Tofiq Kazımovun 90 illiyi ədəbi-bədii gecə ilə qeyd edilib

 

 

Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi  

Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə İ.Əbilov adına Mədəniyyət Mərkəzində ədəbi-bədii gecə keçirildi.

Ədəbi-bədii gecə xalq artisti, rejissor Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin bədii rəhbəri M.Əskərov açdı.

Tədbirdə Respublikanın xalq artisti, professor, rejissor Ağakişi Kazımov, Teatr Xadimləri İttifaqının sədri, Respublikanın xalq artisti, professor Azərpaşa Nemətov, Xalq artisti, Dövlət Mükafatı laureatı T.Kazımovun tələbəsi Ramiz Məlikov, Əməkdar Mədəniyyət işçisi, Milli Dram Teatrının ədəbi-bədii hissə müdiri Atababa Hacıbabayev, Xalq artisti , T.Kazımovun tələbəsi Hacı İsmayılov və Əməkdar artist Əminə Babayeva T. Kazımovun həyat və yaradıcılığından və Milli teatr sənətinə bəxş etdiyi tamaşaları haqqında danışdılar.

Ədəbi-bədii gecədə “Oğuzlarfolklar ansamblı, Şuşa Musiqili Dram Teatrının solisti Nigar Rəhimova, Aşıq Elçin Rəşidoğlu, “Könülxalq rəqs ansamblı, Mədəniyyət Mərkəzinin “Vurğun” teatrı və bədii özfəaliyyət kollektivi çıxış etdi

 

S.Abdullayeva

525-ci qəzet.- 2013.- 20 noyabr.- S.7.