Mərdliyin profilləri

 (Con F.Kennedi )

 

 

Müqəddimə

Con Kvinsi Adams və onun Federalist partiyaya qarşı mübarizəsi barədəki bir mətni ilk dəfə oxuyan vaxt – mən Senata daxil olmamışdan çox-çox əvvəl – seçici təzyiqləri ilə üzləşdikdə siyasi mərdlik problemləri ilə maraqlanmışdım. Keçmişin dövlət xadimlərinin həyatları həmin problemlərə işıq salır. Hospitalda olduğum və 1954-cü ilin oktyabrında kürəyimdəki cərrahiyyə əməliyyatından sonra sağalmanın uzun dövrü, oxuduqlarım və tədqiqatlar bu layihədən ötəri lazım olan ilk imkanı verdi.

Mən professional tarixçi deyiləm, faktların və mühakimələrin bütün səhvlərinin müstəsna olaraq özümə məxsus olmasına baxmayaraq, istərdim ki, mənə bu cildi hazırlamaqda kömək edənlərin hamısına səmimi minnətdarlığımı bildirim.

Mən görkəmli amerikan institutu – Konqressin Kitabxanasına xüsusi minnətdarlıq hissi ilə borcluyam. Vaşinqtonda olmadığım çox aylar ərzində, Kitabxananın Qanunvericilik zəmanəti və borc vermə şöbəsi kitablar barədə mənim bütün xahişlərimi təəccübə layiq bir sürətlə və nəzakətlə yerinə yetirdi. Nəşr və foto şöbəsindən olan Milton Kaplan və Virciniya Deyker mümkün olan illüstrasiyalar barədə təkliflərə daha çox köməklik göstərdilər. Kitabxana işçilərindən doktor Corc Qallovey və xüsusən doktor Uilyam R.Tansill kitaba daxil etmək üçün nümunələrin seçilməsində mühüm yardım etdilər. Bunu həmçinin “New York Times” qəzetindən olan Artur Krok və Uilyam kollecindən olan Ceyms Makqreqor Börns etmişdi.

Minnesota universitetindən professor Con Bistrom, Nebraskanın keçmiş baş prokuroru S.L.Sorensen və Nebraska Ştat Qanunvericiliyinin məmuru Möhtərəm (keşişə belə müraciət edilir- tərcüməçi) Huqo Srb Corc Norrisin əvvəllər nəşr edilməmiş məktubları ilə və Nebraska ştat qanunvericiliyinin yararlı olan sənədləri ilə təmin olunmağıma köməklik göstərmişdilər.

Corctaun universitetindən professor Culis Deyvids bir sıra fəsillərin hazırlanmasında materiallar əldə etməkdə köməklik göstərmişdi. Bunu mənim qabiliyyətli dostum Ceyms M.Landis də etmişdi, o, tarixin sirrləri barədəki vəkil konspektini gətirəndə sevinirdi.

II fəsildən X fəsilə qədər olan mətn Harvarddan olan professor Artur N.Holkombun və Artur M.Şlezinger-Kiçiyin və Çikaqo universitetindən olan professor Uolter Consonun tənqidi qeydləri ilə əsasən xeyli yaxşılaşdırılmışdır. Nəşr işində mənim Harper və qardaşları nəşriyyatından olan Evan Tomasla əməkdaşlığım və onun ilk olaraq mətni bəyənməsi, bu kitabın işıq üzü görməsini mümkün etmişdi. Əlyazmanı çap etməkdə və yenidən çap etməkdə öz borcundan artıq iş görən Qloriya Liftmana və Ceyn Donovana səylərinə görə təşəkkürümü bildirirəm.

Tədqiqatıma kömək edən Teodor K.Sorensenə materialın toplanmasında və hazırlanmasında əvəzsiz yardımına görə daha çox borcluyam, bu kitab da həmin materiala əsaslanır.

Bu kitab, lap başlanğıcdan, arvadım Jaklinin ideyanı bəyənməsi, köməyi və tənqidləri olmasaydı, mümkün olmayacaqdı. Bütün sağalma günlərim ərzində onun köməyini mən hətta belə adekvat qaydada etiraf edə bilmərəm.

–Con F. Kennedi

1955

   

O, yaxşı bilir ki, şəxsi düşmənçilikdən tutmuş... və güman ki, populyar yanlışlığa qədər onun yolunda hansı tələlər qurulmuşdur. Lakin o, öz səbəbinə, təhlükəsizliyinə, mənafeyinə, gücünə, hətta... populyarlığına görə özünü risqə atmışdı. O, güman etdiyi səbəblərə görə böhtana məruz qalmış və təhqir olunmuşdur. O, xatırlayacaqdır ki, təhqir bütün həqiqi şərəfin əmələ gəlməsində zəruri inqrediyentdir; o, xatırlayacaqdır ki, həmin böhtan və təhqir zəfərin ayrılmaz hissələridir. O, uzun ömür yaşaya bilərdi. Lakin bura zirvə idi. O, bu gün etdiyini heç vaxt kölgədə qoya bilməyəcəkdir.

Edmund Börkün Şərqi İndiya Kampaniyasının tiraniyasına qarşı hücum edən Çarlz Ceyms Foks barədə tərifli sözləri.

Nümayəndələr Palatası, 1 dekabr 1783-cü il.

 

Mərdliyin profilləri

I

Mərdlik və siyasət

Bu, insan ləyaqətlərindən daha çox cəzbedici olan mərdlik barədəki kitabdır. Ernest Heminquey onu “təzyiq altında xeyirxahlıq” adlandırır. Və bunlar Birləşmiş Ştatların səkkiz senatoruna edilən təzyiq və həmin təzyiqə bu adamların xeyirxahlıqla dözməsi haqqındakı – onların öz karyeraları ilə risqlər, xəttlərinin qeyri-populyar olması, xarakterlərinə böhtan yağdırılması və ancaq təkcə bəzi hallarda onların reputasiyasının və prinsiplərinin kədərli qaydada reabilitasiya olunması barədəki əhvalatlardır.

Millət mərdliyinin keyfiyyətini yaddan çıxarmışdır, hansı ki, o liderlərimizin seçimində olduğu kimi keçmişdə üzərində israr edilməyən və ya mükafata bənzəməyən bir qaydada ictimai həyata gətirilmişdi və faktiki olaraq biz bunu unutmuşuq. Con Kvinsi Adamsın Henri Kleyin siyasi sxemi ilə necə prezident olmasını xatırlaya bilərik, lakin biz unutmuşuq ki, o, hələ gənc olanda vəd edilən Senator karyerasından millətin yanında dayanmaq naminə imtina etmişdi. Biz Deniel Uebsterin bütün karyerası boyu Milli Banka yarınmağa çalışdığını xatırlaya bilirik, ancaq onun öz karyerasına son qoyanda millətin faydası üçün özünü qurban verdiyini unutmuşuq. Biz nəinki xatırlamırıq və yəqin ki, biz buna laqeyidik.

“Xalq lənətləmir” rubrikası altında sindikat köşə yazarı milyonlarla oxucuya çox da uzaq olmayan bir zamanda demişdi: “Görün orta götürülmüş bir Senator ya Konqressmen nə deyir. Səbəbinə əhəmiyyət verməyək, onlar bilirlər ki, Konqressdə sizin eşitdiyinizin 99%-i badalaq vurmaqdır, cəhalət və demaqogiyadır və onlara bel bağlanmamalıdır...”.

Kabinetin keçmiş üzvü öz gündəliyində xəbər verir: “Nə vaxt ki, mən Senatın pozulmasına könülsüz qaydada da olsa inanıram, Senatorların çox hissəsini azacıq da olsa vicdandan və həqiqətdən asılı olan bir yerə qoyuram, onların çoxu kiçik işıq verir, əqli cəhətdən zəifdir və bütünlüklə Senatorluğa yaramır. Bəziləri bayağı demaqoqlardır..., bəziləri öz vəzifələrini satın alan varlı adamlardır..., (bəziləri) dar intellekt, məhdud idrak adamlarıdır və əvvəldən qərar verməyin aşağı səviyyəli tərəfdarlarıdır”.

Və Senatın keçmiş üzvü özü kolleqalarına demişdi ki, “xalqın etibarı ona ağılsız qaydada arxalanmağımıza görə, bizdən ayrı düşür”.

Senat bilir ki, çox sayda amerikanlar bu gün həmin hissləri bölüşür. Biz eşidirik ki, Senatorlar siyasətçi olmalıdırlar və siyasətçilər dövlətçiliyə və mərdliyə deyil, yalnız onu qalib edən səslərə qayğı bəsləməlidirlər. Analar indiyədək istəyirlər ki, onların sevimli oğlanları Prezidentliyə yüksəlsin, lakin məşhur Qellap rəy sorğusuna müvafiq olaraq, bir neçə il bundan əvvəl onlar istəmirdilər ki, oğlanları prosesdə iştirak edən siyasətçilərə çevrilsinlər.

Tənqidin cari hücumu və hörmətsizlik, görən Senatın tənəzzülünün əlaməti deməkdirmi? Qətiyyən yox. Çünki yuxarıda sitat gətirilən üç bəyanatdan birincisi iyirminci əsrdə, ikincisi on doqquzuncu əsrdə, üçüncüsü isə on səkkizinci əsrdə (nə vaxt ki, Senat ancaq yenicə öz yoluna düzəlmişdi, Kapitolinin harada yerləşməsini müzakirə edirdi) verilmişdi.

Bu o demək idimi ki, Senat artıq mərd adamlarla öyünə bilməz.

Uolter Lippman (XX əsrin üç ilk rübündə Birləşmiş Ştatların ən məşhur jurnalisti, naşiri və yazıçısı – tərcüməçi) bu yaxınlarda nəşr edilmiş kitabında yarım əsrə yaxın bundan əvvəl diqqətli müşahidəsindən sonra, siyasətçilərin və seçicilərin hər ikisinə xoşagəlməyən mühakiməsini təqdim edir:

“Müstəsnalar o qədər nadirdir ki, onlar təbiətin möcüzəsi və şıltaqlığı kimi, təhlükəsiz və qorxmaz adamlar olan uğurlu demokratik siyasətçilər kimi qiymətləndirilirdi. Onlar siyasi cəhətdən yalnız ona görə irəliləmişlər ki, sakitləşdirici, barışdırıcı, rüşvətxor, şirnikləndirilən olmaqla, öz seçicilərinin tələbkarlığı ilə seçilən və hədələyən elementlərini aldatmaq üçün başqa üsullardan da istifadə edirlər. Həlledici müzakirə hansı təklifin yaxşı və populyar olduğu demək deyildir – görən bu yaxşı işləyəcəkdirmi və ya özünü sübut edəcəkdirmi də demək deyildir, bu ancaq görən fəal danışan seçicilərin bilavasitə xoşuna gələcəkdirmi qayəsinə xidmət edir”.

On ilə yaxın müddətdən sonra “uğurlu demokratik siyasətçilərin” arasında yaşayandan və işləyəndən sonra onların hamısının “özünə arxayın olmayan və qorxudulmuş” adamlar olmasına o qədər də əmin deyiləm. Mən inanıram ki, ictimai işin mürəkkəbliyi və ictimai diqqətə layiq olmaq uğrunda rəqabət, mərdliyin – qoy bu, böyük ya kiçik olsun – saysız-hesabsız nümunələri ilə zəifləyəcəkdir, bu nümunələr demək olar ki, hər gün Senat zalında baş verəcəkdir. Mən inanıram ki, tənəzzül – əgər tənəzzül baş versə – siyasət sənətinin, kompromiss və tarazlıq üçün zərurətin və Senatın təbiətinin, bir qanunverici palata kimi ictimai qiymətləndirilməsində olduğuna nisbətən, Senatda daha az olacaqdır. Və nəticədə mən inanıram ki, biz kütlənin arxasınca gedən adamları tənqid edəcəyik, həm də eyni zamanda o adamları tənqid edəcəyik ki, buna açıq şəkildə tabe olmadılar – çünki biz Senatorun öz seçiciləri qarşısındakı məsuliyyətini tam başa düşmür və ya siyasətçinin vicdanla arzuladığı ilə, Uebsterin sözləri ilə desək, “(onun) skifini (skiflər b.e.ə. 7-ci əsrdən b.e. 3-cü əsrinə qədər mövcud olmuş, Şimali Qara dəniz ətrafında yaşayan və Herodotun “Tarix” kitabında geniş təsvir edilən qədim tayfadır – tərcüməçi) “tənha sahildən” düşmən kəsilən və coşqun dənizə atmaq üçün “itələməklə” üzləşdikdə, onun çətinliyini etiraf etmirik. Yəqin ki, əgər amerikan xalqı siyasi mərdliyin, çaşdırmağa sövq edən hərəkətlərlə ağır təzyiqlərə məruz qaldığını bütünlüklə dərk etsə, bunlar isə Senatoru öz vicdanından uzaqlaşmağa və ya onu yatırtmağa məcbur edir, bu vaxt onlar asan yolu tutmuş adamlara daha az tənqidi yanaşmalıdırlar – və mərdlik cığırı ilə indiyədək getməyə qadir olanları daha çox qiymətləndirməlidirlər.

Yada düşən birinci təzyiq ümumi ictimaiyyət tərəfindən nadir hallarda nəzərə alınan təzyiq formasıdır. Amerikanlar istəyirlər ki, xoşa gəlsinlər – və Senatorlar da bu məsələdə istisna təşkil etmirlər. Onlar təbiət etibarilə və zərurətdən – sosial heyvanlardır. Biz dostluqdan, dostlarımızı və kolleqalarımızı bəyənməkdən həzz alırıq. Biz, təhqirə görə tərifə, nifrətə görə populyarlığa üstünlük veririk. Vicdanlı qaydadakı üsyançı yolunun dəfələrlə tənha qaldığına əmin olduqda, biz öz qanunverici yoldaşlarımızla, klub üzvləri olan sirdaşlarımızla birgə addımlamaqdan ötəri narahat olmalıyıq, vahid və müstəqil xətti tutmaq isə digər üzvləri də utandıracaq və qıcıqlandıracaqdır. Buna baxmayaraq, biz belə bir qərara gəlirik ki, klubdakı nüfuzumuz və öz obyektlərimizə, həm də seçicilərimiz olanlara çatmağa nail olmaqla onun genişlənməsi, müəyyən ölçüdə digər Senatorların bizə bəslədiyi hörmətdən asılıdır. Konqressə daxil olanda mənə demişdilər ki, “yolu birgə getmək, birgə getmək deməkdir”. Birlikdə getmək ancaq yaxşıdan daha böyük mənanı verir – bu, kompromissi, mümkün olan şeylər düşüncəsini əhatə edir. Biz bütün kompromissləri pis bir əxlaq kimi çox tez məhkum etməməliyik. Siyasət və qanunvericilik üçün sarsılmaz prinsiplər və ya əldə edilə bilməyən ideallar yoxdur. Siyasət, Con Morleyin dərindən müşahidə etdiyi kimi, “elə bir meydandır ki, orada hərəkət bir saniyə uzunluğunda yaxşıdır və oradakı seçim daim iki səhvin arasında olur” və həyatın demokratik yolu altında olan qanunvericilik və hökumətin federal sistemi həm fərdi, həm qrup, həm də onların ətrafında olanlardan hər birinin istəkləri arasındakı kompromissi tələb edir. Yaxşı tanınan şəxsiyyət olan Henri Kley demişdir ki, kompromiss Birliyi bir yerdə saxlamaq üçün sementdir.

“Bütün qanunvericilik... qarşılıqlı güzəşt üzərində qurulmuşdur... Kim özünü bəşəriyyətdən, onun zəifliyindən, möhkəm olmamasından, istəklərindən, zəruri saydıqlarından yuxarı qalxırsa, əgər ona xoşdursa de ki, “mən heç vaxt kompromissə getməyəcəyəm”; lakin qoy bizim ümumi təbiətimizin kövrəkliyindən kimsə yuxarıda dayanmırsa, kompromissə laqeydlik göstərməsin”.

(Ardı var)

İngiliscədən Telman Orucov tərcümə edib

525-ci qəzet.- 2013.- 23 noyabr.- S.14.