Mübarək
Bayramın mübarək, Natəvan
xanım!
Hər yaşda həm müdrik, həm cavan xanım!
Doğuldun, böyüdün Daş
Salahlıda,
Varmış qismətində şərəf,
şan, xanım!
Deyirlər Natəvan Dəmirçioğlu
Uşaqla uşaqdı, böyüklə
ulu.
Bəzən yuxularda görür-özünü,
Qazağdan Bakıya gətirən yolu.
Maarif ocağın - Universitet,
Əqidə çırağın - təmiz
dəsti-xətt.
Dünya
vətəndaşı olmaqdan
ötrü
Sən yenə gəncliyə millilik örrət!
Efirdən aləmə yayılır
səsin,
Güney Azərbaycan eşidir bizi.
Eşidir
Türkiyə, İraq,
Misir, Çin...
Cahan tanıyacaq kimliyimizi!
Fəsillər arxada, fəsillər
öndə:
Sağalmır işğalın vurduğu
yara...
Danış rus, ingilis, fars dillərində,
De ki, haqsızlığı
qoyun kənara!
"Yetim" - atasızlıq
haqqında dastan,
Oxuyub kövrələr
daş qəlbli insan.
Oxuyub, anladım başqa toplunu
Nə üçün
"Üç nöqtə"
adlandırıbsan.
Natəvan adına salonda o gün
Nitqini bəyənib məşhur yazarlar;
Çünki kəlamlarla doluydu köksün,
(Mənalı söhbətə qulaq asarlar).
Deyirlər yox şərti, yox təmənnası,
Saflıq, xeyirxahlıq soykök irsidir;
Nuranın, Nurlanın alim anası
Hamının əzizi, sevimlisidir.
Bərk narahat idi Hüseyn qağa:
-Ailə yükünü Şahdağa tən bil!
Dünən tələsirdim çörək almağa,
Çıxdın "Favorit"dən əlində zənbil.
Ölkə, el istəyir təzə söz, əsər,
Gedirsən zirvədən-zirvəyə doğru:
Əsrin sonunda da söyləyəcəklər:
"Yaşasın Natəvan Dəmirçioğlu!"
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2013.- 21 noyabr.- S.8.