramova (Ağcabədinin Afşar kəndi) başqa usta söyləyicilərin - Qarabağın sinədəftər adamlarının üzə çıxarılmasıdır. Haqqında, ötəri olsa, danışdığımız folklor örnəklərinin xeyli hissəsi həmin adamların dilindən qeydə alınıb.

Məruzənin sonunda göstərilib ki, çap olunmuş kitablar Qarabağ folklorunu hələ tam əhatə etmir. Gələcəkdə Qarabağın rayonlarını daha birneçə sistemli toplamaya cəlb etməklə, bölgə folklorunu tam əhatə edəcək yeni-yeni toplular ortaya qoyulmalıdır.

 

Plenar islasdan sonra konfrans bölmələrdə öz işini davam etdirib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, professor Qəzənfər Paşayev, AMEA-nın müxtəlif institutlarını təmsil edən alimlər, Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2013.- 20 noyabr.- S.7.