Yunus Oğuzun
“Əmir Teymur”un
Daşkənddə
təqdimatı
olub
Dünən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
(AMM) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə
özbək dilində
nəşr edilmiş
“Əmir Teymur” romanının təqdimatı
keçirilib.
525.az-ın məlumatına görə, kitaba yazıçının Teymurləng
haqqında iki romanı - "Zirvəyə
doğru" və
"Dünyanın hakimi"
daxildir. Əsəri Azərbaycan dilindən
özbək dilinə
ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman
Kuçkar çevirib.
Onun tərcümə
yaradıcılığına Hüseyn Cavidin "Topal Teymur", "Şeyx Sənan",
"Siyavuş" pyesləri,
Yusif Səmədoğlunun
"Qətl günü"
romanı və Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsində" əsəri
də var Tədbirdə Özbəkistanın
ədəbiyyat və
mədəniyyət xadimləri,
Azərbaycan diasporunun
üzvləri, universitetlərin
tələbə və
müəllimləri, jurnalistlər
iştirak edib. Mərasim iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin Mərkəzin binasının
qarşısındakı abidəsi
önünə çiçək
dəstələri qoyub.
İştirakçılar böyük sərkərdə
Əmir Teymurun paytaxtın mərkəzindəki
abidəsi önünə
də çiçək
dəstələri düzüb.
AMM-in direktoru Samir Abbasov Yunus
Oğuzun həyat və yaradıcılığı,
o cümlədən “Əmir
Teymur” romanı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, indiyədək
Yunus Oğuzun “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” və “Qədim türklər və pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun
tədqiqatlarında”, “Türkün
tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri”
və digər kitabları işıq üzü görüb.
2010-cu ildə “Nadir şah”,
“Təhmasib şah”, “Atilla” və “Qədim türklər və pasionarlıq nəzəriyyəsi” kitabları
Türkiyədə böyük
tirajla çap olunub. Filologiya elmləri namizədi
Qulbaxor Aşurova “Əmir Teymur” romanının gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti
haqqında ətraflı
söhbət açıb.
Jurnalist
Rüstəm Cabbarov “Əmir Teymur və Azərbaycan” mövzusu
ətrafında məlumat
verib.
Tarix elmləri namizədi Qəhrəman Rəcəbov,
filologiya elmləri namizədi Sultanmurad Olim, şərqşünas
alim Qulam Kərimli, özbək dilində nəşr edilmiş “Caxon adabiyyatı” jurnalının
baş redaktoru Şuxrat Rzayev və başqaları Əmir Teymuru dövlət başçısı,
sərkərdə və
şəxsiyyət kimi
təhlil etmiş, Azərbaycan ilə Özbəkistan arasında
bütün istiqamətlərdə,
o cümlədən ədəbi
əlaqələr sahəsində
əməkdaşlığın bugünkü inkişaf səviyyəsindən danışıb.
Yunus Oğuz əsər üzərindəki işi,
33 illik hakimiyyəti dövründə bir yürüşü belə
uduzmayan Əmir Teymurun şücaəti və qəhrəmanlığı
haqqında söhbət
açıb: "Mənə
Əmir Teymuru psixoloji nöqteyi-nəzərdən
göstərmək daha
maraqlı idi. Belə ki, onun şəxsiyyəti
hələ tam öyrənilməyib.
Mən istədim ki, oxucular Əmir
Teymuru təkcə böyük sərkərdə
və "dünyanın
hakimi" deyil, eyni zamanda, dərin
ağıla, böyük
iradəyə, ziddiyyətli
xarakterə, güclü
sevgi və nifrət hissinə malik şəxsiyyət kimi görsünlər". Bildirib ki, Əmir Teymuru məhz biz türkdilli xalqlar dünyaya sevdirməliyik.
Yunus Oğuz
əsərin Özbəkistanda
nəşr edilməsində
əməyi olanlara təşəkkür edib.
İştirakçılara “Əmir Teymur” romanı və Azərbaycanla bağlı
kitablar hədiyyə olunub.
S.Abdullayeva
525-ci qəzet.- 2013.- 3 oktyabr.- S.7.