BEH...
Əbədi sevgidir bizim sevgimiz,
bir ömrə ortağıq, bir eşqə möhtac,
Vətənlə ər-arvad deyilik
ki, biz-
savaşıb ayrılaq,
peşman qayıdaq.
Doğuldum, torpağım ana
olunca
adımı çiçəyə,
gülə yazdırıb,
zərif göbəyimi
kəsən mamaça
Vətən torpağını dərin
qazdırıb.
Yazılar həm yalan, həm də ki, gerçək,
tarixim tələsib, geriləyibdir,
canımnan kəsilib
dəfn olan göbək
məzar yerim üçün beh verilibdir.
Bir az Kürünküyəm,
bir az Arazın,
Vətən məhəbbəti qəribə
ovsun,
qəbrimi dağların
döşündə qazın-
göylərin dayağı
başdaşım olsun.
Burdan izim getməz, adım silinməz
Vətən savaşlarda məni
qırmadı,
torpağım məzarlıq
yer əsirgəməz-
dünyaya gələnnən
behim ordadı...
26.X.2013
İLLƏR-GÖZƏLLİK
QƏNİMİ...
... bilmir, yoxsa
bilə-bilə
əhvalımı sənsiz
pozur?
adını qumlu sahilə
mən yazıram, dəniz pozur.
eşidərmisən ünümü,
hayana tutum yönümü?
İllər-gözəllik qənimi,
saç ağardır,
bəniz pozur.
tərk edəndə Vətənini
yedik quşların dənini,
Tanrım,
Yerin düzənini
burdakı bəndəniz
pozur!
daşıyar el çiyinləri
bu dünyadan köçənləri,
bəzən-yaxşı keçənləri
ağır illərimiz
pozur.
sevgi məndə çiçək əkir,
Hicranlardan zülmət çökür,
kor taleyim qələm çəkir-
görmür: "Vahid
Əziz" pozur...
14.XI.2013
AĞLIMA
GƏLMƏZDİ
"YETMİŞƏ"
ÇATAM...
... yaxası əlimə
keçmir ki, tutam-
vaxt məni heyimnən niyə salar ki?
Ağlıma gəlməzdi "Yetmişə"
çatam-
ikicə ilim var, nəyim qalar ki!
Gənclik köhlənimin boşaldı
tərki -
üzümə qayıtdı,
çatırmış ərki!
Saç gedib, saqqalın dəyişdi rəngi.
özümnən savayı
nəyim solar ki?
Bizlər
- bu cahana mehman olanlar,
Hardasız, "Dünyanı satın
alanlar?",
Duydumu sevgini ələ salanlar -
adamı özünnən
elə alar ki!
Sən deyən dəyməsəm-
gülüm, "kal"
demə,
"Axirət" bəyənməz-bezə
"şal" demə!
İlandı - "dostumdu koramal"
demə,
bassan quyruğunu-elə
çalar ki!
Həyat
uzandıqca qısalar
boyu,
dönər körpəliyə,
dəyişər huyu,
insan-öz içinnən
quruyan quyu,
can sulu olmasa necə
dolar ki?
Dünyada səadət hökümran
olsun,
sərvət, Vahid Əziz, sağlam can olsun,
qızıldan hörülmüş
xaniman olsun,
nəfsin viran etsə, elə olar ki...
16.XI.2013
O
VAXTDAN...
Məndən taleyimə kim qeybət qırıb?-
su içmir gözünnən-gözüm o vaxtdan,
kardı, ya özünü karlığa
vurub?-
çatmır qulağına
səsim o vaxtdan.
Gəzirəm-duyğular deyir: "Arama!",
susmağı hirsimi çəkir tarıma,
sazım da uyuşmur barmaqlarıma
nə mizrab o vaxtdan, nə sim o vaxtdan.
Dolanmır bağımda - nə
səs, nə səmir,
bahar yada salmır, payız istəmir,
bilirəm, heç
harda, heç kəs gözləmir-
solan şəkillərdir
bəsim o vaxtdan.
Özümmü bəlayam, daşımmı
ağır,
adımmı qorxulu, bəxtimmi fağır?
Gördüm ki, ümid də birtəhər baxır -
söz verdim; hər şeyə dözüm o vaxtdan.
Beləcə-aradan keçib neçə
il,
bəxt mənim olsa da vaxt
mənim deyil!
Yox, gülüm, çırağım
işıqsız deyil-
tutub şüşəsini
hisim o vaxtdan.
Vaxt olur coşuram, sığmıram yerə,
arxamca daş atır bir cürə
hərə!
O qədər dağ aşdım, o qədər
dərə-
Səpilib dünyaya izim o vaxtdan.
Dindir, Vahid Əziz, dərdimi bölüm,
dünya seyrangahım,
göylər mənzilim,
barı siz dönməyin, ay obam-elim,
Vətən ocağında közəm
o vaxtdan...
08.X.2013
SƏNİN
"KƏRƏMİNNƏN"
OLMAZ,
ƏDALƏT...
Ustad sənətkar qazaxlı aşıq Ədalət Nəsibova
... neynək, keçmiş
olsun özgə dinindən-
qan salar sevginin qırdığı
qələt!
Əsliyə yazıqlar, Keşiş
cəhənnəm,
sənin "Kərəmindən"
olmaz, Ədalət!
Dağlar
huşa gedib, Ay bədirlənib,
o qədər başlara havalar gəlib!
Sən olan məclisdə cəsarət edib
abırlı "Kərəmi"
çalmaz, Ədalət!
Baxma ki, yerlərdən göyə zənn edər-
bayılıb özünnən Göyəzən
gedər,
yaşlar həm ürəknən, həm üznən gedər,
Fələk də biganə qalmaz, Ədalət.
Ustad, qüdrətinə o vaxtdan
matam-
Huri mələkmiydi sinənə
yatan!
Meydan sulayanda hər mizrab tutan-
kim səni yadına salmaz, Ədalət?!
Vurğun
qalmadısa, hər gələn-gedər,
yandı Vahid Əziz Kərəmnən
betər,
Fələkdir, məni də bəlkə itirər,
səni bu millətdən almaz, Ədalət.
"Yanıq Kərəmi"ndən
olmaz, Ədalət...
16.XI.2013
OĞUL...
Qoymayın hər yetən
barını dərsin,
hər nə cür olsa da-Vətəndi,
oğul.
sevən ürəklərdə
buğda göyərsin,
vələmir hər yerdə bitəndi, oğul.
Adı hər kişinin daşda oyulmur,
hər kəsin heykəli başda qoyulmur,
çoxdandı bülbülün
səsi duyulmur -
o vaxt Qarabağda ötəndi, oğul.
Dünyaya vaxtında gələnmi
xoşbəxt,
yoxsa, çıxarını
bilənmi xoşbəxt?
Sən bilən, Vətəndə
ölənmi xoşbəxt,
yoxsa, baş götürüb gedəndi,
oğul?
Yenə
qayğılarda açdım
səhəri,
hər an bir sınaqmış mənnən
ötəri!
Torpağa güc verən
zəhmətin təri,
yoxsa ki, gərəksiz bədəndi,
oğul?
Yadlar bilmədiyi sirrim qalmadı,
vaxt oldu başbilən dirim qalmadı!
Daha bölünməli yerim qalmadı -
günahkar hardakı
"dədəndi", oğul?
Gördün, haralardan keçmədi yolum?
Nə cür qəhərləri
içməli oldum!
Gözəl millətimin qurbanı
olum -
məni Vahid Əziz edəndi, oğul...
03.03.2013
BU...
Özü çinar boylu,
çiçək ətirli,
röyamı, gerçəkmi-hardan
gəldi bu?
Gözəllər-gözəli, güllərin-gülü,
Sancsa, bilərəm ki, qızılgüldü bu!
Bəxtə neynəmişdim - bu cür abartdı?
Tufanlar çağlatdı, sular qabartdı,
nazlıydı, özünü
bir az da
dartdı-
heyran olduğumu hardan bildi bu?
Qəlbinə boylandım; "sarsimlidir",
adını demərəm
- gül isimlidir,
dodağı hələ
də təbəssümlüdür,
gözümnən yayınıb
kimə güldü bu?
Payızda yaz ətri duydum havadan,
yanıma qonarmı
uçsam yuvadan?
Baş alıb beqafıl getsəm dünyadan,
ağlayan çox
olar: "Nədən
öldü bu?".
Gözəldir, bəlkə də
- imansız olar,
şimşək baxışları
odlara salar,
çoxdandı quraqlıq
keçir havalar,
məni alıb gedir -hansı seldi bu?
İçimi yeyərəm, can didim-didim,
dindirdi, deyəsən peşman elədim,
halımı soruşdu-iki
bənd dedim.
Dedi:
"aman Allah, necə
dildi bu!".
İstisi
yazlardan, yaylardan betər,
qış olsa, öpərəm - "əriyib
gedər",
payız da soldurmaz məhəbbət
qədər;
qəlbim gül açırsa, nə fəsildi bu...
16.XI.2013
DEYİLSƏ...
... yoxsulu bir
kimsə yadına salmaz-
dərdin qulaqları
şeşi deyilsə,
heç nə öz-özünə viranə
qalmaz -
kim yıxar, fələyin işi deyilsə?
Tərəzi düz çəkər,
daş olar əyən,
beiman olmasın qapını döyən,
döşünü döyərək:
"Kişiyəm!" deyən
mənim nə günahım kişi deyilsə?!
Harınlar görmüşəm var-dövlət boğan,
Haramnan yaxşıdı çörəklə-soğan,
əyri əl-əl çəkməz oğurluğundan-
kəsilən barmağın
beşi deyilsə.
Yazma,Vahid Əziz, dünya dirənib,
deyirlər Ayda da yerlər behlənib,
görən, qan içməyi hardan öyrənib,
insanın əcdadı
vəhşi deyilsə...
16.XI.2013
GƏNCLİK
XATİRƏMDƏ
BAKI
KƏNDLƏRİ...
Getdikcə azaldı qəmli
baxışlar-
qatarlar daşımaz gəlin qızları,
Şimşək təyyarələr, iti maşınlar
çəkdi vağzallardan
"Vağzalıları".
Dəmirli yolların altı
ağacdı,
gah soyuq, gah qızmar olar vaqonlar,
gördüm neçəsini
qoşuldu -qaçdı;
qaçırdan səs-küydü
"Elektriçkalar".
Hayıf,
ötən günlər
düşməzmiş ələ,
özgə cür görünər dünya
qatardan,
tramvay, "Elektriçka"
dostum da belə-
elə bil kinoya baxarıq ordan.
O vaxtlar nağıltək
qalar yadımda,
mininnən birində
maşın olardı,
ləngərli yam-yaşıl
"Elektriçkalar"
yollara duvaqlı kölgə salardı.
A gənclik xatirəm, Bakı kəndləri,
hanı səsli-küylü
ucuz qatarın,
bahalı maşınlar
çıxannan bəri
qaçıb vağzallardan
"Vağzalıların!".
Siz qızıl ömrümdən
yadigar gümüş,
uzaq illərimin xatirələri,
dəniz də görkəmin yaman dəyişmiş-
hər yerdə hasarlar sıxar Xəzəri!
"Vağzalı", hər
evə düşsün
ayağın,
Hər yanda sevgiylə gələsən dilə,
içində bu çılpaq unutqanlığın
yaxşı ki,
"Vağzalı" yaşayır
hələ...
27.X. 2013
Vahid Əziz
525-ci qəzet.-
2013.- 22 noyabr.- S.7.