Akademikin 85 illiyinə həsr olunan konfrans keçirilib  

 

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunan "Neft-qaz sahəsində qeyri-Nyuton sistemləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki günlük tədbir Riyaziyyat Mexanika İnstitutu, Azərbaycan Respublikasə Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası Başqırdıstan Respublikası Elmlər Akademiyası tərəfindən təşkil edilib.

AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri açaraq bildirib ki, görkəmli elm xadimi, texniki elmlər doktoru, mərhum akademik Azad Mirzəcanzadənin Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olub: "Unudulmaz alim ölkəmizin hazırkı inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib".

Sonra ARDNŞ-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, mərhum alimin həyat elmi fəaliyyəti barədə geniş nitqlə çıxış edib. Beynəlxalq elmi konfransda energetika naziri Natiq Əliyev, ADNA-nın rektoru Siyavuş Qarayev, BREA-nın prezidenti Ramil Baxtizin çıxış ediblər.

Sonda digər qonaqlar çıxış edərək mərhum akademik haqqında xatirələr söyləyiblər. Müxtəlif seksiyalarda işini davam etdirən konfrans noyabrın 22-də başa çatacaq.

 

Tofiq Hacı

Azad Azərbaycan.- 2013.- 22 noyabr.- S.5.