“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi keçirilib

 

 

Azərbaycanfilmkinostudiyasının 90 illik yubileyi keçirilib<b style="color:red"></b>

Mədəniyyət Turizm Nazirliyində Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının 90 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici nümayəndə heyətlərinin üzvləri ilə görüş olub. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib ki, Azərbaycan kinematoqrafçılarının böyük bayramı – “Azərbaycanfilmkinostudiyasının 90 illik yubileyidir. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu yubiley geniş qeyd edilir.

Nazir deyib ki, bu bayrama çoxlu dostlarımızın gəlməsi bizi sevindirir: “Son illərdə ölkəmizdə onun paytaxtında böyük dəyişikliklər baş vermiş, Azərbaycanın siması yenilənib. Bakı şəhəri Mədəniyyət Turizm İdarəsi Kinostudiya son illərdə qazandıqları uğurları nümayiş etdirəcəklər. 2006-cı ildə Prezident Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı haqqında Sərəncam imzalayıb. O vaxtdan bəri çox görülüb. Ölkəmizdə çəkilən filmlər dünyanın ən nüfuzlu kinofestivallarında uğurla iştirak edir, bir sıra ölkələrdə nümayiş etdirilir.  Həmin dövlət proqramından əvvəl kinematoqrafiyanın inkişafı, gənc kadrlar üçün kurslar açılması, xarici ölkələrlə təcrübə mübadiləsi, xaricdə təhsil məqsədləri üçün kiçik qrantlar verilməsini nəzərdə tutan bir layihə həyata keçirilib”.

Nazir kinostudiyanın maddi-texnki bazasının yaxşılaşdırılması, “Nizamikino mərkəzinin yenidən qurulması, Dövlət Film Fondunun ən müasir texniki səviyyədə təchiz edilməsi sahəsində görülmüş işlər, filmlərin qorunub saxlanması bərpası üçün baza yaradılması barədə məlumat verib: “Kinoteatrlar şəbəkəsinin genişlənməsinə özəl kinoteatrlar yaradılmasına böyük diqqət yetirilir. İndi ölkəmizdə xarici kinostudiyaların təcrübəsi nəzərə alınmaqlaAzərbaycanfilmkinostudiyasının yenidən qurulması layihəsi hazırlanır. Kinostudiya ölkənin iri kino sənayesi mərkəzinə çevriləcəkdir. Hazırda kinostudiyada hər il təqribən 10 film çəkilir. Bunlar əsasən tarixi sənədli lentlərdir”.

Ə. Qarayev bizim ən yaralı yerimiz olan Qarabağın ona bitişik rayonların Ermənistan tərəfindən işğal edilməsi, orada vəhşicəsinə dağıdılan mədəniyyət abidələrinin taleyi mövzusuna da toxunub. Son illərdə çəkilmişGirovDolufilmləri bu mövzuya həsr edilib. Əbülfəs Qarayev nazirlər səviyyəsində mədəni əlaqələr barədə söhbət açaraqAzərbaycanfilmkinostudiyasının yubiley şənliklərinə gəlmiş qonaqlara təşəkkürünü bildirib.

Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adınaAzərbaycanfilmKinostudiyasının 90 illik yubileyi qeyd edilib. Mərasim iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəciklərinə, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələrinə, eləcə də mərkəzin foyesində kino sənətimizin inkişafını əks etdirən sərgiyə baxıblar. Yubiley mərasimi Azərbaycan kinosunun inkişaf tarixindən bəhs edən videokadrların nümayişi ilə başlanıb. Mərasim iştirakçılarını bayram münasibətilə təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin kinostudiyanın yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında 2013-cü il 6 avqust tarixli Sərəncamına uyğun olaraq keçirilir: “Azərbaycan kino sənəti dünya kinosunun inkişaf prosesi ilə uzlaşaraq bütün mərhələləri keçib. 1923-cü ildə kinostudiya yaranıb və səssiz filmlər çəkilib, 1936-cı ildə səsli, 1950-ci illərin əvvəllərində isə rəngli filmlər istehsal edilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda kino istehsalı böhran yaşayıb. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, bu sahəyə də böyük diqqət göstərilmiş, ölkədə film çəkilişi bərpa edilib. Son on ildə dövlət tərəfindən kino istehsalına böyük dəstək göstərilmiş və onun maddi-texniki bazası möhkəmləndirilib. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Filmlərimizin bir çoxu beynəlxalq kino festivallarında uğurla nümayiş etdirilib, müxtəlif mükafatlara layiq görülüb. Sevindirici haldır ki, kino istehsalına yaşlı nəsillə yanaşı, gənc nəsil də qoşulub”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov ölkəmizdə kino sənayesinə göstərilən böyük diqqət və qayğıdan danışıblar.

Ukrayna Kinematoqrafçılar İttifaqının sədri Sergey Trimbaç, Avrasiya TeleviziyaRadio Akademiyasının prezidenti Valeri Ruzin, Riqa Kinostudiyasının idarə heyətinin sədri Vents Horsts və başqaları “Azəbaycanfilm” Kinostudiyasının 90 illik yubileyi münasibətilə ürək sözlərini söyləyiblər. Tədbir boyu Azərbaycan kinosunun inkişaf tarixindən bəhs edən kadrlar nümayiş etdirilib. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Azərbaycan incəsənət ustalarının ifasında musiqi nömrələri təqdim edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 2 oktyabr.- S.2.