Strasburqda Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb

 

 

 

Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat yaradıcılığına həsr olunmuş sərgi açılıb. Fransadakı səfirliyimizdən verilən məlumata görə, aparıcı Alen Tremolier Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda təşkil edilən sərginin dahi Azərbaycan şairi filosofu Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunduğunu, söz incisi ustadının əlyazmalarının dünyanın müxtəlif muzey kitabxanalarında, o cümlədən Strasburq milli kitabxanasında universitetində qorunub saxlandığını bildirib, doğulduğu heç vaxt tərk etmədiyi doğma şəhəri Gəncədə əbədiyyətə qovuşduğunu diqqətə çatdırıb. N.Gəncəvinin şairliklə bərabər astronomiya, kimya, tarix, təbabət digər elmlərlə məşğul olduğunu, səkkiz əsr bundan əvvəl yaşamış şairin ideyalarının bu gün belə aktuallığını itirmədiyini bildirib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Şərq intibahının ən parlaq simalarından biri olan Xll-Xlll əsrlərdə yaşayıb yaratmış Nizami Gəncəvinin beş poemasının toplandığı "Xəmsə"nin bu gün aktuallığını saxladığını, şairin ölməz ideyalarının bəşəriyyətə bələdçilik etdiyini vurğulayıb. Səfir şairin azadlıq, bərabərlik qardaşlıqla yanaşı, dünyəvilik, qadınlar kişilər arasında bərabərlik kimi universal ideyalarının əsrlər boyu yaşadığını, Qərb cəmiyyətinin bu prinsiplər üzərində qurulduğunu bildirib. Şairin əlyazmalarının dünyanın tanınmış kitabxanalarında saxlandığına diqqəti cəlb edən səfir Nizami Gəncəvinin doğma şəhəri Gəncədə onun mavzoleyinin ucaldıldığını, Bakıdakı Ədəbiyyat Muzeyinin şairin adını daşıdığını, anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını, xatirəsinin bir çox xarici ölkədə anıldığını diqqətə çatdırıb. E.Əmirbəyov N.Gəncəvi əsərlərinin yenidən nəşr olunması müxtəlif dillərə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın böyük rol oynadığını xüsusi vurğulayıb, dahi şairin əsərlərindən gələn ideyaların Azərbaycan Fransa xalqlarının yaxınlaşmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 "Xll XXl əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvinin (1141-1209) əsəri" layihəsinin Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının, Strasburq Universiteti milli kitabxanası administrasiyasının birgə əməkdaşlığı sayəsində reallaşdığını deyən səfir sərginin Strasburqda üç ay davam edəcəyini bildirib, yerli sakinlərin Nizami Gəncəvi əsərləri onun doğma şəhəri Gəncə barədə ətraflı məlumat əldə edəcəklərinə əminliyini vurğulayıb.

Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının rəhbəri Alən Hoss Strasburq Universiteti milli kitabxanasının inzibatçısı Alber Puaro çıxışlarında Nizami Gəncəvinin bütün dünyada qazandığı şöhrətdən, bəşəri ideyaların zənginləşməsinə verdiyi töhfələrdən danışıb, əsərlərində İbn Sina, Asadi, Firdovsi, Sənai kimi tarixi şəxsiyyətlərin adlarını çəkməsinin şairin ədəbi fəlsəfi fikirlərinin dərinliyindən irəli gəldiyini, onun 850 illiyi ilə əlaqədar 1991-ci ilin UNESCO tərəfindən "Nizami Gəncəvi" ili elan olunduğunu, 889 hicri tarixinə (1484) aid olan bir əlyazma nüsxəsinin Strasburq Universiteti milli kitabxanasında saxlandığını qeyd edib.

Sərgidə Nizami Gəncəvinin həyat yaradıcılığını, doğulduğu Gəncə şəhərinin keçmişini bu gününü əks etdirən fotolar, şairin əsərlərinə çəkilmiş müxtəlif illüstrasiyalar, yaşadığı dövrə məxsus dulusçuluq misgərlik nümunələri, geyim bəzək əşyaları nümayiş olunub. Sərgi konsert çərçivəsindən Heydər Əliyev Fondu tərəfindən N.Gəncəvi haqqında hazırlanmış nəşrlər təqdim edilib. Sərgidən sonra dahi şairə həsr olunan konsert proqramında professor Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Musiqi Alətləri Orkestrinin müşayiəti ilə incəsənət ustaları Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin sözlərinə bəstələdikləri romansları xalq mahnılarını ifa edib, şairin poemalarından parçalar fransız dilində səsləndirilib.

Sərgi konsert strasburqlu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi konsertdə Alzas regionunun rəsmləri, şəhər ictimaiyyətinin nümayəndələri, bir çox ölkənin Avropa Şurası yanındakı daimi nümayəndəliklərinin rəhbərləri əməkdaşları, Strasburqda akkreditə olunan diplomatik korpusun üzvləri, diaspor təmsilçiləri tələbələr iştirak ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 21 noyabr.- S.7.