“Qarabağın mədəni irsini qoruyaqmövzulu tədbir təşkil edilib

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin birgə təşkilatçılığı iləQarabağın mədəni irsini qoruyaqmövzusunda tədbir keçirilib.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin qatıldıqları tədbirdən əvvəl iştirakçılar Beynəlxalq Muğam Mərkəzinin foyesində Qarabağın qədim zəngin mədəniyyətini əks etdirən sərgi ilə tanış olub.

Sərgidə Qarabağın, o cümlədən Şuşanın gözəlliyini əks etdirən tablolar, bu diyarın xalçaçılıq sənətinə aid xalça xalçaçılıq nümunələri nümayiş etdirilib. Sərgidə Azərbaycanın peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə aid eksponatlar, bir ovuc Şuşa torpağı da maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ulu öndər Heydər Əliyevin Qarabağın mədəni irsinə diqqət qayğısından, həmçinin bu ecazkar diyarın dünənindən bəhs edən videoçarx göstərilib.Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışmış, işğalçı ermənilərin milli mədəniyyət abidələrimizi vəhşicəsinə talan etməsi haqqında faktları diqqətə çatdırıb: “İşğal altında olan Dağlıq Qarabağ ona bitişik rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətə malik tarix mədəniyyət abidələri qalıb”.

Tədbirdə iştirak edən Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, qədim tarixə, zəngin mədəniyyətə malik Qarabağ dünyanın ilk yaşayış məskənlərindən biridir: “Təkcə Azıx mağarası ilə bunu tarix çoxdan sübuta yetirib. Mədəniyyətimizin aparıcı ayrılmaz hissəsi olan Qarabağın mədəni irsini qorumaq hər bir azərbaycanlının borcudur”.

Azərbaycan mədəniyyətinin bu gün bütün dünyada geniş təbliğindən danışan mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu tədbir xalqımızın öz mədəni keçmişinə, mənəvi dəyərlərinə böyük hörmətlə yanaşdığını sübut edir.

Ə.Qarayev Qarabağın mədəni irsinin qorunması təbliğindəki xidmətlərinə görə bir qrup mədəniyyət işçisinə Mədəniyyət Turizm Nazirliyi tərəfindən təsis olunmuşFəxri mədəniyyət işçisidöş nişanı təqdim edib. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva qədim tarixə, zəngin mədəniyyətə malik Qarabağın mədəni irsi haqqında ətraflı məruzə ilə çıxış edib: “Qarabağ təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə də məşhur bir bölgədir”.

Sonra Qarabağ musiqi məktəbləri kollektivlərinin iştirakı ilə böyük konsert proqramı təqdim edilib. Dahi ÜzeyirinKoroğlu” uvertürası, eləcə də ifa edilən digər nəğmələr, kompozisiyalar xalqımızın mədəniyyətinin zənginliyini, qədimliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də dünya ictimaiyyətinə, işğalçı ermənilərə belə bir mesaj olub: belə zəngin mədəniyyətə, musiqiyə sahib olan bir torpaq işğal altında çox qala bilməz.

Tədbirin sonunda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov Qarabağın mədəni irsinin qorunması sahəsindəki xidmətlərinə görə Xocalı, Xocavənd və Şuşa rayon mədəniyyət və turizm şöbələrinə fəxri fərmanlar təqdim edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 2 oktyabr.- S.2.