“Aydınlığa doğruİctimai BirliyiSirli bənövşə”ni təqdim edib

 

 

Aydınlığa doğruMilli-Mənəvi Dəyərlərin Qorunması İctimai BirliyiZiyalı ünsiyyətilayihəsi çərçivəsində növbəti görüşünü keçirib. Birliyin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbir dahi şairə Məhsəti Gəncəviyə həsr olunmuşSirli bənövşəfilminin təqdimatına həsr olunub. Bədii-sənədli film janrında olanSirli bənövşəMəhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə dövlət sifarişi ilə çəkilib. Filmin rejissoru əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə, ssenari müəllifləri əməkdar incəsənət xadimi Sara Oğuz Şamil Nəcəfzadədir. Yaddaşstudiyasında çəkilən film rus ingilis dillərinə tərcümə edilib.

Tədbiri giriş sözü ilə təşkilatçı qurum olanAydınlığa doğruİctimai Birliyinin sədri, telejurnalist Solmaz Əmirli açaraq xalqımızın görkəmli şairlərindən olan Məhsəti Gəncəvinin 900 illik yubileyinin YUNESCO səviyyəsində qeyd edildiyi söyləyib, Məhsəti kimi bir şəxsiyyət haqqında Böyük Sovet Ensiklopediyasında məlumatın olmadığına, bu toplunun yeni nəşrində isə dahi şairəmiz haqqında yanlışlıqlarla dolu kiçik məqalənin yerləşdirildiyini diqqətə çatdırıb.

Filmin ssenari müəllifi, yazıçı-sənətşünas Sara Oğuz maraqlı prossesindən danışaraq min il ondan əvvəl və min il ondan sonra yer üzünə Məhsəti Gəncəvi kimi bir xanımın gəlmədiyini deyib. Quruluşçu operator Nazim Abbas filmin yaradıcı təhlilə ehtiyacı olduğunu vurğulayıb, “Sirli bənövşə”nin Məhsəti dövrünün dəyərlərinin bu günümüzə ötürülməsi kimi düşünülməsində Şamil Nəcəfzadənin bir rejissor kimi məharətini, eyni zamanda rejissor-ssenarist-operator birliyində harmoniyanın olduqca önəmli oldugunu qeyd edib.

Sirli bənövşə” filminin nümayişindən sonra çıxış edən əməkdar müəllim, ədəbiyyatçı Aliyə Təhmasib M.Gəncəvi ilə bağlı mövzuları tədris edərkən həmişə həyəcan keçirdiyini söyləyib, bu filmdən məktəb və universitetlərdə ədəbiyyat dərslərində istifadə edilməsini tövsiyə edib.

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov yaradıcı heyəti təbrik edərək Məhsəti Gəncəvi dühasının bu film çərçivəsində qalmayıb, daha geniş miqyaslı əsərlədə işıqlandırılmasını arzulayıb.

Tədbirdə AMEA Əlyazmalar İnstitutunun baş elmi işçisi Ədalət Tahirzadə, AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitunun elmi işçisi, fəlsəfə doktoru İradə Zərqan, Azərbaycan Milli Konservatoriyasının pedaqoqları, sənətşünaslıq doktoru Sevil Fərhadova və bəstəkar Elnarə Dadaşova, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Dürdanə Vəkilova və başqaları film haqqında təəssüratlarını bölüşüblər, yaradıcı qrupa daha böyük uğurlar arzulayıblar və tədbirin təşkilatçısı olan “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinə minnətdarlığını bildiriblər.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 1 oktyabr.- S.7.