"Türkiyənin toy
adətləri azərbaycanlılara ibtidai
görünər"
Siyasi
şüarda deyildiyi kimi, "bir millət-iki dövlət
olan" Türkiyə ilə Azərbaycanın adət-ənənələrindəki
köklü fərqi ilk dəfə bir həmkarımın
qızının toyunda görmüşdüm.
Türklərin toy ənənəsi, toyunda-yasında masada
barmaq qoymaqa yer olmayan azərbaycanlılar
üçün bir qədər ibtidai kimi də görünə
bilər.
BBCAzərbaycanca
Azərbaycanın toy ənənələrinin dəbdəbəsini
Türkiyədə qismən,
kübar təbəqədə
gormək olar. Yəni, kübar
toylarında qonaqlara yemək, içki təklif edilir. Lakin bu toylarda da
Azərbaycan toylarındakı
geniş menyü seçənəyi olmur.
Aşirət, yəni qəbilə toyları əsasən, Türkiyənin Şərqi
və Cənub-Şərqi
Anadolu bölgələrində
keçirilir. Lakin əsasən açıq
havada keçirilən
belə toylara minlərlə dəvətli
qatılır. Qonaqlara türk
üslubunda plov, üstündə ət və içki olaraq ayran paylanılır.
Amma Türkiyədə
ümumiyyətlə, toyların
senarisi oxşardır.
Toy keçirilən məkana
gəlincəyə qədər
təxminən Azərbaycandakına
bənzər ssenarini görürsən - bəylə
gəlin və onların yaxınlarının
mindiyi maşınlar siqnalların müşaiyəti
ilə evdən çıxırlar.
Fərqli mənzərə "Düyün
salonu"ndan başlayır. Masaların üstündə
adətən, fanta,
kola, ləbləbi və
bəylə gəlin tərəfindən kəsilərək
toyun sonuna yaxın paylanılan tort dilimləri olur.
Bəzən toy sahibləri, heç, düyün salonu belə kirayələmədən
elə yaşadıqları
binanın həyətində
mərasimi keçirirlər
- cadır qurmadan, elə binanin həyətində stulları
düzüb otururlar.
Burda toyda çoluk-çocuğun sayı
gözə çarpacaq
qədər çox olur.
Toylarda təvazökar
və məhdud menyü verildiyi üçün toy salonu Azərbaycandakı kimi adambaşı hesabı kirayələnmədiyinə görə
dəvətli qonaqlar gələrkən geniş
tərkibdə ailə
üzvləri ilə,
o sıradan kiçik
yaşlı uşaqları
ilə gəlir.
Düzdür, bəzi toylarda yemək verilir, amma burda da
aşirət toylarındakı
kimi ətlə türk üslubunda plov hazırlanır. İçəcək olaraq isə fanta, kola və ya ayran verilir.
Orta statik türklərin toya geyim və bəzənmək hazırlığı Azərbaycandakı toylarla müqayisədə yox kimidir. Dəvətlilərin coxu elə gündəlik geyimdə toya təşrif buyurarlar. Gənc qızlar və gəlinlə bəyin yaxınlarından başqa qonaqlar cox vaxt toya xüsusi hazırlıqla gəlmir.
Toyun ən önəmli
hissəsi isə "takı töreni",
Azərbaycanda deyildiyi kimi,
nəməratma mərasimidir. Toyun sonuna yaxın keçirilən bu
mərasimdə nəmərlər qutuya yox, birbaşa gəlinlə
bəyin üstündəki lentlərə taxılır. Bu zaman
10 lirə (təxminən
5 dollar) də taxan olur, 20, 30 da,
100-lük də.
Amma türk
toylarının əsas
qazancı və prestiji yüksək əyarlı qızıldan
əskinas və bilərziklərdir. "Cümhuriyyət
altını"nin çeyrek (dörddə bir), yarım və tam məbləğli
əsginasları, bilərziklər,
qızıl dəstləri,
aşirət toylarında
hətta qızıl kəmərlər taxılır.
Türklər takı mərasiminin
aciq keçirilməsi
ilə qonaqların bir-birləri ilə bəhsə girərək
və ya toy sahibindən ayıb olmasın deyə daha çox pul taxılacağına ümid edirlər.
Kübar təbəqə toylarında
isə gəlinlə bəy qonaqlara yaxınlaşaraq görüşür
və onların hədiyyələrini qəbul
edirlər.
Türkiyədə ənənəyə görə
evlənən cütlük
bir-birinin eyni olan evlilik üzüyü
taxırlar. "Alyans"
deyilən bu üzükləri oqlan tərəfi almalıdır.
Musiqiyə gəlincə, toy sahiblərinin
sosial təbəqəsindən,
mənsub olduğu bölgəsindən asılı
olaraq qonaqların şənləndikləri havalar
da dəyişir.
Kübar toylarında müasir musiqi tərzləri ifa olunub oynanıldığı
halda, aşirət və adi toylarda
əsasən, toy sahibinin
mənsub olduğu bölgənin yerli folklor havaları hakim olur. Və qonaqlar daha çox halay çəkərək şənlənirlər.
Amma sadə türk toylarının əyləncəsi dəbdəbəli Azərbaycan toylarından geri qalmır.
Bu əyləncənin ətrafa verdiyi tək narahatçılıq isə toyun bitdiyi və çoxlarının yuxuda olduğu gece saatlarında bəylə gəlinin fişəng, güllə və siqnal səsləri ilə yola salınmasıdır.
İlhamə Qasımlı
Ankara
525-ci qəzet.-
2013.- 2 oktyabr.- S.2.