İslamda din-dövlət münasibətləri
mövzusunda yığcam mülahizələr
İstər din, istərsə də dövlət anlayışları insanla bağlı, onunla var olan, onsuz varlığı düşünülməyən
anlayışlardır. Din və dövlətin,
fərd və toplum olaraq insanla əlaqəsinə nəzər yetirsək bir yandan insanın tamamladığı, digər
yandan insanı tamamlayan, şəkilləndirən bu iki anlayışın
bir-birindən ayrı,
müstəqil olaraq varlıq və işləkliklərini davam etdirib-etdirməyəcəklərinə
baxsaq, neçə vaxtdan bəri bu mövzuda təhlil və münaqişə aparan iki əsas qrup
görərik.
a) Fərd və toplum olaraq insan
həyatında, insan əlaqələrində din ilə
dövlətin bir-birindən ayrıla biləcəyini, ayrılmalı
olduğunu (laisizmi, sekulyarizmi) müdafiə edənlər.
b) Din və axirət işləri (inanc, ibadət, əxlaq) ilə dünya işlərinin(hüquqi, siyasi,
iqtisadi, sosial) insan həyatında bir-birindən ayrılmasının
mümkün olmadığını
və ayırılmaması
gərəkdiyini
müdafiə edənlər
(dinçilər, mühafizəkarlar).
İslam
dünyasında bu iki qrupun təmsilçilərinin,
yaxud Qərbdə mövzunu İslam dini baxımından araşdıranların referansları
eynidir.
İslam
dininin başlanğıcından müasir əsrə qədər İslam tarixini tədqiq edəcək olsaq, İslam dövlətinin
dindən
ayrılmadığını və dinin, dövlətin ən baş dayanağı olduğunu görürük.
Qədimdə alimlər
din işlərini tənzim edən hökmlər arasında ayrıseçkilik etməmişlər,
onların hamısına "şəriət
hökmləri" adını
vermişdilər. Dini, hüquqi
və ya idari işlərə aid olan hökmlər arasında fərq yoxdur. Bütün bu hökmlər, şəxslər üçün dəyişdirmə
ehtimalı olmayan bağlayıcı
hökmlər olaraq qəbul edilməkdə,
insanlar onları öz rizaları ilə tətbiq etməkdədilər. Din və
dövlətin ayrılığını
istəyən fikirlər
bizə yaddır, Avropadan idxal edilmişdir, eynən əşya idxalı kimi. Daha sonra, yayıldı
və bəziləri onun doğuşu və qaynağını araşdırmadan onu mənimsədilər. Bu fikir, çox qədimlərdən başlamış,
Roma dövləti zamanında,
hüquqi və ictimai baxımdan zirvəyə çatmışdır.
Xristianlıq, mənəviyyatdan
tamamən uzaqlaşmış insanın
ruhi tərəfini təmizləmək üçün
gəlmişdir. Bu səbəblə
Hz. İsa mücərrəd prinsip
olaraq, bəzi adət və vərdişlərdə boğulan
bu toplumun əxlaqını təmizləməyə
çağırmışdır. Xristianlıq yayıldıqdan
sonra, bu din və ondan çıxan
doğruluq və təmizliyə dəvət
edən ruhaniyyət və
əxlaq prinsiplərinin
təkbaşına sosial
həyatı tam olaraq
düzənləməyə əlverişli olmadığını
avropalılar gördü
və beləcə
din və dövlət
ayrılığı fikri
ortaya çıxdı.
Bu fikirlərin ortaya çıxmasını
yaradan faktlardan biri, kilsə və kilsə adamlarının, özlərinə
kralların iqtidarından
əksik olmayan iqtidar almalarıdır.
İdarəçilər dini, iqtidarlarına
qarşı çıxan
və ya kilsə iqtidarını tənqid edən hər şeydə məşhur bir qılınc halına gətirmişdilər və
beləcə din ilə
xalq arasındakı boşluq genişlənmişdir.
Şübhə yoxdur ki, İslam metod baxımından xristianlıqdan
fərqlidir. Bildiyiniz kimi,
İslamiyyət din və
nizamdır və hüququ, həyatın inanc, ibadət və düzənləmə
olaraq bütün tərəflərini ələ
almışdır. Bu səbəblə İslamiyyətin
xristianlıqla bu baxımdan fərqləndirilməsi,
təməllərinin fərqli
olmasıyla mümkün
deyildir. Xristianlıq
tarixi bəzi əsrlərdə dünyəvi
iqtidara bağlanmış,
azadlıqları boğmaq
üçün kilsə
iqtidarından kömək
alan hala
gəlmişdir. İslam isə
tarixi boyunca iqtidarın qarşısında
insanların istifadə
etdiyi bir yalın qılınc olmuşdur.
İstər türk və istərsə qeyri-türk millətlərin qurduğu dövlət və quruluşlarda görülən işlər, İslamda din-dövlət əlaqəsini bəlirləməkdə qaynaq olaraq istifadə edilmişdir. Bu dövlətlərin dünyəvi xarakterli olduğunu irəli sürənlər örfi hüquq, başçının səlahiyyəti, din və vicdan azadlığından hərəkət etməklə bu nəticəyə gəlmişdilər. Onlara görə:
a) Örfi hüquq: Örf, adət, ənənə və qanunnamələrə dayanan örfi hüquq şəriətdən müstəqildir. İdarəçilər bu hüquq çərçivəsində qanunnamələr çıxarmış, vergilər qoymuş, məhkəmələr qurmuşdular. Bütün bunlar edilərkən şəriətə istinad edilməmiş, şəriətin bu işlərə qarışmadığı inanc və prinsipindən hərəkət edilmişdir.
b) Bütün idarəçilər - ünvanı xəlifə olsun, hökmdar olsun, sultan olsun -məsləhəti əsas götürmüş, bu səlahiyyəti səltənət hüququndan aldıqlarını irəli sürmüşdülər.
s) Qurani-Kərimdə "Dində zor və basqı yoxdur. Artıq haqq ilə batil açığa çıxmışdır, o halda kim saxta tanrıları rədd edib Allaha inanırsa... (düzgün yoldadır) " buyurulmaqdadır. Əgər dövlət dinə bağlı olsaydı, təbəənin də bu dinə mənsub adamlardan olması gərəkirdi. İslamda dövlətin və siyasətin dindən ayrı ola bilməyəcəyini, dini təlimatın xaricə çıxa bilməyəcəyini irəli sürənlər yuxarıdakı iddialara cavabı verməkdədirlər.
İnsanların dünya həyatını təşkil edən qaydalar, sosial, siyasi, hüquqi və iqtisadi qurumlar, əlaqələr dayanmadan dəyişir, bu dəyişim insan təbiətinin əvəzedilməz bir dəyəridir. Bu gün bütün müasir dövlətlərin konstitusiyalarında yer almış, insanlar tərəfindən vazkeçilməz olaraq qəbul edilmiş təməl haqq və azadlıqlar vardır. Qayda və qanunların, insan həyatına, mədəniyyətinə paralel olaraq durmadan dəyişdiyi bir gerçəkdir. Bunları özündə cəmləşdirməyən bir dinin dövlət və siyasət həyatına hakim olması düşünülə bilməz. Bir başqa gerçək də tarix boyunca müsəlmanlarda dəyişmədən gələn bir çox inanc, düşüncə, duyğu və dəyərlərin olmasıdır. İslamda inkişaf mahiyyətində olan və qaçınılmaz olan hər hansı bir dəyişməni önləyən, bunu dinə zidd sayan heç bir qayda yoxdur. İslamda siyasi, sosial, iqtisadi və hüquqi sahələri yerbəyer edən qaydalar uzun zaman, daha çox fiqh kitablarında yer almışdır. Bu qaydaların ən az dörddə üçü ayət və hədisə deyil, ictihada dayanmaqdadır. İctihad bir fikir, düşüncə, dəyərləndirmə və tətbiqetmə işidir. Bəşəridir, müqəddəs deyildir, dəyişə bilər, hər zaman yeniləri yaradıla bilər.
Seymur TAĞIYEV
Zərdab rayonu
525-ci qəzet.-
2013.- 22 noyabr.- S.6.