Köhnə
tanışlar: Şakir Yaqubov
“MƏN
HƏYATIMI JURNALİSTİKAYA QURBAN VERDİM”
UVERTURA
TÜRKİYE’YE BÜYÜK SAYQIYLA
Azerbaycanlı
mühabir, Bakü’deki 1990,Ocak
katliamınden sonra yayına giren Seher
enformatik-haber gazetisi Genel müdürünün
yardımcısı,tanınmış gezeteçi Şakir
Yakupov geçtiğimiz günlerde bizzat benim misafirim olarak
Türkiye’ye, genlede ise İstanbul’a gelmişti.Geldi,bir kaç
gün İstanbul’da gezdi ve Bakü’ye döndükten sonra bu
gezintiyle ilğlili bir okunaklı
ve dikkati çeken yazı yayınlattı kendi gazetesinde.
Önceler
Türkiye hakkında bir o kadar da saygıyla konuşamayan bu
yazarın (şunu anlatmalıyızki, kötüleyen bir
şeyler de yapmıyordu) geçtiğimiz günlerde
bana gönderdiği dizi
yazını dikkatle okudum.Okudukça da bu büyük
Türkiye’ye ve genelde İstanbul’a olan sayqısını ve
sevgisini duydum.
“İstanbulda
her şey var,Bakü’den başka”adlı
dizi yazı genel olarak şu
satırlara bitiyor: ”Bir akşam Tevfik bey Abidin’le İstanbulda
geçirdiğim günlerin duyğularını paylaşanda
böyle bir dialoğumuz
oldu:iİstanbul çok büyük bir tent,ne ararsansa bulmak
çok kolay. Tevfik bey dedi: evet Şakir bey,İstanbul’da
‘yoktur’ sözüne bir ihtyac yok.Ama İstanbul’da BAKÜ yoktur.
Tebii bir kaç yıl İstanbul’da yaşayan Tevfik
bey’in şu sözlerini şimdi de unutamıyorum.”
Şakir
Yakupov Azerbaycan’da en iyi tanınmış,titiz
ve profesyonel gazeteçilerden biridir.Kuşkusuz şunu
söyleyim ki, böyle okunaklı ve azeri
türkçesinde söylesek:
şirin,tatlı bir yazı ortaya koyacağını
kendisinden bekliyordum.Bu beni candan sevindirdi. Bu açıdan
Şakır Yakupov’un yazı usulubunda İstanbul’un vapurlar
yüzen bağazları,Türkiye’de
üniversitelerde okuyan azeri
öğrencilerin hayatı ve tahsili
hatta televizyon yayanları ve Türkiye’nine politik
gündemi hakkında sevndirici sözler yazan Şakir Yakupov
hakkında şu sözleri sarf etmeğe değer:İstanbul’da
her şey var Bakü’den başka,azizim Şakir.Ama senin bu
güzel dizi yazında da her şey kötü niyetten
başka. Büyük sayqılar sunarım yazar
arkadaşıma.
İstanbul’dan
büyük sayqılar...
TOFİQ
ABDİN
“Orta
doğu” QEZETİ 11mart, 1994
– Bax
görürsüzmü, demək, heç də hər
şey itib-batmır.
– Bax,
bütün bunları mən özlüyümdə dəyərləndirərək,
bu qərara gəlirəm ki, necə deyərlər,
atılıb-düşməyin yeri deyil, biryolluq bilmək
lazımdır: indi hamı yorğanı öz üstünə,
ya da vəzifədə
olan, yaxud vəzifəli qohumu olan cənabların-xanımların
üstünə çəkir. Bir ayrı misal
çəkəcəyəm. Təxminən 10-12 il qabaq,
unudulmaz qələm qardaşımız Adil Qaçayoğlu
işsiz olan çağlarda söhbət əsnasında dedi
ki, bu gün filankəslə
– o, konkret ad-soyad söylədi – rastlaşdım, köhnə tələbə
yoldaşı və həmkar kimi harada, nə işlə məşğul
olduğunu soruşdum. Dedi ki, konkret iş yerim yoxdur, amma ildə
3-4 kitab yazmaqla (!?) başımı dolandırıram... Sonra
Adil həmin “kitab”ların birini göstərib oradan bir
parçanı oxudu: tikinti idarəsinin rəisi olan qəhrəman
iş otağına girən kimi katibəni
çağırıb ərazidə səliqə-sahman
yaratmaq barədə əmrin mətnini ona diktə edir və ən kustar
formada olan bu savadsız mətn “kitab”da dərc olunur...
Təsəvvür
elə, son on ildə Azərbaycan mətbuatı tarixinə
dair azı iki yeni dərslik çap olunub, dövriyyəyə
buraxılıb və həmin dərsliklərin heç birində
ət siyahısı kimi bir siyahıda olsa belə, bizim
adımız-soyadımız yoxdur: sanki tirajı 647 min
nüsxə olan “Azərbaycan gəncləri” qəzetində,
540 min nüsxə tirajla nəşr edilmiş “Kommunist” qəzetində
həlledici vəzifələrdən birini biz tutmamışıq, “Gənclər”də
məşhur “Subaylar və təzə evlənənlər
üçün” səhifəsini, “Ömrün
dolaylarında” rubrikasını biz yaratmamışıq,
“Kommunist”də “Böyüyün böyük yeri...” və
“Üzündə göz izi var” adlı bütün respublikada
ciddi müzakirə və mübahisələrə səbəb
olan oçerkləri biz yazmamışıq...
- Mənə
elə gəlir ki, sən bir az qapalı həyat
yaşayırsan. Ədəbi camiə məclislərində
az-az görünürsən. Nədir bu
özünə qapanış? Bir
incikliyinmi var? Dostlardanmı xəyanət görmüsən,
yoxsa?..
– Əslində, verdiyin sualın cavabı elə
özündədir. Belə bir məsəl var: çağırılan yerə
ar eləmə, çağırılmayan yeri dar eləmə.
Doğrudur, məni çox yerə dəvət
eləmirlər, amma dəvət olunduğum yerlərin də
hamısına gedə bilmirəm. Bunun da iki səbəbi
var: lap birincisi odur ki, fiziki sağlamlığım buna imkan
vermir; ikincisi də odur ki, məclislərin 99 faizi mədhiyyəçilik
yarışından ibarət olur ki, o da mənə əl
vermir. Yeri gəlmişkən, bu mədhiyyəçilik o dərəcədə
həyatımızın normasına çevrilib ki, xırda
bir şey barədə ən elementar irad da süngüylə
qarşılanır, halbuki şəxsən mənim söyləyə
biləcəyim iradların mütləq əksəriyyəti
problemli, tarixi əhəmiyyət kəsb edən məsələlərlə
bağlı ola bilir. Son
aylarda orta hesabla həftədə bir dəfə yolum Bakı
kitab klubundan düşür. Hər dəfə
təxminən iki saatadək burada oturub təzə
çıxmış kitabları vərəqləyirəm.
Xudaya, bizdə nə qədər savadsız, tarixi faktların
dolaşıq salınmasına, müəlliflərin real,
faktiki bioqrafiyalarının bəzədilməsinə xidmət
edən kitablar nəşr olunur! Heç birinin
də redaktoru yoxdur, ən yaxşı halda isə formal olaraq
mətbəə sahibinin adı redaktor kimi göstərilir.
Digər tərəfdən, redaktorun
olmasından nə hacət? Əgər bir kitabda rəyçi
kimi beş elmlər doktorunun, elmi redaktor
kimi isə iki elmlər doktorunun soyadı göstərilirsə
və onların da heç biri kitabın məzmununa deyil,
müəllifin (“tələbə qız”ın) zahiri gözəlliyinə
hayıl-mayıl olursa, belədə nəyi qoyub nədən
danışasan?! Bilirsənmi redaktor nə
üçündür? Sən 20 ildir ki, ən müxtəlif
mənbələrdə – qəzet-jurnallarda, saytlarda vaxtilə Bəşir Səfəroğlu barədə
“Günlər Bəşirsiz keçir” adlı kitab
yazdığını qeyd elətdirirsən, halbuki sənin
kitabının adı, sadəcə olaraq, “Bəşir Səfəroğlu”dur!
Redaktor bu düzəlişi təmin edir – həm də sənin
xətrinə yox, tarixi həqiqətin xətrinə, gələcək
nəsillər üçün hansısa daha bir problemi
saxlamamaq xətrinə!..
Təxminən
on il qabağın söhbətidir.
Prezident təqaüdçüsü, “Şöhrət”
ordenli professor jurnalist Cahangir Məmmədlini əməli bir
işdən ötrü keçmiş iş yerimə
dəvət eləmişdim. Xoş-beş, on
beşdən sonra aramızda belə bir dialoq getdi. Dedim a
müəllim, 22 iyul günü ərəfəsində və
ya məhz həmin gün səni televizorla azı beş təşkilatın “yeyib-içmək
məclisi”ndə görürəm. Sən
özün bir dəfə həmin məclislərin təşkilatçılarından
Şakir Yaqubovu niyə dəvət etmədiklərini
soruşubsanmı və onlar nə cavab veriblər?
Professor müəllim sidq-ürəkdən qayıtdı ki,
soruşmayıb və
belə bir şey heç ağlına da gəlməyib...
İndi səndən soruşmaq istəyirəm: bu halda mənim
“ədəbi camiə məclisləri”ndə görünməyim
nə dərəcədə real ola bilər
və belə olan təqdirdə mən nəinki həmin məclislərin
təşkilatçılarından, hətta dost dediyin kəslərdən
niyə də inciməməli, onların gecikmiş təkliflərini
“üç nöqtə şəhəri”nə niyə
göndərməməliyəm?! Hərçənd
bir daha təkrar edirəm ki, fiziki sağlamlığım
uzaqbaşı maşınla çayxanaya gedib-gəlməyə
imkan verir. Yoxsa ki, həqiqi dostların mənimlə
içmək üçün Azərbaycanın ən gözəl
guşələrindən gətirdikləri məcunlar aylarla
yol gözləməz(di)...
(Sonradan əlavə
olunmuş bir not) : Şakir müəllimin yuxarıdakı
haqlı qeydinə mənim heç bir sözüm yoxdur və
həqiqətən Şakir müəllimin bu iradından sonra
baxdım ki,mən hətta avtobioqrafiyamda da bu səhvə yol
vermişəm.Bu yanlışlıq da ondan irəli gəlib
ki,mən böyük aktyorumuz
haqqında mənim o zaman QOBUSTAN toplusunda GÜNLƏR
BƏŞİRSİZ KEÇİR adlı iri həcmli bir
yazım çap olunmuşdu.)
–
Çox işlənmiş sual olsa da, bilmək istərdim:
jurnalistikanı seçməyində bir təkan olubmu, yoxsa
Allaha təvəkkül deyib, o zamanın ən gözəl
fakültələrindən biri olan jurnalistikaya daxil
olmuşdun?
– Bu, tam bir özünütəsdiq forması olub mənim üçün. Rəhmətlik Məhərrəm kişi kimi, rəhmətlik Hənifə kişi də ibtidai təhsilli kənd adamı, əsl kolxozçu idi və jurnalistikadan-zaddan o qədər də başı çıxan adam deyildi. Eyni zamanda, daxili bir fəhmlə bunun nəsə sırf ziyalı peşəsi, intellektual bir fəaliyyət sahəsi olduğunu başa düşürdü, ona görə də orta məktəbi bitirib ali məktəbə sənəd vermək üçün mənimlə Bakıya gələndə Dövlət Universitetinə gedəcəyimizi yüzdə-yüz bilirdi. Deyim ki, mənim ilk mətbu təcrübəm 1961-ci il aprelin 20-də “Azərbaycan pioneri” (indi “Savalan”) qəzetində dərc olunmuş “Mən də Yuri kimi olacağam” adlı məktub olub – on yaşlı oğlan uşağının heç kimə gənəşmədən, birbaşa özünün oturub yazdığı və zərfə qoyub qəzetin “Bakı şəhəri, Kommunist küçəsi, 11/13, 5-ci mərtəbə” ünvanına göndərdiyi məktub. Əgər bu jurnalistikadırsa, demək olar ki, mənim jurnalistliyim belə başlanıb və həmin vaxtdan etibarən orta hesabla hər ay “Pioner” qəzetində, bunun ardınca isə “Pioner” (indi “Günəş”) jurnalında məktublarım dərc olunub, tədricən sorağım 4-5 kənddən ibarət sovetliyə, daha sonra rayona yayılıb. Məsələ burasındadır ki, mərhum qohumum Əhəd Muxtarı çıxmaq şərtilə, həmin vaxtadək bizim Talış zonasında bir ədəbiyyat adamı, jurnalist olmayıb, buna görə də mənə yaşımdan çox-çox öncə hörmət-ehtiram göstərilib. Təsəvvür elə, indi hansı səviyyəli olmasını xatırlamadığım deputat qız evimizə gəlib, bacı-qardaşlarımı otaqdan bayıra çıxarıb və guya təklikdə dərdini mənə danışıb – kolxoz sədrinin ona “girişməyini”, bunun üçün də məndən – yaşca özündən ən azı iki dəfə kiçik oğlandan məsləhət istəyib ki, bu məsələni nə cür həll eləsin... Bunun davamı kimi, təqribən üç ilə yaxın müddət ərzində də “Sovet Astarası” qəzetinin ştatdankənar müxbiri oldum, əsasən, istehsalat məsələləri barədə qəzetə yazılar yazdım.
– Belə demək olar ki, sən Bakıya sanki Jurnalistika fakültəsinin tələbəsi olaraq gəlmişdin...
– Amma Bakıda Jurnalistika fakültəsinə nəinki daxil olmadım, heç ora sənəd də vermədim – universitetin əsas binasının həndəvərində rəhmətlik atamla gəzişib dərdləşdiyimiz vaxt bir nəfər məşhur jurnalist – ad-soyadını özü söylədi – bizə yaxınlaşdı, istəyimizə qulaq asdı və özünü təqdim edərək “işi düzəltmək” üçün 5 min manat gətirməyimizi istədi. Mən atamın o qədər pulunun heç vaxt olmadığını və olmayacağını bildiyim üçün dərhal bu sövdəyə “yox” – dedim və... 25 yerə təxminən 750 nəfərin, o cümlədən 18 medalçının sənəd verdiyi Tarix fakültəsinə sənəd verdim. Təbii ki, 4 imtahandan 18 balla bu “dəyirmanın ağzı”ndan salamat çıxmaq olmazdı və mən çıxmadım da. Cibimdə həm də səkkizillik təhsil barədə başdan-başa “5” olan şəhadətnaməm vardı, onu plan-uçot texnikumuna verib imtahansız qəbul olundum və Bakı mühitinə, deməli, həm də qəzet mühitinə, jurnalistika mühitinə düşdüm... Təbii ki, texnikum dərhal əsgərliyə getməmək üçündü, ona görə ertəsi il ən sorğu-sualsız fakültəyə – Kitabxanaçılıq fakültəsinə sənəd verib ora qəbul olundum, elə həmin illərdə – 60-cı illərin sonunda intensiv jurnalistika fəaliyyətim başladı: “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Molodyoj Azerbaydjana”, “Bakı” – “Baku” qəzetləri oylağım oldu, Universitetin “Lenin tərbiyəsi uğrunda” qəzetində Tarix fakültəsini bitirən Fəzail Ağamalıyevi – indiki ictimai xadimi ştatlı müxbir vəzifəsində əvəzlədim. Bu proses orduda davam elədi və mən düz iki il Almaniyadakı Sovet Qoşunları Qrupunun orqanı olan “Leninskoye znamya” qəzetində ştatdankənar müxbirlik elədim. Təbii ki, bunların heç biri indiki anlamda əsl jurnalistika – publisistika deyildi, hərçənd həmin illərdə “Gənclər”də çıxmış bir neçə oçerkimi bu gün də yaxşı yazı nümunəsi hesab edirəm...
(Davam edəcək)
525-ci qəzet.-
2013.- 23 noyabr.- S.23.